Tapılan ümumi test sayı : 16

Fellərdən biri təsirlidir:
A) Get
B) Yaz
C) Gül
D) Otur
Təsirli və təsirsiz fellərə aid fikirlərdən biri səhvdir:
A) Təsirli olub – olmamağa görə fellər iki növ olur
B) İsmin təsirlik halını tələb edən fellərə təsirli fellər deyilir
C) İsmin təsirlik halını tələb etməyən fellərə təsirsiz fellər deyilir
D) Şəkilçilər vasitəsilə ilə təsirli fellər təsirsiz fellərə çevrilə bilmir
Təsirsiz fellərdən ibarət cərgəni göstərin:
A) Çək, alınmaq, inanmaq
B) Sevin, görün, atıl
C) Yaz, sevin, gör
D) Gəzdir, iç, aç
Sözlərdən birində təsirli feldən təsirsiz fel düzəlmişdir:
A) Qaçırmaq
B) Sevinmək
C) Düşürmək
D) Döndərmək
Fikirlərdən biri səhvdir:
A) Şəkilçilər vasitəsilə ilə təsirli fellər təsirsiz fellərə, təsirsiz fellər isə təsirli fellərə çevrilə bilir
B) Gül, gəl, get, yat, dur felləri təsirsiz fellərdir
C) Bükülmək, sevinmək, atılmaq sözləri təsirsiz fellərin təsirli fellərə çevrilməsi nəticəsində əmələ gəlib
D) Təsirli olub – olmamağa görə fellər iki növ olur
Fellərdən biri təsirsizdir:
A) bax
B) ver
C) say
D) götür
Hansı cərgədə verilmiş fellərin heç biri təsirli deyil?
A) yazışdı, dedi
B) daradı, əməl edildi
C) tikdi, gəzdirdi
D) tikdirdi, görür
E) tikildi, pozuldu
Təsirli felləri təsirsiz fellərə necə çevirirlər
A) qrammatik şəkilçiləri artırmaqla
B) isimdən fel düzəldən şəkilçiləri artırmaqla
C) feldən fel düzəldən şəkilçiləri artırmaqla
D) leksik şəkilçiləri artırmaqla
E) düzəltmə şəkilçiləri artırmaqla
Təsirli fellər nəyə deyilir?
A) Feli bildirir
B) Əşyanın hərəkətini bildirir
C) İsmin təsirlik halında deyil başqa hallarda işlənməsinə deyilir
D) Özündən asılı olan sözlərin ismin təsirlik halında işlənməsinə tələb olunan fellərə təsirli fellər deyilir
E) Nitq hissəsidir
Sadə təsirsiz fellər sırasını göstərin
A) yuxulayırdı, gecələdi
B) inildədi, tükəndi, mürgüləyirdi
C) yaxalamışdı, gecələdi, pöhrələmişdi
D) çiçəkləmişdi, toxumlamışdı, qaysaqlamışdı
E) yumşaldı, ilişdi, inandı
Təsirli fellər nəyə deyilir?
A) özündən əvvəlki sözün isim olmasını tələb edən fellərə
B) özündən əvvəl ismin təsirlik halını tələb edən fellərə deyilir
C) özündən əvvəl ismin adlıq halını tələb edən fellərə
D) özündən əvvəl ismin çıxışlıq halını tələb edən fellərə
Bu fellərdən hansıları təsirli fel kimi götürmək olmaz?
A) Bax, oyan, oyna, tut
B) Oyna, bax, düz, sula
C) Gor, bax, tulla, qaç
D) Bax, oyna, qac, gor
E) Bax, qaç, oyan, oyna
Biri təsirsizdir:
A) bil(mək)
B) danış(maq)
C) bildir(mək)
D) oxu(maq)
E) gəl(mək)
Biri təsirlidir:
A) gəl(mək)
B) çıx(maq)
C) otur(maq)
D) əyləş(mək)
E) yaxala(maq)
Təsirli fellərə aid olan sözlər...
A) təsirlik haldadır
B) yönlük haldadır
C) çıxışlıq haldadır
D) yiyəlik haldadır
E) adlıq haldadır
Təsirsiz feldən düzələn təsirsiz feli göstərin:
A) yanaşılmaq
B) qaçırmaq
C) açılmaq
D) kəsişmək
E) tanımaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top