Tapılan ümumi test sayı : 13

Modal sözlərin orfoqrafiyası haqqındakı fikirlərdən biri səhvdir:
A) Modal sözlər şifahi nitqdə xüsusi fasilə ilə cümlənin başqa hissələrindən ayrılır
B) Modal sözlər cümlədə başqa sözlərdən ayrı tələffüz edilir və ayrı yazılır
C) Cümlənin əvvəlində işlənən modal sözlərdən sonra vergül qoyulur
D) Modal sözlər heç bir köməkçi vasitə olmadan cümlədə işlənə bilmir
Hansı cümlədə modal söz cümlənin ortasında işlənmişdir?
A) Doğrusu, mən yorulmuşam
B) Sən, yəqin ki, bu işdən xəbərdarsan
C) Sən öz istəyinə çatacaqsan, əlbəttə
D) Yəqin, kəndlərdən şəhərə müşavirəyə gəlirlər
Aşağıdakılardan biri səhvdir:
A) Modal sözlərin bir qismi heç bir köməkçi vasitə olmadan cümlədə işlənir
B) Modal söz, əsasən, cümlənin sonunda işlənir
C) Modal sözlər, əsasən cümlənin əvvəlində işlənir
D) Modal söz cümlənin sonunda gələrsə, modal sözdən əvvəl vergül işarəsi qoyulur
Əsas nitq hissələrinin köməkçi nitq hissələrindən əsas fərqi:
A) Müstəqil suala cavab verməməsi
B) Şəkilçi qəbul etməməsi
C) Ayrılıqda cümlə üzvü kimi işlənməməsi
D) Leksik mənası olması
Əsas və köməkçi nitq hissələri üçün ortaq cəhət:
A) Cümlə üzvü olması
B) Leksik məna daşıması
C) Müstəqil suala cavab verməsi
D) Qrammatik mənası olması
Səhv fikri seçin:
A) Başqa nitq hissələrinə aid sözlər də cümlədə ara söz kimi işlənir və modal məna verir
B) Söz birləşmələri, hətta cümlələr də ara söz mövqeyində işlənərək, modal məna ifadə edir
C) Modallıq müxtəlif vasitələrlə ifadə olunur
D) Cümlədə modal məna verən hər sözü, hər ifadəni modal söz hesab etmək olar
Təsdiq bildirən modal sözlər cərgəsi hansıdır?
A) Məncə, sözsüz, nəhayət
B) Əlbəttə, doğrudan, həqiqətən
C) Gərək, beləliklə, əlbəttə
D) Bəlkə, demək, xülasə
Modal sözlərdən biri ehtimal və şübhə bildirir:
A) Şübhəsiz
B) Ümumiyyətlə
C) Yəqin
D) Sanki
Nəticə, ümumiləşdirmə bildirən modal söz işlənmiş cümləni seçin:
A) Əlbəttə ki, düz sözə zaval yoxdur
B) Beləliklə, biz oranı tərk etməli olduq
C) Məncə, o, yalan danışmır
D) Görünür, düşmən bizim zəif yerimizi bilir
Hansı cümlədə güman, şübhə bildirən modal söz işlənmişdir?
A) Doğrudan da, insan gücü tükənməzdir
B) Sanki ona dünyanı bağışladılar
C) Sözsüz, qələbə gec – tez bizim olacaqdır
D) Gərək ki, sən onu tanıyırsan
Hansı cümlədə təsdiq bildirən modal söz var?
A) Birincisi, o, hələ uşaqdır
B) Təəssüf ki, biz mənəviyyata az əhəmiyyət veririk
C) Nəhayət, gözlədiyimiz gün gəlib çatdı
D) Əlbəttə ki, düz sözə zaval yoxdur
Həm modal söz, həm də əsas nitq hissəsi kimi işlədilən sözlər hansı bənddədir
A) xülasə, yaxşı, düzü
B) belə, beləliklə, kimi, ancaq
C) ehtimal ki, doğru, kimi
D) ancaq, doğru, tərəf
Nəticə bildirən modal sözləri göstərin.
A) əlbəttə, elə bil, güman ki
B) sanki, həqiqətən, doğrudan
C) nəhayət, yaxşı, ümumiyyətlə
D) nəhayət, sanki, əlbəttə
E) yaxşı, yox, bəli
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top