Tapılan ümumi test sayı : 24

Bu xüsusiyyətlərdən biri Xudayar bəyə ("Danabaş kəndinin əhvalatları") aid  edilə bilməz:
A) O, qanunsuzluğun, özbaşınalığın, Məhəmmədhəsən əmilərə zülm edən bir mühitin törəməsidir.
B) Özünü kəndli hüquqlarının müdafiəçisi kimi tanıtmağa çalışır.
C) Qlava Kərbəlayı İsmayılla "qohumluq" onu əli dəyənəkli edib.
D) Görmədiyi günə çıxıb deyə, hərəkətlərinin ölçü-biçisi yoxdur.
E) Bir neçə manat pul tapmır ki, verib kəbin kəsdirsin, nəticədə yazıq Məhəmmədhəsən əminin ulağını girov qoymalı olur.
Biri müxəmməs janrındadır:
A) M.P.Vaqif. "Bax"
B) A.Bakıxanov. "Dil eşq yolunda zar olubdur..."
C) M.Ş.Vazeh. "Süsəni"
D) Q.Zakir. "Bax"
E) M.Ş.Vazeh. "Nə qədər kim, fələyin sabitü səyyarəsi var"
"Sinekdoxa" hansı bədii təsvir vasitəsinin bir növü sayılır?
A) metonimiyanın
B) simvolun
C) epitetin
D) təşbehin
E) metaforanın
Hansı şairin yaradıcılığında ictimai kədər əsas məzmun xüsusiyyəti kimi özünü göstərir?
A) S.Ə.Nəbati
B) M.P.Vaqif
C) M.V.Vidadi
D) A.Bakıxanov
E) Q.Zakir
C.Cabbarlı satirik şerlərində daha çox hansı şairin yaradıcılıq ənənələrini davam etdirmişdir?
A) S.Ə.Şirvaninin
B) M.Ə.Möcüzün
C) M.Ə.Sabirin
D) Q.Zakirin
E) Ə.Nəzminin
A.Bakıxanov, İ.Qutqaşınlı və M.Ş.Vazehin yaradıcılığı üçün ortaq cəhət hansıdır?
A) klassik üslubda şer yazmaları
B) xalq ədəbiyyatından və aşıq şerindən geniş istifadə etmələri
C) romantizm ədəbi cərəyanına mənsub olmaları
D) çar hakimlərinin zülmü əleyhinə mübarizə mövzusuna  geniş yer vermələri
E) maarifçilik ideyalarının ifadəsinə xüsusi diqqət yetirmələri
Şah İsmayıl Xətainin "Dəhnamə" poeması ilə bağlı yalnış fikirləri seçin.
1. Görüşüb ayrılan sevgililərin keçirdiyi hisslər, vida səhnəsi "Sən qal imdi" rədifli qəzəldə ümumiləşdirilir.
2. Buradakı eşq dünyəvi mahiyyət daşıdığı üçün əsər realist poema hesab edilir.
3. Bəzi məktubları Məşuqəyə Göz yaşı çatdırır.
4. Ənənəvi başlıqardan sonra nəsrlə yazılmış girişdən istifadə olunur.
5. Məsnəviyə daxil edilmiş lirik şerlərdə şair öz təxəllüsünü vermir.
A) 1, 2, 4
B) 2, 4, 5
C) 1, 3, 4
D) 2, 3
E) 3, 5
"Kitabi-Dədə Qorqud" eposu ilə bağlı fikirlərdən biri səhvdir:
A) Boylar ozanların müxtəlif zamanlarda yaratdığı ayrı-ayrı dastanlardır.
B) Yalnız nəşr şəklindədir.
C) Müxtəlif boyalardan ibarət olsa da, əsər bütöv bir dastan kimi məşhurdur.
D) Hadisələr, əsasən, Azərbaycanda baş verir.
E) İki əlyazması vardır.
Bu qəzetlərədən biri XIX əsrin sonlarında Təbrizdə nəşr olunmuşdur:
A) "Həyat"
B) "Ziya"
C) "Kəşkül"
D) "Əlhədid"
E) "Əkinçi"
M.Şəhriyarın "Heydərbabaya salam" əsərində öz əksini tapmışdır:
1. Xalqın məişəti ilə bağlı hadisələr
2. Novruz adətləri
3. Xalqın azadlıq uğrunda mübarizəsi
4. Xalqın ayrılıq dərdi
5. İran-İraq müharibəsində döyüşən azərbaycanlıların faciəsi
A) 1, 2, 3
B) 1, 3, 5
C) 3, 4, 5
D) 2, 3, 4
E) 1, 2, 4
Ünsiyyət prosesidir:
A) nitq fəaliyyəti
B) dil
C) nitq forması
D) nitq
E) dilin qrammatik quruluşu
Bu şəkilçilrdən biri mənsubiyyət şəkilçisi ilə işlənərək keçmiş zaman feli sifəti əmələ gətirir:
A) -acaq2
B) -mış4
C) -an2
D) -dıq4
E) -ası2
Alınma şəkilçilər haqqında hansı fikir düzgündür?
A) Həm leksik, həm qrammatik şəkilçilər alınma ola bilər.
B) Yalnız leksik şəkilçilərdən ibarət olur.
C) Dilimizə yalnız fars dilindən şəkilçi keçmişdir.
D) Dilimizə yalnız feldən isim düzəldən şəkilçilər keçə bilər.
E) Dörd cür yazılır.
Sözlərin üçünün də omonim olduğu cərgəni göstərin.
A) qurd, az, dəniz
B) divan, həyat, surət
C) qoruq, kök, kəsr
D) al, don, əsr
E) at, tut, yay
Hansı birləşmənin birinci tərəfində iltisaqilik prinsipi pozulmuşdur?
A) qəribə hadisə
B) hərfi yazı
C) elmi əsər
D) düzgün qərar
E) şəkli yazı
"Müəyyən" sözünün fonetik təhlili ilə bağlı səhvi göstərin.
A) İncə saitlərin ahəngi gözlənilib.
B) Sözdə 4 cingiltili samit vardır.
C) Sözdə iki açıq, incə, dodaqlanmayan sait vardır.
D) [mə:yən] kimi tələffüz olunur.
E) Vurğu üçüncü hecadadır.
Vurğusu son hecaya düşməyən terminlər cərgəsini göstərin.
A) flora, funksiya, qrafik
B) vegetasiya, realizm, era
C) parabola, relyef, reaksiya
D) fonetika, poeziya, sulfat
E) leksika, təkrir, neyron
Biri bağlayıcıdır:
A) ehtimal ki
B) gərək ki
C) yəqin ki
D) madam ki
E) elə bil ki
Bədii üslubun ən az təsir göstərdiyi üslublar hansılardır?
1. elmi
2. publisistik
3. rəsmi-işgüzar
4. məişət
A) 3, 4
B) 2, 4
C) 2, 3
D) 1, 3
E) 1, 2
Gözümdən kağıza yaş dama-dama,
Söykənib dururam yazı masama.

Şerdə qafiyə olan sözlər morfoloji cəhətdən nədir?
A) sifət və isim
B) feli bağlama və sifət
C) feli bağlama və isim
D) feli sifət və isim
E) zərf və isim
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top