Tapılan ümumi test sayı : 24

"Səməd bu yollara həsrətlə baxardı"  cümləsinin morfoloji təhlili ilə bağlı səhv cavabı göstərin.
A) Səməd - adlıq halda olan xüsusi isimdir.
B) bu - sifətin yerində işlənmiş işarə əvəzliyidir.
C) yollara - yönlük halda olan sadə isimdir.
D) baxardı - sadə feldir, şühudi keçmiş zamandadır.
E) həsrətlə - tərzi -hərəkət zərfidir.
"Vertolyot" sözünün fonetik təhlilindəki səhv cavabı müəyyənləşdirin.
A) Ahəng qanununa tabe deyil.
B) Dörd cingiltili, iki kar samit var.
C) Üçhecalıdır.
D) Saitlərin biri dodaqlanmayan, ikisi isə dodaqlananadır.
E) Vurğu üçüncü hecaya düşür.
Cərgələrdən birində ədəbi dil normalarının pozulması faktı sayılan, lakin tipin dilində yolverilə bilən nitq təzahürləri göstərilmişdir:
A) alınma sözlər
B) terminlər, peşə-sənət sözləri
C) bədii təsvir və ifadə vasitələri
D) dialektizmlər, vulqar və loru sözlər, varvarizmlər
E) ümumişlək sözlər
Hansı cərgədəki fellər lazım şəklində deyil?
A) dərsi öyrənəsidir, işi başa çatdırasıdır
B) sirlər açılasıdır, qələbələr qazanılasıdır
C) gediləsi yol, öyrəniləsi dərs
D) oxuyası deyiləm, mübarizəni dayandırası deyilik
E) duz səpiləsidir, yol gediləsidir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top