Tapılan ümumi test sayı : 22

Köməkçi nitq hissələri haqqında fikirlərdən biri səhvdir:
A) Köməkçi nitq hissələrinə aid sözlərin lüğəvi mənaları olmur
B) Köməkçi nitq hissələrinə aid sözlər heç bir suala cavab vermir
C) Köməkçi nitq hissələri ayrılıqda cümlə üzvü ola bilir
D) Köməkçi nitq hissələrinə aid sözlər müstəqil işlənə bilmir
Köməkçi nitq hissələrini əsas nitq hissələrindən fərqləndirən xüsusiyyətlərdən biri səhvdir:
A) Ayrılıqda cümlə üzvü olmaması
B) Heç bir suala cavab verməməsi
C) Qrammatik mənasının olmaması
D) Müstəqil leksik mənasının olmaması
Köməkçi nitq hissələri haqqında fikirlərdən biri düzgündür:
A) Ayrılıqda cümlə üzvü olur
B) Ayrılıqda suala cavab verir
C) Köməkçi nitq hissələrinə aid sözlərin lüğəvi mənaları olmur
D) Köməkçi nitq hissələrinə aid olan sözlər müstəqil işlənə bilir
Köməkçi nitq hissələrinin növləri kimi verilənlərdən biri səhvdir:
A) Qoşma
B) Modal sözlər
C) Zərf
D) Ədat
Sözlərə qoşularaq sözlər arasında əlaqə yaradan köməkçi nitq hissəsi hansıdır?
A) Modal sözlər
B) Ədat
C) Bağlayıcı
D) Qoşma
Hansı sıradakı sözlər köməkçi nitq hissəsi kimi işlənə bilir?
A) neçə, xülasə
B) dağ, habelə
C) düzgün, bəlkə, mən
D) bax, gəlin
Köməkçi nitq hissələri haqqındakı fikirlərdən biri səhvdir:
A) Köməkçi nitq hissələrinə aid sözlər əsas nitq hissələrinə aid sözlərə kömək edir
B) Köməkçi nitq hissələri müstəqil işlənə bilmir
C) Köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur
D) Köməkçi nitq hissələrinin əsas nitq hissələrindən fərqli cəhətləri yoxdur
Köməkçi nitq hissələrinə aid olan sözləri seçin:
A) daş, əgər, gözəl, isə
B) ki, ilə, yaxşı, beş
C) ev, çünki, lakin
D) bəlkə, bəs, ötrü, və
"Əvvəl" qoşması daha hansı nitq hissəsi ola bilər?
A) isim
B) zərflik
C) sifət
D) say
E) zərf
Qoşmanı digər köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhət:
A) Leksik mənaya malik olması
B) Leksik şəkilçi qəbul edib dəyişməsi
C) Qoşulduğu sözlə birlikdə cümlə üzvü olması
D) Ayrılıqda cümlə üzvü olması
Aidlik bildirən qoşmalar hansı nitq hissəsinə qoşulur?
A) yönlük
B) çıxışlıq
C) yiyəlik
D) yerlik
E) adlıq
Qoşma ismin hansı halına qoşulmur?
A) yönlük
B) yiyəlik
C) adlıq
D) yerlik
E) çıxışlıq
Ədat aşağıdakılardan hansının təsir qüvvəsini artırır?
A) heç birinin
B) cümlələrin
C) sözlərin
D) hər ikisinin
Hansı variantda köməkçi nitq hissləri düzgün verilmişdir?
A) qoşma,zərf
B) fel,bağlayıcı
C) bağlayıcı,ədat
D) say,sifət
E) əvəzlik,qoşma
Köməkçi nitq hissələri haqqında fikirlərdən biri səhvdir:
A) köməkçi nitq hissələri ayrılıqda cümlə üzvü ola bilir
B) köməkçi nitq hisslərinə aid sözlərin lüğəvi mənaları olmur
C) köməkçi nitq hisslərinə aid sözlər heç bir suala cavab vermir
D) köməkçi nitq hisslərinə aid sözlər müstəqil işlənə bilmir
Köməkçi nitq hissələrindən biri sual intonasiyası yaradır
A) Məgər
B) Ura
C) Ən
D) Əgər
E) Həqiqətən
İxtisas sözlər nəyə deyilir?
A) Elmin, texnikanın inkişafı ilə əlaqədar yaranan yeni anlayışların adlarını ifadə edən sözlərə
B) Müxtəlif ixtisas və peşə sahibləri ilə əlaqədar olan sözlərə
C) Eyni cur yazılan, lakin vurğularına görə fərqlənən sözlərə
D) Hər hansı bir bölgədə yaşayan bir qrup əhalinin dilində işlənən sözlərə
E) Səslənməsinə görə eyniləşən, lakin yazılışı fərqli olan sözlərə
Sözlərin və ya cümlələrin təsir gücünü artıran nitq hissəsi:
A) sifət
B) modal söz
C) nida
D) qoşma
E) ədat
Hansı sıradakı sözlər ancaq ədat və bağlayıcıdan ibarətdir?
A) onlar, oğlan, siz, kənan
B) amma, ancaq, niyə?, lakin
C) ancaq, amma, nədir?, nə?
D) və, amma, ancaq, lakin, lap, olduqca, ən
E) fərid, amma, nə vaxt?, və
Hansılar həm qoşma, həm də əsas nitq hissəsi kimi çıxış edə bilər?
A) üçün, ayrı, kimi
B) ilə, haqqında, özgə
C) özgə, başqa, sarı
D) savayı, üçün, ötrü
E) tək, doğru,ötrü
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top