Tapılan ümumi test sayı : 1487

Hansı müddət ərzində minik avtomobili texniki baxışdan azaddır?
A) İstehsal günündən 4 il ərzində.
B) İstehsal günündən 5 il ərzində.
C) Əldə olunan gündən 4 il ərzində.
D) Əldə olunan gündən 5 il ərzində.

Bu nişan nəyi bildirir?

A) Hər iki variant mümkündür.
B) Eyni əhəmiyyətli yolların kəsişməsi.
C) Təlim-nəqliyyat vasitəsi.
Sadalanan hansı hallarda minik avtomobilinin istismarı qadağandır?
A) Yuxarıda sadalanan hər bir halda.
B) Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, yayda arxa yan şüşələrə sənaye üsulu ilə hazırlanan jalüz asıldıqda.
C) Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, qışda arxa yan şüşələrə sənaye üsulu ilə hazırlanan jalüz asıldıqda.
D) Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, avtomobilin arxa şüşəsinə 100% tündləşdirilmiş plyonka çəkildikdə.

Bu şəraitdə kimə ilk növbədə hərəkət etmək üstünlüyü verilir?

A) Yük avtomobilinin sürücüsünə.
B) Motosikletin sürücüsünə.
C) Piyadaya.
D) Sağdan gələn minik avtomobilinin sürücüsünə.

Hansı şəkildə göstərilmiş şəraitdə motosikleti ötmək qadağandır?

A) Aşagıdakı şəkillərdə.
B) Bütün şəkillərdə.
C) Yuxarıdakı sağ şəkildən başqa hər birində.
D) Aşagıdakı sol şəkildə.

Yaşayış məntəqələrindən kənarda olan bu şəraitdə hansı avtomobilin sürücüsü dayanma qaydasını pozur?

A) Heç biri.
B) Yalnız göy avtomobilin sürücüsü.
C) Hər ikisi.
D) Yalnız qırmızı avtomobilin sürücüsü.

Yaşayış məntəqəsindən kənarda yol çiyinin olmadığı halda minik avtomobilinin bu yerdə durmasına icazə verilir?

A) İcazə verilmir.
B) Yalnız hərəkətin seyrək olduğu hallarda icazə verilir.
C) Əgər avtomobilinə bütöv düz xətt arasında olan məsafə 3 metrdən çoxdursa, icazə verilir.

Bu şəraitdə eyni vaxtda manevr edən hansı avtomobilin sürücüsü digərlərinə yol verdikdən sonra hərəkət etməlidir?

A) Göy rəngli avtomobilin.
B) Sarı rəngli avtomobilin.
C) Qırmızı rəngli avtomobilin.

Dəmir yolu keçidinə 150 m qalmış bu yerdə geriyə dönməyə icazə verilir?

A) Dəmir yolu keçidinə 100 m çox qaldığına görə icazə verilir.
B) İcazə verilmir.
C) Əgər arxadan nəqliyyat vasitələri gəlmirsə, icazə verilir.

Bu şəraitdə avtomobillərin dönməsi zamanı heç kim üçün maneə yaranmayacaqsa, sürücülər eyni vaxtda dönə bilərlər?

A) Xeyr, belə ki, bütün hallarda avtobus sürücüsü yol verməlidir.
B) Bəli.
C) Xeyr, belə ki, bütün hallarda yük avtomobilinin sürücüsü yol verməlidir.

Birtərəfli yolun hərəkət zolağına çəkilən bu nişanlanma xətti hansı nişanla birlikdə tətbiq oluna bilər?

A) 4 və 5.
B) 3 və 5.
C) Hər biri ilə.
D) 1 başqa hər biri ilə.
E) 2 və 6.
Dəmir yolu keçidində məcburi dayanmış və hərəkəti mümkünsüz olan yük avtomobilinin sürücüsü tək olduğuna görə nə etməlidir?
A) Ümumi həyacan siqnalı verməli, qatar görünən kimi, ona tərəf qaçaraq dayanma siqnalı verməlidir.
B) Qatarın gələcəyi tərəfi müəyyən etməyə çalışmalı və həmin tərəfə 1000 m məsafə gedərək dayanma siqnalı verməyə hazır olmalıdır.
C) Yaxında olan stansiya rəisi ilə əlaqə yaratmalı, bu mümkün olmadıqda keçiddən uzaqlaşmalıdır.
D) Ümumi həyacan siqnalı verməli, qatar göründükdə isə həyatını qorumaq üçün keçiddən uzaqlaşmalıdır.

Nizamlanmayan yolayrıcı qarşısında olan hansı nişan yolayrıcında ötmənin qadağan olunmadığını bildirir?

A) 3.
B) 2 başqa hər biri.
C) Hər biri.
D) 2 və 4.
E) 1, 2 və 3.
Hansı cavabda verilən hadisə "Yol-nəqliyyat hadisəsi" termininə aid deyil?
A) Sadalanan cavabların heç biri.
B) Hərəkətdə olan velosipedin törətdiyi hadisə nəticəsində piyadanın xəsarət alması.
C) At arabasının yoldan çıxması səbəbindən əkin sahəsinə maddi ziyanın vurulması.
D) Ağacın aşması səbəbindən yol çiyində dayanmış avtomobilin və yol nişanının zədələnməsi.
E) Hərəkətdə olan mopedin törətdiyi hadisə nəticəsində ayrıcı zolaqdakı yaşıllığa maddi ziyanın vurulması.
Aşağıda sadalanan hansı halda yükdaşıyan avtomobilinin istismarı qadağan edilir?
A) Dövlət qeydiyyat nişanının rəqəm və hərfləri kuzovun arxa divarında təkrar yazılmadıqda.
B) Daşınan yük qabaq və ya arxa tərəfdən avtomobilin qabaritindən bir metr artıq kənara çıxdıqda.
C) Yedəyə almaq üçün tros olmadıqda.
D) Şinlərin protektorundakı naxışların qalmış hündürlüyü 1,6 mm olduqda.

Hansı nişanın təsir sahəsində ümumi istifadədə olan avtobusların hərəkətinə icazə verilir?

A) 1 başqa hər birinin.
B) 2, 4 və 5.
C) 1 və 2 başqa hər birinin.
D) Hər birinin.
E) Ancaq 5.

Hansı yol nişanı eyni əhəmiyyətli yolların kəsişməsinə yaxınlaşma barədə xəbərdarlıq edir?

A) 2, 4 və 6.
B) 1 və 3.
C) 3 və 6 nişanlardan başqa hər biri.
D) 5 nişandan başqa hər biri.
E) Hər biri.

Bu nişanın ölçüsünü göstərin:

A) 400x400 mm.
B) 200x200 mm.
C) 300x300 mm.

Bu nişan nəyi bildirir?

A) Hamam.
B) Mehmanxana.
C) Xəstəxana.
Hansı halda ötməyə icazə verilir?
A) Tuneldə.
B) Dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda.
C) Sadalanan bütün hallarda qadağandır.
D) "Təhlükəli döngələr" yol nişanının təsir zonasında.
E) Yoxuşun axırında əks istiqamətli hərəkət zolağına çıxmaqla.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top