X qeyri-metal olub p-elementidir, Y s-elementi olub metaldır, Z isə d-elementidir. Hansı birləşmə reaksiyaları adi şəraitdə gedər? I. XO3 + H2O → II. Y2O + H2O → III. ZO + H2O →
34,4 qram doymuş aldehidin oksidləşməsindən 40,8 qram doymuş birəsaslı karbon turşusu alınır. Bu turşunun tərkibində bir asimmetrik karbon atomu varsa, bu turşunu Beynəlxalq nomenklatura ilə adlandırın.
Həcmi 1 litr olan qapalı qabda A(q) + B(q) ↔ C(q) reaksiyası tarazlıqdadır. Tarazlıq halında qabda A, B və C maddələrinin miqdarı uyğun olaraq 2, 4 və 8 moldur. Qaba neçə mol B maddəsi əlavə etmək lazımdır ki, növbəti tarazlıqda qabda 9 mol C maddəsi olsun?