Tapılan ümumi test sayı : 6

Bağlayıcıların orfoqrafiyası haqqında fikirlərdən biri səhvdir:
A) Bağlayıcılar sözlərdən ayrı tələffüz edilir və ayrı yazılır
B) ilə bağlayıcısı saitlə bitən sözlərdən sonra, bir qayda olaraq, ayrı yazılır
C) ilə bağlayıcısı samitlə bitən sözlərdən sonra iki cür tələffüz edilir və iki cür yazılır
D) ilə bağlayıcısı ixtisar formasında əsas sözlə bir yerdə tələffüz edilir və ayrı yazılır
Verilənlərdən hansı yanlışdır?
A) gah bağlayıcısı cümlədə təkrarlanır və ayrı yazılır
B) ilə bağlayıcısı samitlə bitən sözlərdən sonra iki cür tələffüz olunur və iki cür yazılır
C) ilə bağlayıcısı saitlə bitən sözlərdən sonra, bir qayda olaraq bitişik yazılır
D) həm bağlayıcısı, adətən, cümlədə təkrarla reallaşır
Cümlələrdən birində “ ilə ” bağlayıcıdır:
A) Ağlı ilə gücü onu bu çətinlikdən qurtardı
B) Səfərə gəmi ilə gedirik
C) Odunu balta ilə doğra
D) Əli ilə vacib işim var
Hansı bağlayıcılardan əvvəl vergül qoyulur?
A) da, də
B) həm, həm də
C) amma, da, də
D) amma, ancaq, lakin
Hansı bağlayıcılardan sonra vergül qoyulur?
A) ona görə də
B) da, də
C) amma, ancaq
D) çünki, ona görə ki
Hansı cümlədə bağlayıcıdan əvvəl vergül qoyulmalıdır?
A) Əgər dərslərini oxusan, əla qiymətlər alarsan
B) Bizim kəndimiz də ildən-ilə gözəlləşir
C) Nar hamı üçün faydalı meyvədir hətta bəzi xəstəliklərin dərmanıdır
D) Sona arvad heç nə deməyəcək
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top