Tapılan ümumi test sayı : 24
1)
Aşıq Abbas Tufarqanlının həyat və yaradıcılığı ilə bağlı fikirlərdən hansı səhvdir?
Xəta bildir
A)
Əsərlərində məhəbbət və gözəlliyi vəsf etmişdir.
B)
Qoşma və gəraylıları əsasında dastan yaranmışdır.
C)
XVIII yüzillikdə yaşamışdır.
D)
Qoşma, gəraylı və təcnislərində xalqın sevincini, kədərini arzularını əks etdirmişdir.
E)
Cənubi Azərbaycandandır.
2)
"Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən..."
misralarının müəllifi
Xəta bildir
A)
R.Rza
B)
B.Vahabzadə
C)
M.Rahim
D)
S.Rüstəm
E)
S.Vurğun
3)
C.Cabbarlının "Oqtay Eloğlu" faciəsindəki qadın surətlərini göstərin.
Xəta bildir
A)
Firəngiz, Almas, Gülsabah, Gültəkin
B)
Solmaz, Gülnisə, Sevər, Gültəkin
C)
Firəngiz, Tamara, Nadya, Sevər
D)
Firəngiz, Gültəkin, Gülüş, Durna
E)
Gülnisə, Sevər, Firəngiz, Solmaz
4)
Beytdə hansı bədii təsvir vasitəsi işlədilmişdir?
Görsən tanımazsan Yarımsaqqalı
Çıxıb əndazədən dövləti, malı,... (Q.Zakir)
Xəta bildir
A)
simvol
B)
təşbeh
C)
metafora
D)
epitet
E)
sinekdoxa
5)
Fəxrəddin bəy ("Müsibəti-Fəxrəddin") öz faciəsini "müsibəti - müsəlmanan" adlandırdıqda nəyi nəzərdə tuturdu?
Xəta bildir
A)
xalqa başçılıq edə biləcək müdrik adamların olmaması
B)
elmsizliyi, cəhaləti və şəriət qaydalarına,dini ehkamlara riayət olunmamasını
C)
Rüstəm bəy kimi adamların mühafizəkarlığını və qəddarlığını
D)
Səadət xanımla qurmaq istədiyi xoşbəxt həyatdan məhrum olmasını
E)
anasının və qardaşının intiqam hissi ilə yaşamalarını
6)
M.Ə.Sabirin bu şerində özünün azadlıq idealını, ictimai amalını birbaşa tərənnüm yolu ilə ifadə edir:
Xəta bildir
A)
"Ürəfa marşı"
B)
"Əkinçi"
C)
"Aldanmaram"
D)
"Ruhum"
E)
"Yatmayın, Allahı sevərsiz!"
7)
M.P.Vaqifin klassik üslubda yazdığı əsərləri ilə bağlı düzgün fikirləri seçin.
1. Klassik üslubda yazdığı şerlərinin bir qismi məhəbbət mövzusundadır.
2. Tiflis səfəri ilə bağlı yazdığı şerlərində həyatın ziddiyyətlərindən doğan dərin kədər və şikayət hissləri güclüdür.
3. "Naz ilə ta ol büti-ziba kəlisadan çıxar" misrası ilə başlanan müxəmməsi gözəlin tərənnümünə həsr olunub.
4. Şairin "Bax" rədifi qəzəli və "Görmədim" müxəmməsi son şerləri kimi tanınır.
5. Klassik üslubda yazdığı bütün əsərələrində sənətkarın nikbin əhvali-ruhiyyəsi, şən ovqatı daha qabarıqdır.
Xəta bildir
A)
2, 3, 5
B)
1, 3, 4
C)
1, 4, 5
D)
1, 2, 5
E)
3, 4, 5
8)
M.F.Axundzadənin mənfi ruhani obrazı olan əsəri:
Xəta bildir
A)
"Mürafiə vəkillərinin hekayəti"
B)
"Hekayəti-mərdi-xəsis"
C)
"Hekayəti-vəziri-xani-Lənkəran"
D)
"Aldanmış kəvakib"
E)
"Hekayəti-xırs quldurbasan"
9)
Nizaminin hansı əsərində qadının mənəvi sərbəstliyi məsələsinə xüsusi diqqət yetirilmiş, qadın əsarətinə, mənəvi köləliyə etiraz ön plana çəkilmişdir?
