Tapılan ümumi test sayı : 8

Tərzi hərəkət zərfləri haqqındakı fikirlərdən biri səhvdir:
A) Birdən, qəflətən, yanakı zərfləri tərzi – hərəkət zərfləridir
B) Zərfin bu növü necə? nə cür? suallarına cavab verir
C) Zərfin bu növü hərəkətin necə, nə vəziyyətdə icra edildiyini bildirir
D) Zərfin bu növü hərəkətin icra olunduğu vaxtı bildirir
Tərzi hərəkət zərfi işlənmiş cümləni seçin:
A) Uşaq soyuqdan tir – tir əsirdi
B) Bu sözü ondan dəfələrlə eşitmişik
C) Birdən müdirin gözü Yavərə, Yavərin də gözü müdirə sataşdı
D) Uşaq hirsindən yeməyini yemədi
Tərzi hərəkət zərfi hansı cümlədədir?
A) Səni tezliklə görəcəyəm
B) Soyuq olduğu üçün qalın geyinmişdi
C) Maşın yanımdan çox sürətlə keçdi
D) Uşaq hirsindən yeməyini yemədi
Tərzi hərəkət zərfləri haqqındakı fikirlərdən biri düzgündür:
A) Zərfin bu növü hərəkətin icra olunduğu vaxtı bildirir
B) Tərzi hərəkət zərfi hara? haraya? harada? suallarına cavab verir
C) Tərzi hərəkət zərfləri felə aid olub, hərəkətin kəmiyyətini, miqdarını bildirir
D) Tərzi hərəkət zərfi hərəkətin necə, nə vəziyyətdə icra edildiyini bildirir
Tərzi hərəkət zərfi hansı cümlədədir?
A) O azacıq kənara çəkildi
B) Ən irəlidə bayraqdar gedirdi
C) Gəlin bir az dincələk
D) Dönə - dönə məktubu oxudu
Hansı sözlər həm sifət, həm də tərzi hərəkət-zərfi ola bilir?
A) az, xeyli, doğru
B) yaxşı, cəld, açıq
C) gözəl, əsr, təəccüblə
D) iti, pis, xəfif
E) möhkəm, sağ, sol
Biri tərzi-hərəkət zərfi ilə sifətin oxşar əlaməti deyil:
A) Hər ikisinin quruluşca 3 növü var.
B) Bəzi sözlər həm sifət, həm də tərzi-hərəkət zərfi kimi işlənə bilir.
C) Hər ikisi də əlamət bildirir.
D) İkisi də necə? nə cür? hansı? suallarına cavab olur.
Mürəkkəb sözlərdən biri tərzi-hərəkət zərfidir:
A) növbənöv
B) cürbəcür
C) qovhaqov
D) vurhavur
E) yanbayan
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top