Tapılan ümumi test sayı : 7

Modal sözlər haqqında hansı fikir səhvdir?
A) Danışan bu sözlər vasitəsilə öz fikrinə və ya başqasının dediyi fikrə münasibət bildirir
B) Modal sözlərin məna əsasını modallıq təşkil edir
C) Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə modal sözlər deyilir
D) Modal sözlər cümlədə başqa sözlərdən ayrı tələffüz edilir və ayrı yazılır
Modal sözlər haqqında hansı fikir səhvdir?
A) Modal sözlər cümlənin sonunda işlənə bilmir
B) Modal sözlər cümlə üzvlərindən vergüllə ayrılır
C) Modal sözlər quruluşca sadə və mürəkkəb olur
D) Bir sözdən ibarət olan modal sözlər quruluşca sadədir
Həm modal söz, həm də fel kimi işlənən sözləri seçin:
A) Düzü, doğrusu
B) Demə, görəsən
C) Olmaya, xülasə
D) Görünür, beləliklə
Hansı cümlədə modal söz işlənməmişdir?
A) Elə danışır, elə bil uşaqdır
B) Deyəsən, yağış yağacaq
C) Sirrini dostuna demə, dostunun da dostu var
D) Görünür, düşmən bizim zəif yerimizi bilir
Modal sözlərə aid olanlardan yalnız biri düzgündür:
A) «Xülasə » sözü həm isim, həm də modal söz kimi işlənir
B) Modal sözlər cümlə üzvlərindən vergüllə ayrılır və cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir
C) Əlbəttə, bəlkə də, doğrudan da sözləri quruluşca sadə modal sözlərdir
D) Modal sözlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur
Aşağıdakı cümlələrdən birində modal söz işlənmişdir: (durğu işarəsi qoyulmamışdır )
A) Yəqin kəndlərdən şəhərə müşavirəyə gəlirlər
B) Burdan baxdıqda hər şey aydın görünür
C) Sözün doğrusunu zarafatla deyərlər
D) Mənə bu haqda bir kəlimə belə demə
Modal sözlər cümlədə nə kimi işlənir?
A) Xitab
B) Zərflik
C) Tamamlıq
D) Təyin
E) Ara sözlər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top