Tapılan ümumi test sayı : 6

“ Ki “ ədatı hansı cümlədə sual ədatı kimi işlənib?
A) Ondan xəbər var ki?
B) Uşaq ki dərslərinə hazırdır
C) İnanıram ki, birinci olacağıq
D) Məsləhət görürəm ki, öz yolunla düz keçib gedəsən
Sözlərdən biri bağlayıcı və ədat kimi işlənmir:
A) Necə
B) ancaq
C) yəni
D) ki
Həm ədat, həm də əsas nitq hissəsi kimi işlənən sözləri göstərin:
A) İlə, bəs, tək
B) Ancaq, ki, da
C) Hətta, təkcə, belə
D) Qoy, bir, belə
Hansı cərgədəki cümlədə əmr ədatı və əmr şəklində olan fel işlənib?
A) Əhməd ona yanakı nəzər saldı
B) Əzəldən yaranıb tamaşa dünya
C) Gəlin qanunları yazaq yenidən
D) Bəlkə, bu yerlərə bir də gəlmədim
Bağlayıcı və ədat kimi işlənən sözləri göstərin:
A) İlə, necə
B) Amma, ancaq
C) Necə, nə
D) Ki, ancaq
Bu nitq hissələrindən neçəsi ədatla omonim ola bilər? Isim, sifət, fel, zərf, nida, qoşma, modal söz
A) 2
B) 3
C) 4
D) 5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top