Tapılan ümumi test sayı : 12

Tabesizlik bağlayıcıları hansılardır?
a) və, ilə
b) çünki, ki
c) yaxud, guya
d) həm, isə
e) sanki, hərgah
ə) gah, ya
A) b,c,ə
B) c,d,e
C) a,d,ə
D) a,d,e
Tabesizlik bağlayıcıları haqqındakı fikirlərdən hansı düzgündür?
A) Tabesizlik bağlayıcılarının mənaları, tabelilik bağlayıcılarının mənalarından fərqlənmir
B) Tabesizlik bağlayıcıları yalnız cümlənin əlaqələnməsində kömək edir
C) Tabesizlik bağlayıcıları eyni hüquqlu sözlərin və eyni hüquqlu cümlələrin əlaqələnməsinə kömək edir
D) Çünki, həm, guya, hərgah və s. tabesizlik bağlayıcılarıdır
Tabesizlik bağlayıcısı işlənmiş cümləni seçin:
A) Yer ilə Venera arasında “ cəmi ” 39 milyon kilometr məsafə var
B) Söz verin ki, mənim haqqımda pis fikirdə olmayacaqsınız
C) Təsadüfi deyil ki, buğdaya dünyanın hər yerində rast gəlmək olur
D) Hərgah sevgisi sağlam yoldaşlıq sevgisidirsə, onu təbrik etmək lazımdır
Tabelilik bağlayıcılarının cərgəsini müəyyənləşdirin:
A) hərgah, lakin, ancaq
B) çünki, yaxud, nə, yəni
C) ki, amma, isə, sanki
D) madam, belə ki, hərçənd
Tabelilik bağlayıcısı işlənmiş cümləni seçin:
A) Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan
B) Əgər buğda olmasaydı, dünyada insanların işi çətin olardı
C) Vətən uğrunda qəhrəmanlıqla həlak olanların xatirəsi unudulmur və heç vaxt unudulmayacaqdır
D) Dağlarla dərələr yanaşı duraraq gözəl təzad yaradırlar
Tabelilik bağlayıcıları haqqında aşağıdakılardan hansı səhvdir?
A) “ Yəni ” aydınlaşdırma bağlayıcısı tabelilik bağlayıcısıdır
B) Tabelilik bağlayıcıları cümlənin əlaqələnməsinə kömək edir
C) Əgər, hərgah, hərçənd, madam və s. tabelilik bağlayıcısıdır
D) Tabelilik bağlayıcılarının mənalarına görə 5 növü var
Cümlələrdən yalnız birində tabelilik bağlayıcısı yoxdur:
A) Onlar çox çalışdılar, ancaq ciddi bir nəticə əldə olunmadı
B) Hərgah bina tikilib başa çatsa, fəhlələr müəyyən qədər istirahət edə bilərlər
C) Səs – səmir gəlmirdi, sanki bütün kənd yatmışdı
D) Madam ki, gəlibsən, sözünü de
Tabelilik bağlayıcıları haqqında fikirlərdən hansı düzgündür?
A) Tabelilik bağlayıcıları cümlənin əlaqələnməsinə kömək edir
B) Tabelilik bağlayıcılarının qrammatik əsası olmur
C) Tabelilik bağlayıcıları cümlənin həmcins üzvlərini, eləcə də tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri bir – biri ilə bağlayır
D) Tabelilik bağlayıcıları eyni hüquqlu sözlərin və eyni hüquqlu cümlələrin əlaqələnməsinə kömək edir
Tabesizlik bağlayıcısı haqqında fikirlərdən biri səhvdir?
A) Tabesizlik bağlayıcıları yalnız tabeli mürəkkəb cümlələrdə işlənir
B) Tabesizlik bağlayıcıları cümlənin həmcins üzvlərini, eləcə də tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri bir – biri ilə bağlayır
C) Bu bağlayıcılar eyni hüquqlu sözlərin və eyni hüquqlu cümlələrin əlaqələnməsinə kömək edir
D) Cümlədəki vəzifəsinə görə bağlayıcılar iki növə bölünür
Cümlələrdən yalnız birində tabesizlik bağlayıcısı yoxdur:
A) Güclü motor səsi eşidildi və havada nəhəng bir cırcırama göründü
B) Sədr ondan çox razıdır, çünki Mənzər gözəl iş nümunələri göstərir
C) Yer kürəsi böyük və gözəldir
D) Cordano Bruno səkkiz il qaranlıq zindanda qalmış, lakin fikrindən dönməmişdir
Cümlələrdən birində tabelilik bağlayıcısı işlənmişdir:
A) Sən, yoxsa mən gedim?
B) Kaman dilə gəldi, amma çaldığı romans kədərdən çox məhəbbət ifadə edirdi
C) Ay qız, bəri gəl!
D) Bağça bağın qıydı, bağban salxımın qırmadı
E) Hərçənd Aslan da uşaq idi, ancaq böyük olduğu üçün hər zəhmətə qatlaşırdı
Güzəşt bağlayıcılarını göstərin.
A) nə, nə də, nə də ki
B) hərçənd, hərçənd ki
C) və, ilə
D) lakin, amma, ancaq
E) ki, belə ki
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top