Tapılan ümumi test sayı : 13

Feli bağlama haqqında deyilənlərdən biri yanlışdır:
A) Cümlədə daha çox təyin olur
B) Feli bağlama başqa bir felə aid olmaqla, həmin felin bildirdiyi hərəkəti izah edir
C) Feli bağlamaları əmələ gətirən şəkilçilərə feli bağlama şəkilçiləri deyilir
D) Azərbaycan dilində feli bağlama şəkilçiləri çoxdur
Feli bağlamanın felə aid xüsusiyyətlərindən hansı səhvdir?
A) Təsdiq və inkarda olur
B) Hərəkət bildirir
C) Təsirli və təsirsiz olur
D) Cümlədə zərflik olur
Feli bağlamanın hansı şəkilçisi həm feli bağlama şəkilçisi, həm də zaman şəkilçisidir:
A) - anda2
B) - araq2
C) - ıb4
D) - madan2
Feli bağlama haqqında fikirlərdən biri düzgündür:
A) Qaçıb gəlmək – birləşməsində qaçıb feli bağlaması gəlmək hərəkətinin necə icra edildiyini bildirir
B) Feli bağlama cümlədə təyin olur
C) Azərbaycan dilində feli bağlama şəkilçiləri yoxdur
D) Felin qrammatik məna növləri üzrə dəyişə bilmir
Feli bağlama ilə bağlı fikirlərdən biri səhvdir:
A) Təsirli və təsirsiz olur
B) Feli bağlama da zərf kimi, felə aid olub hərəkəti izah edir
C) Zaman şəkilçiləri qəbul edir və şəxsə görə dəyişir
D) Feli bağlama cümlədə zərflik olur
Aşağıdakı şəkilçilərdən biri feli bağlama şəkilçisi deyil
A) -inca
B) -madan
C) -diq
D) -anda
E) -ar...-maz
Hansı feli bağlamadır?
A) silib-süpürmək
B) gedib-gelmek
C) geder-gelmez
D) deyib-gülmək
E) geler-gelmez
Şəkilçilərdən biri həm nəqli keçmiş zaman, həm feli bağlama şəkilçisidir
A) -araq
B) -anda
C) -ib
D) -a...-a
E) -arken
Cümlələrin birində -ib şəkilçili söz feli bağlama deyil
A) O, sözünü bitirib otağı tərk etdi.
B) Bütün pullar artıq xərclənib.
C) Bağban gülləri sulayıb geri dondu.
D) Anam otağa girib hər yeri sahmana saldı.
E) Siyahını köçürüb qalan sənədləri qaydaya saldı.
Aşağıdakı şəkilçilərdən yalnız biri feli bağlama şəkilçisidir:
A) -ıl
B) -malı
C) -acaq
D) -madan
E) -ır
Hansı cümlədə feli bağlama işlənib?
A) Mağazaya gedib kitab alacağam
B) Lalə dərsə gəlməyib
C) Anam asılası paltarları götürdü
D) Evə yollandım
E) Əlaçı olmaq üçün çox çalışmaq lazımdır
Hansı fikir səhvdir:
A) Cümlədə təklikdə zərflik ola bilməz
B) Təsdiq və inkarda olur
C) Hərəkətin tərzini, zamanını bildirir
D) Feli bağlama hərəkət mənasını bildirir
E) Feli bağlama təsirli və ya təsirsiz olur
Hansı cümlədə axşıfeli bağlama tərkibi işlənmişdir?
A) Aygün sevinə-sevinə pilləkənləri cıxmağa başladı
B) Onu tanıyan da danışır, tanımayan da
C) Allah dovşanı cəzalandırmaq istəyəndə ona cəsarət verir
D) Qabaqda gedən şad xəbər aparır
E) Yaman günə səbr edən yaxşı günə tez çatar
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top