Tapılan ümumi test sayı : 12

Felin gələcək zamanı haqqında fikirlərdən biri səhvdir:
A) Qeyri – qəti gələcək zaman – acaq2 şəkilçisi ilə düzəlir
B) Qəti gələcək zaman hərəkətin gələcəkdə icra olunacağının qətiliyini bildirir
C) Felin gələcək zamanı hərəkətin gələcəkdə, danışıq vaxtından sonra baş verəcəyini bildirir
D) Gələcək zamanın iki növü var
Zindanda qalmayacaq qəhrəmanlıq və hünər,
Sönüb qaralmayacaq ayna üzlü şəhərlər. – nümunəsində fellər hansı zamandadır?
A) İndiki
B) Keçmiş zaman
C) Qəti gələcək zaman
D) Qeyri – qəti gələcək zaman
Bilirəm ki, deməyəcək
Bir sevgilim, bir də Vətən
Şair, nə tez qocaldın sən! - mətndə gələcək zamanda işlənmiş neçə fel var?
A) 3
B) 1
C) 4
D) 2
Felin gələcək zamanı haqqında aşağıdakılardan biri düzgündür:
A) Qeyri – qəti gələcək zaman şəkilçisi –ar, -ər təsdiq fellərə əlavə olunanda onlarda dəyişiklik olur
B) Qəti gələcək zamanda olan fellər hərəkətin icrası haqqında qeyri – qəti məlumat verir
C) Qeyri – qəti gələcək zaman şəkilçisi –ar, -ər inkar şəkilçili fellərə əlavə olunanda iki cür işlənir
D) Felin gələcək zamanı hərəkətin gələcəkdə, danışıq vaxtından sonra baş verəcəyini bildirir
“ Havada hərəkət yox idi, demək, gün çox isti olacaqdır ” nümunəsində fel hansı zamandadır?
A) İndiki zaman
B) Qeyri – qəti gələcək zaman
C) Keçmiş zaman
D) Qəti  gələcək zaman
Gələcək zamanın neçə növü var?
A) 2
B) 6
C) 3
D) 4
E) 5
Qeyri qəti gələcək zaman hansı şəkilçilərlə düzəlir?
A) ar-ər
B) sa-sə
C) a-ə
D) la-lə
E) lar-lər
Gələcək zamanda işlənmiş fel olan cümləni göstərin.
A) Daldan atılan daş topuğa dəyər
B) Dünəndən yağan qar ayaq altında xışıldayır
C) Sənin barəndə ona bir söz deməmişdim
D) Keçmiş günlər barədə fikirləşirəm
E) Keçdi o duyduğum hicran günləri
Gələcək zamanın neçə növü var?
A) 4
B) 5
C) 1
D) 3
E) 2
Qəti gələcək zamanın şəkilçisini göstərin
A) 1.-ar -ər
B) 2.-dı -di -du -dü
C) 4.-ib -ib
D) 3.-mış -miş -muş -müş
E) 5.-acaq -əcək
Gələcək zamanda işlənmiş feli göstərin
A) Yarpaqlar payızda saralır
B) Mismarı taxtadan çıxar
C) Kaş ki sen deyənə qulaq asardım
D) Qayış nə bilir, öküz nə çəkir
E) Yıxılana balta vurmazlar
Qəti gələcək zamanın şəkilçilərini göstərin:
A) -acaq;-əcək
B) -mış;-miş;-muş;-müş
C) -ar;-ər
D) -dı;-di;-du;-dü
E) heç biri
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top