Tapılan ümumi test sayı : 101

“Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”na əsasən müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün namizəd təqdim etməlidir:
A) doğum haqqında şəhadətnamənin surətini
B) son 6 ayda əvvəlki iş yerində intizam məsuliyyətinə cəlb edilib-edilməməsi haqqında arayışı
C) kadrlar uçotunun şəxsi vərəqəsini
D) son iş yerinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən xasiyyətnaməni
“Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən təşkilatın struktur bölmələrinin adı necə yazılır?
A) Bütün sözlər kiçik hərflə yazılır.
B) Yalnız baş hərf böyük hərflə yazılır.
C) Bütün sözlər böyük hərflə yazılır.
D) Birinci və sonuncu sözlərin baş hərfi böyük hərflə yazılır.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət dili ilə bağlı məsələ hansı halda referenduma çıxarıla bilər?
A) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə
B) Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə
C) Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin birgə təşəbbüsü ilə
D) heç bir halda
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusu dövlət qulluğunda irəli çəkilə bilər:
A) qulluqda yüksəliş, müsahibə və ya müsabiqə yolu ilə
B) yalnız qulluqda yüksəliş yolu ilə
C) yalnız müsahibə yolu ilə
D) yalnız müsabiqə və müsahibə yolu ilə
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmalar törətdikdə və bu hüquqpozmalar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda korrupsiyaya qarşı mübarizə aparan orqan hansı tədbirlər görür?
A) bu barədə müvafiq seçki komissiyasına məlumat verir
B) bu barədə müvafiq məhkəməyə məlumat verir
C) həmin şəxsi intizam məsuliyyətinə cəlb edir
D) bu barədə həmin şəxsin seçildiyi yerli özünüidarəetmə orqanına məlumat verir
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən ailə qurmaq hüququndan istifadə edə bilməz:
A) ailənin saxlanılması üçün təminatı olmayanlar
B) qanun ilə müəyyən edilmiş yaş həddinə çatmayanlar
C) cəza çəkmə müəssisəsində cəza çəkənlər
D) Azərbaycan vətəndaşı olmayanlar
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisəli məsələləri kim həll edir?
A) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
B) Azərbaycan Respublikasının Milli Məclisi
C) Azərbaycan Respublikasının Prezidenti
D) Azərbaycan Respublikasının Prezidenti və Milli Məclisi
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyətin hansı növləri vardır? 1. dövlət 2. paylı 3. bələdiyyə 4. birgə 5. xüsusi
A) 1, 3, 5
B) 1, 2, 5
C) 1, 3, 4
D) 2, 3 ,4
“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən düzgündür
A) Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri vətəndaşların təkliflərinin, ərizə və şikayətlərinin qəbul edilməsinin və onlara baxılmasının təşkili üçün məsuliyyət daşımırlar.
B) Vətəndaş böhtan məqsədilə ərizə və ya şikayət verdikdə, qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
C) Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciəti daxil olduğu gündən etibarən ən geci 20 gün ərzində baxılır.
D) Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq baxılır .
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçıları hansı qaydada vəzifəyə təyin edilir?
A) Azərbaycan Respublikasının Prezidentinin razılığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri təyin edir
B) Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir
C) təqdimat olmadan Azərbaycan Respublikasının Prezidenti birbaşa təyin edir
D) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri təyin edir
Azərbaycan Respublikasının Konstitusiyasına görə əmlakın tam müsadirəsinə:
A) yol verilir
B) yol verilmir
C) dövlət ehtiyacları üçün yol verilə bilər
D) qismən yol verilə bilər
Aşağıda göstərilən məsələlərdən hansıları yalnız referendum yolu ilə həll olunur? 1) vergilər və dövlət büdcəsi 2) Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi 3) amnistiya və əfv etmə 4) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi
A) 1,2
B) 3,4
C) 1,4
D) 2,4
Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərdən hansılara dair ümumi qaydalar müəyyən edərkən 83 səs çoxluğu ilə qanunlar qəbul etmir? 1) ailə münasibətləri 2) referendum 3) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu 4) Azərbaycan Respublikası Prezidentinin seçkiləri 5) məhkəmə quruluşu və hakimlərin statusu 6) bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu
A) 2,4,5
B) 2,3,4
C) 3,4,6
D) 1,5,6
Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərdən hansılara dair ümumi qaydalar müəyyən edərkən 83 səs çoxluğu ilə qanunlar qəbul edir? 1) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu 2) bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu 3) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət 4) Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 5) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqi 6) referendum 7) inzibati ərazi bölgüsü 8) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi
A) 1,4,5,8
B) 2,5,8
C) 1,4,6
D) 2,4,6
Bələdiyyələrə seçkilərin qaydaları nə ilə müəyyən edilir?
A) Konstitusiya qanunu ilə
B) Fərmanla
C) qərarla
D) heç biri doğru deyil
Hansı şərtlə şəxsin üzərində tibbi təcrübələr aparıla bilər?
A) könüllü razılığı olduqda
B) bütün hallarda
C) cəmiyyət üçün təhlükəli xəstəliyə malikdirsə
D) heç bir halda
Əmək müqaviləsi necə bağlanılır?
A) 18 yaşına çatdıqda
B) işlədiyi dövrdə məcburi
C) müvafiq ixtisasa sahib olduqda
D) sərbəst
Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hansı prinsiplər əsasında qurur?
A) beynəlxalq müqavilələr
B) milli qanunvericilik
C) qanunvericilik sistemi
D) beynəlxalq hüquq normaları
Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərdən hansılara dair ümumi qaydalar müəyyən edərkən 63 səs çoxluğu ilə qanunlar qəbul edir? 1) fövqəladə vəziyyət rejimi 2) referendum 3) inzibati ərazi bölgüsü 4) mülki hüquq obyektləri 5) amnistiya 6) dövlət sərhədi rejimi 7) dövlətlərarasi müqavilələrin təsdiq və ləğv edilməsi
A) 1,4,7
B) 2,4,7
C) 1,3,5
D) 1,4,6
Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək borcunun yerinə yetirilməsinə kim nəzarət edir?
A) Hər kəs
B) Valideyinlər
C) Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi
D) Heç biri doğru deyil
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top