Tapılan ümumi test sayı : 27

"Sən, deyəsən, məni yaxşı tanımırsan"  cümləsinin morfoloji təhlilində yol verilmiş səhvi göstərin.
A) "sən" - şəxs əvəzliyidir, II şəxsin təkində, adlıq haldadır.
B) "tanımırsan" - məlum növdə olan feldir, inkardadır.
C) "yaxşı" - sifətdir, adi dərəcədədir.
D) "məni" - şəxs əvəzliyidir, təsirlik haldadır.
E) "deyəsən" - modal sözdür, güman, şübhə bildirir.
Ay həzərat, gəlin sizə söyləyim,
Bu dünyanın xəyanatı çıxıbdı.
İnsaflar azalıb, mürvət gödəlib,
Qazıların mazarratı çıxıbdı.

Bənd hansı sənətkarın əsərindədir?
A) Abbas Tufarqanlı
B) Molla Vəli Vidadi
C) Qasım bəy Zakir
D) Aşıq Ələsgər
E) Molla Pənah Vaqif
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar
Mən bu tamaşadan necə əl çəkim?

                                      (M.Müşfiq)
Nümunədə işlənmiş bədii təsvir və ifadə vasitələrini göstərin.
I. epitet            II. təşbeh              III. metafora               IV. təkrir              V. bədii sual                   VI. mübaliğə
 
A) II, III
B) I, IV, V
C) III, IV, VI
D) I, II, III
E) III, VI
M.Ə.Sabirin Azərbaycanda, Yaxın və Orta Şərq ölkələrində əməlpərvər, qüdrətli xalq şairi kimi şöhrət qazanmasında hansı mətbuat orqanının xüsusi rolu olmuşdur?
A) "Həyat"
B) "Molla Nəsrəddin"
C) "İrşad"
D) "Şərqi-Rus"
E) "Füyuzat"
Bu şairlərdən birinin yaradıcılığı ilə Azərbaycan poeziyasına dərdli ana obrazı daxil olmuşdur:
A) Fatma xanım Kəminə
B) Heyran xanım
C) Məhsəti Gəncəvi
D) Xurşidbanu Natəvan
E) Aşıq Pəri
Xurşidbanunun ("Xurşidbanu Natəvan") son qərarı necə olur?
A) İran  şahzadəsinin ona baş hərəm olmaq təklifini rədd edir.
B) Ata mülkündən, kəndlilərindən əl çəkməklə öz sinfi ilə əlaqəsini kəsir.
C) Seyid Hüseynin həbs olunması ilə əlaqədar olaraq  canişinə müraciət edir.
D) Söz-söhbətə, şayiələrə son qoymaq üçün Seyid Hüseynə ərə gedir.
E) Knyaz Xasayın nikahı təzələmək təklifini rədd edir.
"Xosrov və Şirin" poemasında rəqibini xəyanətlə öldürtdürüb, xəyanət nəticəsində də özü məhv olan obraz:
A) Xosrov
B) Şiruyə
C) Şapur
D) Hörmüz
E) Fərhad
"Xosrov və Şirin" poemasında rəqibini xəyanətlə öldürtdürüb, xəyanət nəticəsində də özü məhv olan obraz:
A) Fərhad
B) Şapur
C) Xosrov
D) Hörmüz
E) Şiruyə
XIX əsrin sonlarında yaşamış və bədii nəsr əsəri yazmış sənətkar:
A) Marağalı Əvhədi
B) Mirzəli Möcüz
C) Arif Ərdəbili
D) Məhəmməd Bağır Xalxali
E) Zeynalabdin Marağayi
M.Füzulinin hansı əsəri məktub şəklində yazılmışdır?
A) "Bəngü Badə"
B) "Səhhət və Mərəz"
C) "Şikayətnamə"
D) "Söhbətül-əsmar"
E) "Rindü Zahid"
Y.V.Çəmənzəmənlinin həyat və yaradıcılığı ilə bağlı səhv cavabı göstərin.
A) Repressiya qurbanlarından biridir.
B) "Azərbaycan ədəbiyyatına bir nəzər" onun ədəbiyyatımızın tarixinə aid sistemli tədqiqat əsəridir.
C) Tarixi roman janrının ilk nümunəsini yaratmışdır.
D) "Qızlar bulağı" tarixi-fəlsəfi, "Qan içində" tarixi romandır.
E) İlk mətbu əsəri "Molla Nəsrəddin"də dərc olunmuşdur.
Süjet nədir?
A) bədii əsərdə əhvalatın sonluğu
B) ziddiyyətlərin ən gərgin nöqtəsi
C) bədii əsərdə hadisələrin müəyyən bir xətt üzrə inkişaf etdirilməsi
D) bədii əsərdə əsas hadisədən kənara çıxılması
E) hadisələrin inkişafında düyünün yaranması
Bu əlamətlər hansı üslubda özünü göstərir?
1. xalq danışıq dilinə aid sözlərdən daha çox istifadə
2. dialoji nitq formasının daha çox işlədilməsi
3. bağlayıcı məzmununun daha çox intonasiya ilə çatdırılması
4. yarımçıq cümlələrin işlədilməsi
A) məişət
B) bədii
C) publisistik
D) elmi
E) rəsmi-işgüzar
Kar-cingiltili samit cütlüyündən hansı səhvdir?
A) x-q
B) k-g
C) ş-j
D) ç-c
E) p-b
Hansı söz yalnız qoşma kimi işlənə bilər?
A) ilə
B) ancaq
C) savayı
D) başqa
E) özgə
İnkar əvəzliyi işlənmiş cümləni göstərin:
A) Kimsə qapını taqqıldatdı.
B) O özü bu işə əncam çəkər.
C) Hərə bir işin dalınca yollandı.
D) Bahar anasının tapşırığına əməl edərək o kağızı heç kəsə göstərmirdi.
E) Tanrı özü balamı bəladan qorusun.
Hərəkətin icrasını müxtəlif cəhətdən izah edən cümlə üzvü:
A) mübtəda
B) xəbər
C) təyin
D) zərflik
E) tamamlıq
Müraciət etiketlərini göstərin.
1. Xanım!
2. Salam!
3. Əlvida!
4. Mübarək!
5. Var ol!
6. Cənab!
A) 4, 5
B) 1, 2, 5
C) 1, 6
D) 3, 4
E) 2, 3, 4
"İstiləşməmişdi" sözünün morfoloji təhlilindəki səhvi göstərin.
A) təsirsiz feldir
B) məlum növdədir
C) nəqli keçmiş zamandadır
D) feldir, xəbər şəklinin rəvayətindəndir
E) düzəltmə feldir, sifətdən əmələ gəlmişdir
Cüttərkibli müxtəsər cümlə hansıdır?
A) Yıxılana gülməzlər.
B) Bu, Müşkinazın xatirələrindəndir.
C) Yüz dəfə ölç, bir dəfə biç.
D) Cavid mənalı-mənalı gülümsünürdü.
E) Gedənin dalınca danışmazlar.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top