Tapılan ümumi test sayı : 9

Felin indiki zamanı haqqında fikirlərdən biri səhvdir:
A) Felin indiki zamanı hazırda, danışıq zamanı baş verən hərəkəti bildirir
B) Danışır, fikirləşir, oxuyur sözləri felin indiki zamanındadır
C) Felin indiki zamanının iki növü var
D) Felin indiki zamanı ır4 şəkilçisi ilə düzəlir
İndiki zamanı bildirən feli seçin:
A) Oxuyur
B) Oxumuşsan
C) Oxudu
D) Oxuyacaq
- ır4 şəkilçisi felin hansı zaman şəkilçisidir:
A) Şühudi keçmiş
B) Keçmiş
C) İndiki
D) Gələcək
Cümlələrdən hansında felin indiki zamanı işlənilib?
A) Havada hərəkət yox idi, demək, gün çox isti olacaqdır
B) Çox keçmişəm bu dağlardan
C) Görürəm, dan yeri yeni sökülür
D) Yalnız dünən dənizlərin ağır toplu gəmiləri sahillərə lövbər saldı
Felin indiki zamanı haqqında fikirlərdən biri düzgündür:
A) Felin indiki zamanının iki növü var
B) Felin indiki zamanı hazırda, danışıq zamanı baş verən hərəkəti bildirir
C) Felin indiki zamanı – ar, - ər şəkilçiləri ilə yaranır
D) Felin indiki zamanı hərəkətin danışıq vaxtından əvvəl baş verdiyini bildirir
Biri felin indiki zamanının inkarındadır:
A) gəlməz
B) gəlməmişdir
C) gəlmir
D) gəlmədi
E) gəlməyib
Biri felin indiki zaman şəkilçisidir:
A) -ıb, -ib, -ub, -üb
B) -ır, -ir, -ur, -ür
C) -mış, -miş, -muş, -müş
D) -dı, -di, -du, -dü
E) -acaq, -əcək
İndiki zamanın neçə növü var?
A) 5
B) 4
C) 1
D) 2
E) 3
Felin indiki zamanı bu şəkilçi ilə düzəlir?
A) -ır
B) -mış
C) -acaq
D) -ar
E) -ib
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top