Tapılan ümumi test sayı : 22
1)
Ozan, evin dayağı odur ki, yazıdan-yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol onu yedirər, içirər, ağırlar, əzizlər.
Bu mətn parçası dastandan götürülmüşdür?
Xəta bildir
A)
"Şah İsmayıl"
B)
"Qaçaq Nəbi"
C)
"Koroğlu"
D)
"Kitabi-Dədə Qorqud"
E)
"Abbas və Gülgəz"
2)
S.Rüstəmin Cənub mövzusuna həsr etdiyi əsərlər hansı cərgədə verilib?
Xəta bildir
A)
"Ələmdən nəşəyə", "Ana və poçtalyon", "Qafqaz ordusu"
B)
"Zindan", "On ikinci tüfəng", "Memarın faciəsi"
C)
"Mənim şerim", "And", "Qəhrəmanın vəsiyyəti"
D)
"Yaxşı yoldaş", "Gecənin romantikası", "Ana ürəyi"
E)
"Vətən oğlu", "Gün o gün olsun ki", "Çiçək mağazası"
3)
Bənddə işlənmiş bədii təsvir vasitəsini müəyyənləşdirin.
Gözüm çox həsrətdir xumar gözünə,
Günəş camalına, şəkər sözünə,
Utanıram, necə deyim üzünə,
Dərdin xəstə canə gəlsin, gəlməsin?
Xəta bildir
A)
təşbeh
B)
simvol
C)
metafora
D)
epitet
E)
metonimiya
4)
Həcmcə 5-10 beytdən ibarət olur. qafiyə quruluşu belədir: aa, ba, va, qa, ğa ... Məqtə beytdə şair təxəllüsünü söyləyir.
Bu parçada hansı janrın xüsusiyyətləri göstərilmişdir?
Xəta bildir
A)
qitə
B)
qəzəl
C)
məsnəvi
D)
qəsidə
E)
müxəmməs
5)
C.Məmmədquluzadənin publisistik əsərləri ən çox hansı mətbuat orqanında çap olunmuşdur?
Xəta bildir
A)
"Kafkaz"
B)
"Kaspi"
C)
"Molla Nəsrəddin"
D)
"Həyat"
E)
"Şərqi-Rus
6)
Aşağıdakı atalar sözlərindən biri ilə N.Vəzirovun "Ev tərbiyəsinin bir şəkli" əsərinin tərbiyəvi nəticəsini ifadə etmək mümkündür:
Xəta bildir
A)
"Ot kökü üstündə bitər"
B)
"Ağıl yaşda deyil, başdadır"
C)
"Cücəni payızda sayarlar"
D)
"Əldən qalan əlli il qalar"
E)
"Niyyətin hara, mənzilin ora"
7)
Bu əsərlərdən ikisi Ə.Xaqaninin deyil:
1. "Töhfətül-İraqeyn"
2. "Şikayətnamə"
3. "Qəsidey-şiniyyə"
4. "Mədain xərabələri"
5. "Mehr və Müştəri"
Xəta bildir
A)
4, 5
B)
2, 4
C)
2, 5
D)
1, 3
E)
3, 5
8)
"Nəsrəddin şah", "Solğun çiçəklər" pyeslərinin müəllifi:
Xəta bildir
A)
Ə.Haqverdiyev
B)
S.S.Axundov
C)
C.Cabbarlı
D)
İ.Əfəndiyev
E)
M.Hüseyn
9)
M.F.Axundzadə bu əsərində asan yolla pul qazanmaq istəyən bir qrup adamı kollektiv obraz kimi "nuxulular" deyə təqdim edərək ifşa obyektinə çevrilmişdir:
Xəta bildir
A)
"Sərgüzəşti-mərdi-xəsis"
B)
"Hekayəti-xırs qudurbasan"
C)
"Mürafiə vəkillərinin hekayəti"
D)
"Hekayəti-molla İbrahimxəlil kimyagər"
E)
"Hekayəti-müsyö Jordon və dərviş Məstəli şah"
10)
İsmin hansı halları müəyyənlik və qeyri-müəyyənlik bildirir?
