Tapılan ümumi test sayı : 7

Feli sifətin hansı xüsusiyyəti sifətə aid edilə bilməz:
A) Aid olduğu ismin əvvəlində işlənməsi
B) Ətrafına söz toplaya bilməsi
C) Cümlədə təyin olması
D) İsimləşə bilməsi
Feli sifət haqqında aşağıdakılardan biri səhvdir:
A) Feli sifət həm felin, həm də ismin xüsusiyyətlərini daşıyır
B) Feli sifət həm felin, həm də sifətin əlamətini daşıyır
C) Feli sifətin əmələ gəlməsində bir neçə şəkilçi iştirak edir
D) Feli sifətin əsas şəkilçiləri – an2 , - mış4 , - dığım şəkilçiləridir
Feli sifətə aid edilmiş xüsusiyyətlərdən biri səhvdir:
A) Təsdiq və inkar olur
B) İsimlə bağlı olur
C) Xəbərlik şəkilçisi qəbul edə bilmir
D) Sifət kimi isimləşir
Hansı feli sifət şəkilçiləri felin vacib və lazım şəkillərinin şəkilçisi ilə omonimdir:
A) - malı2, -ası2
B) - an, - ən
C) -acaq2, -əcək4
D) -dıq4, -m, -ası2
Hansı cümlədə feli sifət işlənmişdir:
A) Məktub yazılmalıdır
B) Yanan meşələrdən qalxan tüstü havanı bürümüşdü
C) Uşaq oxumağa həvəs göstərir
D) Bu iş görülməlidir
Feli sifətin sifətlə ortaq olmayan cəhəti hansıdır?
A) hansı? sualına cavab vermək
B) Isimləşə bilmək
C) ətrafına söz toplamaq
D) Cümlədə təyin olmaq
E) ismə aid olmaq
Feli sifəti göstərin
A) Gülləndə
B) Gülünc
C) Güləyən
D) Gülən
E) Güllü
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top