Tapılan ümumi test sayı : 20

Səhv fikri seçin:
A) Felin inkarı – ma, - mə şəkilçisi ilə əmələ gəlir
B) Fellər hərəkətin icra olunduğunu bildirdiyi kimi, icra olunmadığını da bildirir
C) Fellər öz – özlüklərində təsdiq formasında olur
D) İnkarlıq şəkilçisi olan – ma, - mə şəkilçisi vurğu qəbul edir
Təsdiq və inkar fellər haqqında fikirlərdən biri düzdür:
A) Fellər öz – özlüklərində təsdiq formasında olmur
B) Felin təsdiq forması ilə inkar forması qarşı – qarşıya dayanır, bir – birinin əksini təşkil edir
C) Felin inkar şəkilçisi – ma, - mə şəkilçisi leksik şəkilçidir
D) İnkar şəkilçisi – ma, - mə vurğu qəbul edir
Aşağıdakılardan biri səhvdir:
A) İnkar şəkilçisi –ma, - mə vurğu qəbul etmir
B) Felin inkar şəkilçisi qrammatik şəkilçidir
C) Bəzən felin inkar şəkilçisinin saiti düşür
D) Fellər öz – özlüklərində təsdiq formasında olmur
Fellər hərəkətin icra olunduğunu bildirdiyi kimi, icra olunmadığını da bildirir. Bu cəhətdən felin neçə forması var?
A) 2
B) 3
C) 5
D) 4
Cümlələrdən birində - ma, - mə şəkilçisi qəbul etmiş sözlərdən biri felin inkar formasındadır:
A) Yığma futbol komandalarının ölkələrarası turniri başlanmışdır
B) Sən heç nəyə dəymə, heç şeyi yoxlama
C) Keçmişdən qalma adətləri qorumaq lazımdır
D) Qızdırma onu əldən salmışdı
Cümlələrdən hansında fel inkardadır?
A) Məktəbimizdə yoxlama gedir
B) Sən məktəbə getməzdin
C) Hava necə də istidir
D) Get dondurma al
Cümlələrdən hansında fel inkardır
A) Get dondurma al
B) Bu gün bizə gelin
C) Hava neçə de istidir
D) Dünən məktəbə getməzdin
E) Məktəbimizdə yoxlama gedir
Fellərdən birinə -ma inkar şəkilçisi artırıldıqda şəkilçinin saiti düşəcək.
A) yanmışdı, yazdırdı
B) çıxırdı, alır
C) gətirmişdi, alır
D) aparıb, yazıb
E) geyindi, bəzəndi
inkarda olan fel hansıdır?
A) Öyrəndi
B) Bitirdi
C) Yazdı
D) Getmədi
E) Oxudu
Aşağıdakı suallardan hansı təsdiqdədir
A) Söyləmədikdə
B) Oxumayanda
C) Bilməyəndə
D) Verəndə
E) Düzəltməyəndə
Sözlərdən biri inkar şəkilçisi qəbul etmir:
A) oxuduğu
B) güləyən
C) qacanda
D) sevinmək
E) tutan
Biri feldən düzəlmiş feldir;
A) Göyərmək
B) Bozarmaq
C) Qoparmaq
D) Ağarmaq
E) Otarmaq
İnkar şəkilçisidir:
A) -ma
B) -ça
C) -pa
D) -ıltı
E) -na
Inkarda olan feler nə ilə düzəlir?
A) -dir şəkilçisi ilə düzəlir.
B) -ci şəkilçisi ilə düzəlir.
C) -Liq şəkilçisi ilə düzəlir.
D) -ma-me şəkilçisi ilə düzəlir.
E) -gil şəkilçisi ilə düzəlir.
Təsdiq fellər hansı şəkilçinin köməyilə düzəlir?
A) -ır, -ir, -ur, -ür
B) -dır, -dir, -dur, -dür
C) -ma, -mə
D) -dı, -di, -du, -dü
E) heç biri
Aşağıdakılardan biri fərqlidir:
A) Yüyürmək
B) Sürünmək
C) Ağlamaq
D) Gəzmək
E) Qaçmaq
İnkar şəkilçisi hansıdır
A) -ma
B) -çı
C) -t
D) -ıl
E) -şı
Inkar fellər başqa necə düzəlir?
A) olmaz
B) 2
C) 4
D) heç biri
E) deyil
Verilmiş fellərdən hansıları təsdiqdədir
A) Yazma, görmə, öpmə
B) Alma, gəl, get
C) Oxu, yaz, dayanma
D) Al, gör, oxu, yaz
E) Uzanma, oxuma, seçmə
İnkar şəkilçisi necə şəkilçidir?
A) Heç biri doğru deyil
B) Leksik
C) Sözdüzəldici
D) Qrammatik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top