Tapılan ümumi test sayı : 6

Aşağıda verilmiş bir – birinə sinonim olan qoşma cütlüklərindən hansının tərəfləri ismin müxtəlif tərəflərinə qoşulur?
A) Kimi – tək
B) Tərəf – doğru
C) Ötrü – üçün
D) Savayı – başqa
Qoşmalar aşağıdakılardan hansına qoşula bilməz?
A) Saya
B) Zərfə
C) Təsriflənən felə
D) Feli sifətə
Hansı qoşmalar ayrılıqda sinonim ola bilmədiyi halda, bəzən cümlə daxilində sinonim ola bilər?
A) Qeyri, başqa
B) Kimi, qədər
C) Sarı, doğru
D) Sonra, bəri
Sifət və qoşma kimi işlənə bilən sözlər cərgəsini göstərin:
A) Qədər, başqa
B) Tək, sonra
C) Ayrı, özgə
D) Sarı, doğru
“ Sən də elə məncə oxu ” cümləsində qoşmanın sinonimi aşağıdakılardan hansıdır?
A) Qədər
B) Üçün
C) İlə
D) Heç biri
Qoşma ismin hansı halları ilə işlənmir?
A) yerlik, adlıq
B) yiyəlik, çıxışlıq
C) yiyəlik, yönlük
D) təsirlik, yerlik
E) adlıq, yiyəlik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top