Tapılan ümumi test sayı : 5

Zaman zərfləri haqqında fikirlərdən biri səhvdir:
A) İndi, çoxdan, dünən və s zaman zərfləridir
B) Zaman zərfi hərəkətin icra olunduğu vaxtı bildirir
C) Çox, az, xeyli zaman zərfləridir
D) Nə vaxt? nə zaman? suallarına cavab verir
Zaman zərflərindən ibarət cərgəni seçin:
A) Sonra, əvvəl, həmişə, tez, gec
B) Həmişə, qabaqkı, həmişəki
C) İndidən, gündəlik, həmişəlik
D) Uzaq, yaxın, bayır, yan
Zaman zərfi hansı cümlədədir?
A) Səhər açılır
B) Dünənki gün unudulmazdır
C) Sabah günortadan sonra sizə gələcəyəm
D) Gecə ilə gündüz ildə iki dəfə bərabərləşir
Zaman zərfi haqqında fikirlərdən biri düzgündür:
A) Zaman zərfi hara? haraya? harada? suallarına cavab verir
B) Zərfin bu növü hərəkətin necə, nə vəziyyətdə icra edildiyini bildirir
C) Zaman zərfləri felə aid olub, hərəkətin kəmiyyətini bildirir
D) Zərfin bu növü hərəkətin icra olunduğu vaxtı bildirir
Hansı cümlədə zaman zərfi işlənmişdir:
A) Yavaş – yavaş axşam düşür
B) Axşamkı hadisə çoxlarının marağına səbəb oldu
C) Ordumuz gecə hücuma keçdi
D) Məktəblilərin hazırladıqları gecə çoxlarının marağına səbəb oldu
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top