Tapılan ümumi test sayı : 5

İsimləşmiş feli sifət hansı cümlədədir?
A) Onların yazıldığı siyahı diqqətlə yoxlandı
B) Hazırlanmış məhsul şəhərə göndərildi
C) Yığılmış meyvələri qonaqlara payladılar
D) Əhməd yazılanları qəzetə göndərdi
Hansı cümlədə feli sifət təyin vəzifəsindədir?
A) Çalışmayan şagird uğur qazana bilməz
B) Razı deyiləm yatmışları kimsə oyatsın
C) Çox gəzən çox bilər
D) İşləməyən dişləməz
Hansı cümlədə feli sifət tərkibi işlənmişdir?
A) Sözlərindən hansısa qocaya təsir etdi
Gözünü mənə dikib, bir xeyli fikrə getdi
B) Gözü yumub - açınca, baş açmıram, nə işdi?
Tamamilə həyatım dəyişdikcə dəyişdi
C) Vətən torpağını qoruyan əsgər
Dırnaqla, diş ilə qazıyar səngər
D) Açılmış vərəqdir açılan səhər,
Qulaq as, gör sənə söyləyir nələr...
Feli sifətin felə aid xüsusiyyətlərindən biri deyil:
A) Təsdiq və inkar olur
B) Təsirli və təsirsiz olur
C) İsmə aid olur və isimdən əvvəl işlənir
D) Hərəkət mənası bildirir
Feli sifət tərkibi işlənmiş cümləni seçin:
A) Yeməyini yalqız yeyən, yükünü özü qaldırar
B) Məktəbə gedəndə yıxıldım
C) Duman dağların üstündən çəkiləndə yamacda bir kənd gördüm
D) Kəndə çatar – çatmaz qarşısına bir it çıxdı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top