Tapılan ümumi test sayı : 7

“ Örtülmüşdü ” – felinin morfoloji təhlilindəki səhvi göstərin:
A) Felin qayıdış növündədir
B) Sadə feldir
C) Təsdiqdədir
D) Təsirlidir
“ Oxumaq ” felinin morfoloji təhlilindəki səhvi seçin:
A) - maq məsdər şəkilçisidir
B) Məsdərdir
C) Sadə feldir
D) Düzəltmə feldir
“ Olmalıdır ” - felinin morfoloji təhlilindəki səhvi seçin:
A) Felin vacib şəklindədir
B) Təsirli feldir
C) “ dır ” - xəbərlik şəkilçisidir
D) “ ol ” – felin köküdür
“ Öyrənmək ” felinin morfoloji təhlilindəki səhvi tapın:
A) Məlum növdədir
B) Məsdərdir
C) Sadə feldir
D) Məchul növdədir
“ Aparılmışdır ” felinin morfoloji təhlilindəki səhvi tapın:
A) Qayıdış növdədir
B) Xəbər şəklindədir
C) Düzəltmə feldir
D) Təsirsizdir
Yazılmalı məktub söz birləşməsində yazılmalı sözünün morfoloji təhlili ilə bağlı səhv fikri göstərin
A) Feli sifətdir
B) Sözün başlanğıc forması düzəltmə feldir
C) – malı2 felin vacib şəklinin şəkilçisidir
D) Təsdiqdədir
E) Düzəltmə felə malı-məli şəkilçisini artırılıb.
Felin xəbər şəklinin xüsusi şəkilçisi hansıdır?
A) -sa, -sə
B) -ası, -əsi(-yası, -yəsi)
C) -malı, -məli
D) -a, -ə(-ya, -yə)
E) xüsusi şəkilçisi yoxdur
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top