Tapılan ümumi test sayı : 8

Cümlələrdən hansında qüvvətləndirici ədat işlənmişdir?
A) Di gəl, durnalara bir şeir deyək
B) Sən yazırsanmı?
C) Təkcə Anar bütün tapşırıqları düzgün həll etmişdi
D) Axı bu məsələ çoxdan həll olunmalı idi
Ədatların qrammatik məna növləri haqqındakı fikirlərdən biri səhvdir:
A) Qüvvətləndirici ədatlar ayrı – ayrı sözlərin, cümlələrin ifadə etdiyi mənanı qüvvətləndirmək üçün işlədilir
B) Məhdudlaşdırıcı ədatlar cümlədə bir sözü, bir mənanı başqalarından ayırmaq, fərqləndirmək məqsədilə işlədilir
C) Məhdudlaşdırıcı ədatlar dialoqlarda işlənir
D) Sual ədatları cümləyə sual məzmunu verir
Məhdudlaşdırıcı ədatlar  hansılardır:
a) ancaq
b) elə
c) axı
d) yalnız
e) bircə
ə) ən
A) b,c,d
B) a,b,e
C) a,d,e
D) c,d,ə
Əmr ədatı işlənmiş cümlələrdən biri səhvdir:
A) Qoy dərsini oxusun
B) Sözü bax belə açıq deyərlər
C) Çantanı yerə qoy
D) Gəl bu işdən əl çək
Hansı cümlədə “ elə ” sözü dəqiqləşdirici ədat kimi işlənmişdir?
A) Elə adamlarla oturub – durma
B) Elə hamı mən deyəni deyir
C) Elə bil ki, üzümüzə gün doğdu
D) Elə dost çətin tapılar
Cümlələrdən hansında ancaq məhdudlaşdırıcı ədat kimi işlənmişdir?
A) Dalğalar sahilə can atır, ancaq tez geri çəkilirdi
B) Çoxları məsləhət alır, ancaq təkcə ağıllılar ondan faydalana bilər
C) Biz ancaq ona inanırıq
D) Təbiət yavaş-yavaş oyanır, ancaq hələ quşların səsi eşidilmirdi
E) Maraqlı məlumatdır, ancaq bir şey çatışmır
Qüvvətləndirici ədatlar hansılardır?
A) elə, ki, yox
B) ən, lap, məgər
C) hətta, artıq, ha
D) qoy, lap, ha
E) barı, lap, ha
“Ancaq onu görmək istəyirəm.” cümləsində ədatın hansı məna növü işlənmişdir?
A) Məhdudlaşdırıcı ədat
B) Sual ədatı
C) İnkar ədatı
D) Qüvvətləndirici ədat
E) Dəqiqləşdirici ədat
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top