Tapılan ümumi test sayı : 1487

Hansı müddət ərzində minik avtomobili texniki baxışdan azaddır?
A) İstehsal günündən 4 il ərzində.
B) İstehsal günündən 5 il ərzində.
C) Əldə olunan gündən 4 il ərzində.
D) Əldə olunan gündən 5 il ərzində.

Bu nişan nəyi bildirir?

A) Hər iki variant mümkündür.
B) Təlim-nəqliyyat vasitəsi.
C) Eyni əhəmiyyətli yolların kəsişməsi.
Sadalanan hansı hallarda minik avtomobilinin istismarı qadağandır?
A) Yuxarıda sadalanan hər bir halda.
B) Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, qışda arxa yan şüşələrə sənaye üsulu ilə hazırlanan jalüz asıldıqda.
C) Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, avtomobilin arxa şüşəsinə 100% tündləşdirilmiş plyonka çəkildikdə.
D) Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, yayda arxa yan şüşələrə sənaye üsulu ilə hazırlanan jalüz asıldıqda.

Bu şəraitdə kimə ilk növbədə hərəkət etmək üstünlüyü verilir?

A) Yük avtomobilinin sürücüsünə.
B) Piyadaya.
C) Motosikletin sürücüsünə.
D) Sağdan gələn minik avtomobilinin sürücüsünə.

Hansı şəkildə göstərilmiş şəraitdə motosikleti ötmək qadağandır?

A) Aşagıdakı sol şəkildə.
B) Bütün şəkillərdə.
C) Aşagıdakı şəkillərdə.
D) Yuxarıdakı sağ şəkildən başqa hər birində.

Yaşayış məntəqələrindən kənarda olan bu şəraitdə hansı avtomobilin sürücüsü dayanma qaydasını pozur?

A) Yalnız göy avtomobilin sürücüsü.
B) Heç biri.
C) Hər ikisi.
D) Yalnız qırmızı avtomobilin sürücüsü.

Yaşayış məntəqəsindən kənarda yol çiyinin olmadığı halda minik avtomobilinin bu yerdə durmasına icazə verilir?

A) Əgər avtomobilinə bütöv düz xətt arasında olan məsafə 3 metrdən çoxdursa, icazə verilir.
B) İcazə verilmir.
C) Yalnız hərəkətin seyrək olduğu hallarda icazə verilir.

Bu şəraitdə eyni vaxtda manevr edən hansı avtomobilin sürücüsü digərlərinə yol verdikdən sonra hərəkət etməlidir?

A) Sarı rəngli avtomobilin.
B) Göy rəngli avtomobilin.
C) Qırmızı rəngli avtomobilin.

Dəmir yolu keçidinə 150 m qalmış bu yerdə geriyə dönməyə icazə verilir?

A) Dəmir yolu keçidinə 100 m çox qaldığına görə icazə verilir.
B) İcazə verilmir.
C) Əgər arxadan nəqliyyat vasitələri gəlmirsə, icazə verilir.

Bu şəraitdə avtomobillərin dönməsi zamanı heç kim üçün maneə yaranmayacaqsa, sürücülər eyni vaxtda dönə bilərlər?

A) Bəli.
B) Xeyr, belə ki, bütün hallarda yük avtomobilinin sürücüsü yol verməlidir.
C) Xeyr, belə ki, bütün hallarda avtobus sürücüsü yol verməlidir.

Birtərəfli yolun hərəkət zolağına çəkilən bu nişanlanma xətti hansı nişanla birlikdə tətbiq oluna bilər?

A) Hər biri ilə.
B) 2 və 6.
C) 1 başqa hər biri ilə.
D) 4 və 5.
E) 3 və 5.
Dəmir yolu keçidində məcburi dayanmış və hərəkəti mümkünsüz olan yük avtomobilinin sürücüsü tək olduğuna görə nə etməlidir?
A) Ümumi həyacan siqnalı verməli, qatar göründükdə isə həyatını qorumaq üçün keçiddən uzaqlaşmalıdır.
B) Yaxında olan stansiya rəisi ilə əlaqə yaratmalı, bu mümkün olmadıqda keçiddən uzaqlaşmalıdır.
C) Ümumi həyacan siqnalı verməli, qatar görünən kimi, ona tərəf qaçaraq dayanma siqnalı verməlidir.
D) Qatarın gələcəyi tərəfi müəyyən etməyə çalışmalı və həmin tərəfə 1000 m məsafə gedərək dayanma siqnalı verməyə hazır olmalıdır.

Nizamlanmayan yolayrıcı qarşısında olan hansı nişan yolayrıcında ötmənin qadağan olunmadığını bildirir?

A) 2 başqa hər biri.
B) 2 və 4.
C) Hər biri.
D) 3.
E) 1, 2 və 3.
Hansı cavabda verilən hadisə "Yol-nəqliyyat hadisəsi" termininə aid deyil?
A) Hərəkətdə olan mopedin törətdiyi hadisə nəticəsində ayrıcı zolaqdakı yaşıllığa maddi ziyanın vurulması.
B) Hərəkətdə olan velosipedin törətdiyi hadisə nəticəsində piyadanın xəsarət alması.
C) At arabasının yoldan çıxması səbəbindən əkin sahəsinə maddi ziyanın vurulması.
D) Ağacın aşması səbəbindən yol çiyində dayanmış avtomobilin və yol nişanının zədələnməsi.
E) Sadalanan cavabların heç biri.
Aşağıda sadalanan hansı halda yükdaşıyan avtomobilinin istismarı qadağan edilir?
A) Dövlət qeydiyyat nişanının rəqəm və hərfləri kuzovun arxa divarında təkrar yazılmadıqda.
B) Yedəyə almaq üçün tros olmadıqda.
C) Şinlərin protektorundakı naxışların qalmış hündürlüyü 1,6 mm olduqda.
D) Daşınan yük qabaq və ya arxa tərəfdən avtomobilin qabaritindən bir metr artıq kənara çıxdıqda.

Hansı nişanın təsir sahəsində ümumi istifadədə olan avtobusların hərəkətinə icazə verilir?

A) 1 və 2 başqa hər birinin.
B) 2, 4 və 5.
C) 1 başqa hər birinin.
D) Hər birinin.
E) Ancaq 5.

Hansı yol nişanı eyni əhəmiyyətli yolların kəsişməsinə yaxınlaşma barədə xəbərdarlıq edir?

A) 1 və 3.
B) 2, 4 və 6.
C) Hər biri.
D) 5 nişandan başqa hər biri.
E) 3 və 6 nişanlardan başqa hər biri.

Bu nişanın ölçüsünü göstərin:

A) 200x200 mm.
B) 300x300 mm.
C) 400x400 mm.

Bu nişan nəyi bildirir?

A) Xəstəxana.
B) Mehmanxana.
C) Hamam.
Hansı halda ötməyə icazə verilir?
A) Tuneldə.
B) Sadalanan bütün hallarda qadağandır.
C) "Təhlükəli döngələr" yol nişanının təsir zonasında.
D) Yoxuşun axırında əks istiqamətli hərəkət zolağına çıxmaqla.
E) Dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top