Xəta bildir
A)
təsirlik və yerlik
B)
yerlik və çıxışlıq
C)
adlıq və yiyəlik
D)
yönlük və təsirlik
E)
yiyəlik və təsirlik
11)
"Kimin ki ağlı, bacarığı var, qalib gəlir" tabeli mürəkkəb cümləsinin növünü göstərin:
Xəta bildir
A)
xəbər budaq cümləli
B)
təyin budaq cümləli
C)
tamamlıq budaq cümləli
D)
mübtəda budaq cümləli
E)
şərt budaq cümləli
12)
Feli sifətlərin verildiyi cərgəni müəyyənləşdirin.
Xəta bildir
A)
qızıl söz, beşmərtəbəli bina, düz yol
B)
düşünən beyin, danışan adam, görünən ulduz
C)
təmiz paltar, gözəl qız, evli adam
D)
qapının dəstəyi, stolun üstü, çətin iş
E)
sevimli uşaq, buzlu su, dərin göl
13)
"Ömrün uzun olsun!", "Canın sağ olsun!", "Bəxtin ağ olsun!" nümunələri nitq etiketlərinin hansı növünə aiddir?
Xəta bildir
A)
müraciət
B)
təbrik
C)
ayrılma
D)
görüşmə
E)
alqış
14)
"Qəlbinə dəymək" frazeoloji birləşməsinin antonimi hansıdır?
Xəta bildir
A)
qəlbindən keçmək
B)
ürəyinə yatmaq
C)
könlünü almaq
D)
könül vermək
E)
könül bağlamaq
15)
Cərgələrdən birində adlıq cümlələr verilmişdir:
Xəta bildir
A)
Səhərdir. Təbiətdən bahar qoxusu gəlir.
B)
Aylı gecə göz oxşayırdı. Təbiətdə bir saflıq vardı.
C)
Bayırda çovğundur. Göz gözü görmür.
D)
Şuşa qalası. Cıdır düzü. Qacarın çadırı. Qacar əsəbi halda. (S.Vurğun)
E)
Ayazlı, şaxtalı bir qış günü idi. Biz yola düşdük.
16)
"Yastı" sözünün fonetik təhlili ilə bağlı səhvi göstərin:
Xəta bildir
A)
Sözdə qalın saitlərin ahəngi gözlənilmişdir.
B)
İkihecalıdır, vurğu birinci hecaya düşür.
C)
İki cingiltili, bir kar samit işlənmişdir.
D)
Yazılışı ilə tələffüzü fərqlənir.
E)
İki qalın, dodaqlanmayan sait işlənmişdir.
17)
Təkcə, tək, ancaq ədatlarının məna növünü göstərin:
Xəta bildir
A)
məhdudlaşdırıcı
B)
sual
C)
dəqiqləşdirici
D)
qüvvətləndirici
E)
əmr
18)
Görüşürdülər sözünün morfoloji təhliindəki səhvi göstərin:
Xəta bildir
A)
Düzəltmə feldir.
B)
Qarşılıq-birgəlik növdədir.
C)
Xəbər şəklinin hekayəsindədir.
D)
Şühudi keçmiş zamandadır.
E)
Təsirsiz feldir.
19)
"Şagirdlərin imtahan göstəriciəri sevindiricidir" cümləsində hansı cümlə üzvləri işlənmişdir?
Xəta bildir
A)
zərflik, tamamlıq, xəbər
B)
təyin, tamamlıq, xəbər
C)
mübtəda, zərflik, xəbər
D)
mübtəda, xəbər
E)
təyin, mübtəda, xəbər
20)
Sözün poetik funksiyası ən çox hansı üslubda özünü göstərir?
Xəta bildir
A)
rəsmi-işgüzar
B)
publisistik
C)
elmi
D)
bədii
E)
məişət
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab