Tapılan ümumi test sayı : 7

Felin arzu şəklinə aid fikirlərdən hansı səhvdir?
A) Arzu şəklinin mənasında gələcək zaman anlayışı var
B) Felin arzu şəkli arzu, istək bildirir
C) Arzu şəklinin xüsusi formal əlaməti yoxdur
D) Arzu şəkli çox vaxt gərək sözü ilə işlənir
Verilmiş cümlələrdən hansı felin arzu şəklindədir?
a) Çalışırıq ki daha yaxşı yaşayaq
b) yeniyetmə qarşısında məqsəd qoyur: oxumalıyam, öyrənməliyəm
c) payız bağlara yeni gözəllik gətirir
d) uşaqlar qaçırlar ki, yoldaşlarına çatalar
A) a,c
B) a,d
C) c,d
D) b,d
Felin arzu şəklində olan sıranı tapın:
A) Yazaq, bilərəm, bilər
B) Yazsın, oxusun, bilərlər
C) Bilək, bilin, yazırsınız
D) Gələm, oxuya, yazaq
Felin arzu şəklinə aid olanlardan biri düzgündür:
A) Arzu şəkli – sa, - sə şəkilçisi ilə düzəlir
B) Arzu şəkli zaman şəkilçiləri qəbul etmir və zamanlar üzrə dəyişmir
C) Felin arzu şəkli nitqdə ən az işlənən fel şəklidir
D) Arzu şəklinin mənasında gələcək zaman anlayışı yoxdur
Cümlələrdən yalnız biri felin arzu şəklindədir:
A) Gecə də orucluq ayı kimi uzanırdı
B) Keçmiş günləri xatırlayaq, bir də o günlərə qayıdaq
C) Barlı ağaclar başlarını aşağı əyir
D) Qar yağsa, hava təmizlənər
Felin arzu şəklinin qrammatik göstəricisi:
A) -malı
B) -acaq
C) -ası
D) -ca
E) -a
Arzu şəklinin şəkilçisi;
A) a ə
B) malı məli
C) ma mə
D) yoxdur
E) maq mək
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top