Tapılan ümumi test sayı : 14

Ədat haqqındakı fikirlərdən biri səhvdir:
A) Ancaq sözü ədat kimi işlənəndə fərqləndirmə, ayırma, məhdudlaşdırma mənası verir
B) “ ki ” köməkçi sözü yerinə görə həm bağlayıcı, həm də ədat olur
C) Dilimizdə həm bağlayıcı, həm də ədat kimi işlənən söz yoxdur
D) Cümlənin ifadə etdiyi fikirdə müxtəlif məna çalarları əmələ gətirən köməkçi nitq hissəsinə ədat deyilir
Hansı cümlədə ədat işlənməmişdir?
A) Di salamat qalın
B) Ancaq zəhmətlə qazanc əldə etmək olar
C) Sən də təzə - təzə qəlbə dəyirsən
D) Havanı bulud almışdı, ancaq hələ yağış yağmırdı
Ədat haqqında fikirlərdən biri düzgündür:
A) Ancaq sözü cümlələr arasında işlənərək, cümlələri bir – birinə bağlayırsa, nitq hissəsi kimi ədat olur
B) Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlərə ədat deyilir
C) “ da - də” sözünün cümlədə təkrarı yoxdursa, o, bir dəfə işlənərək fərqləndirici məna daşıyırsa ədat hesab olunur
D) Ancaq sözü ədat kimi işlənəndə fərqləndirmə, ayırma mənası vermir
Ədat haqqında aşağıdakılardan hansı səhvdir?
A) “ ki ” ədatı cümlədən vergüllə ayrılır
B) “ ki ” köməkçi feli yerinə görə həm bağlayıcı, həm də ədat olur
C) “ ki ” ədatından sonra vergül qoyulmur
D) Cümlənin ifadə etdiyi fikrində müxtəlif məna çalarları əmələ gətirən köməkçi nitq hissəsinə ədat deyilir
Hansı cümlədə ədat işlənmişdir:
A) Alim də, şair də, dağda çoban da
Deyir mahnısını ana dilində
B) Axı sən yaxşı oxumalısan
C) Bilirsiniz ki, dünyada heç şey yox olmur
D) Bilirik ki, Azərbaycanın böyük gələcəyi var
Ədatlar cümlədə hansı cümlə üzvü kimi işlənir?
A) Ədatlar cümlədə heç bir cümlə üzvü kimi işlənmir
B) Təyin
C) Xəbər
D) Tamamlıq
E) Mübtəda
Aşağıdakı cümlələrin hansında bax sözü ədat kimi işlənib?
A) Mən səhvini ona deyəndə mənə hirslə baxdı
B) Ora bax, gələn bizim uşaqlardır!
C) Sözü bax belə deyərlər
D) Şəklə diqqətlə bax
E) ver mən də baxım
Aşağıdakı cümlələrdən  birində "bax" sözü ədat kimi işlənib.
A) Sözü bax belə deyərlər
B) Baxmamış, alma
C) Bax sonra də
D) Bax gör oradakı kimdir?
E) Heç baxdın ki
Həm qüvvətləndirici, həm də əmr ədatı kimi işlənə bilən ədat aşağıdakılardan hansıdır?
A) ki ədatı
B) ha ədatı
C) di ədatı
D) lap ədatı
E) da ədatı
Hansı cümlədə ədat işlənmişdir?
A) Artıq sözə ehtiyac yoxdur
B) Görən, bu işlərin axırı necə olacaq
C) Hər axşam sahildə təkcə gəzişərdi
D) Hərdən gedib onun gözünə görün
E) Görün bu nələr danışır
Ədat nəyə deyilir?
A) Müəyyən məna çaları yaradan köməkçi nitq hissəsinə ədat deyilir.
B) Cümlələri bir-birinə bağlayan köməkçi nitq hissəsinə ədat deyilir
C) Cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsinə ədat deyilir
D) Danışanın fikrə münasibətini bildirən köməkçi nitq hissəsinə ədat deyilir
E) Hiss-həyəcan ifadə edən nitq hissəsinə ədat deyilir
Bu cümlələrin hansında da, də sözlərindən biri  ədatdır?
A) Mən də sənin tərəfindəyəm
B) Nə bu gün, nə də sabah vaxtım olmayacaq
C) Bizdə şeir də var, sənət də vardır
D) Həm yağış yağır, həm də külək əsirdi
E) Oxuyuram da..
Hansı cümlədə "bəs" sözü ədat deyil?
A) niyə getmədiniz bəs
B) bəs eləyincə oynadılar
C) bəs nə vaxt gedəcəksən
D) bəs kitabı oxumadın
E) Bəs mən bunu niyə bilmirəm
Sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsinə nə deyilir?
A) Qoşma
B) Ədat
C) Modal Sözlər
D) Bağlayıcı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top