Xəta bildir
A)
"İsgəndərnamə"
B)
"Yeddi gözəl"
C)
"Leyli və Məcnun"
D)
"Xosrov və Şirin"
E)
"Sirlər xəzinəsi"
10)
Azərbaycan ədəbiyyatşünaslığında süjet xəttinin hansı mərhələsi "bədii müqaddimə", "bədii zəmin" sözləri ilə də ifadə olunur?
Xəta bildir
A)
epiqraf
B)
ekspozisiya
C)
zavyazka
D)
proloq
E)
kulminasiya
11)
"Söykənmişdi" sözünün morfoloji təhlilindəki səhvi göstərin.
Xəta bildir
A)
-di fel şəkillərinin hekayəsini düzəldən hissəcikdir.
B)
Təsirsizdir.
C)
-mış nəqli keçmiş zaman şəkilçisidir.
D)
Sadə feldir.
E)
Təsdiqdədir.
12)
Verilmiş şer parçasında neçə antonim cütlüyü işlənmişdir?
"Lazım olum insanların xoş gününə, bəd gününə
Xəstəsinə, sağlamına, xoşbəxtinə, bədbəxtinə"
Xəta bildir
13)
"Müşayiət" sözünün fonetik təhlilindəki səhvi göstərin.
Xəta bildir
A)
[ş], [t] - kar samitlərdir.
B)
[m], [y] - cingiltili samitlərdir.
C)
[ü], [ə] - incə, [a] isə qalın saitlərdir.
D)
Deyilişi ilə yazılışı fərqlənir.
E)
Vurğu 2-ci hecanın üzərinə düşür.
14)
"Nəcəf bəy Vəzirovun şah əsəri "Müsibəti-Fəxrəddin" faciəsidir" cümləsində neçə cümlə üzvü işlənmişdir?
Xəta bildir
15)
Hansı cərgədə qalın, dodaqlanmayan saitlərin sırasına incə dodaqlanan saitlər əlavə olunmuşdur?
Xəta bildir
A)
ı, i, e, o
B)
o, u, ö, ü
C)
a, ı, o, ö
D)
a, ı, o, u
E)
a, ı, ö, ü
16)
Biri ehtimal və şübhə bildirən modal söz deyil:
Xəta bildir
A)
məncə
B)
görünür
C)
gərək ki
D)
bəlkə
E)
deyəsən
17)
Məhəmməd peyğəmbərə aid olan bu kəlam hansı məşhur əsərdən götürülmüşdür?
"Türk dilini öyrənin, türklərin uzun sürən haimiyyəti vardır"
Xəta bildir
A)
"Divani-lüğətit-türk"
B)
"Əsrimizin Səyavuşu"
C)
"Qanuni-qüdsi"
D)
"Qurani-kərim"
E)
"Həqiqətüs-süəda"
18)
Hansı cümlədə mübtədanın əlavəsi vardır?
Xəta bildir
A)
Hər səhər Nadirin atası qaymağı sahibinə - Məşədi Möhsünə çatdırırdı.
B)
Arif Nəzərli - yeni inspektor yaxşı bir məruzə hazırlamışdı.
C)
Ana, 14 gündən sonra bayramdır - Novruzun torpağımıza qədəm qoyduğu gündür.
D)
Azərbaycanın - Odlar yurdunun övladlarına eşq olsun!
E)
Qızlardan birinə - balaca Nərgizə gül dəstəsi bağışladılar.
19)
Mətn hansı üslubdadır?
"Ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesi olan nitqə çevrilməsi çox mürəkkəb bir hadisədir: onun ictimai, psixoloji və fizioloji tərəfləri vardır".
Xəta bildir
A)
elmi
B)
məişət
C)
rəsmi-işgüzar
D)
publisistik
E)
bədii
20)
Nitqə müəyyən emosionallıq, sözlə ifadəsi mümkün olmayan çalarlar gətirən vasitələr:
1. mimika
2. jest
3. etiket
4. alleqoriya
5. satira
Xəta bildir
A)
2, 3
B)
1, 5
C)
1, 2
D)
3, 4
E)
4, 5
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab