Tapılan ümumi test sayı : 130

Mikroorqanizmlərdən xalq təsərrüfatının hansı sahəsində istifadə olunmur?
A) Çörəkbişirmə, şərabçılıq
B) Tikinti materiallarının hazırlanmasında
C) Süd məhsullarının hazırlanması
D) Yemçilik, yeyinti sənayesi
Aşağıda istifadə olunan metodlardan hansı seleksiyada müasir metod sayılmır?
A) Hüceyrə mühəndisliyi
B) Xromosom mühəndisliyi
C) Gen mühəndisliyi
D) Biotexnologiya
Biotexnologiyada hansı mikroorqanizmlərdən istifadə edilir?
A) Bakteriyalardan
B) Maya göbələklərdən
C) Parazit göbələklərdən
D) Papaqlı göbələklər
Hansı mülahizə düzgün deyil?
A) Gen mühəndisliyi bir orqanizmdə olan genin digərinə köçürülməsidir
B) Hüceyrə mühəndisliyi hüceyrə səviyyəsində gedən müasir seleksiya metodudur
C) Hüceyrə mühəndisliyində müxtəlif bitki hüceyrələrindən regenerasiya yolu ilə tam orqanizm əmələ gəlir
D) Gen mühəndisliyi xromosomların dəyişdirilməsinə əsaslanır
Bir orqanizmdəki müəyyən genin digərinə köçürülməsi prosesi nə adlanır?
A) Biotexnologiya
B) Gen mühəndisliyi
C) Xromosom mühəndisliyi
D) Hüceyrə mühəndisliyi
Miçurin müxtəlif növ və cinslərin çarpazlaşdırılmasını tətbiq edərək hansı hibridləri almışdır?
A) Qış Beressi armud sortu
B) Böyürtkənlə moruğun hibridi
C) Slavyanka alma sortu
D) Belfler – Kitayka alma sortu
Mentor üsulu hansı orqanizmlərdə aparılır?
A) Heyvanlarda
B) Bitkilərdə
C) Mikroorqanizmlərdə
D) Göbələklərdə
Miçurin ilk dəfə hansı qanunauyğunluğu müəyyən etmişdir?
A) Dominantlığın idarə edilməsini
B) Daxili və xarici mühit amillərinin təsirini
C) Uzaq hibridləşməni
D) Poliploidlik xüsusiyyətini
Miçurin hansı metodla gavalı və göyəmin hibridlərini almışdır?
A) Mentor üsulu ilə
B) Dominantlığı idarə etməklə
C) Seçmə ilə
D) Uzaq hibridləşdirmə ilə
Azərbaycanda məhsuldar buğda sortlarının yaradılmasında hansı alimlərin böyük əməyi olmuşdur?
A) İ. Mustafayev və C. Əliyev
B) İ. Mustafayev
C) A. Qarayev
D) F. Məlikov
Təkamülün hərəkətverici qüvvələrinə aid deyil?
A) Təbii seçmə
B) Yaşamaq uğrunda mübarizə
C) İrsi dəyişkənlik
D) Qeyri – irsi dəyişkənlik
Aşağıdakılardan hansı təkamülün hərəkətverici qüvvələrinə aiddir?
A) Modifikasiya dəyişkənliyi
B) Orqanizmlərin nisbi uyğunlaşması
C) Yaşamaq uğrunda mübarizə
D) Qeyri – irsi dəyişkənlik
Təkamülün nəticələrindən biridir?
A) Canlı varlıqların quruluşunun mürəkkəbləşməsi
B) Populyasiya dalğaları
C) İrsi dəyişkənlik
D) Yaşamaq uğrunda mübarizə
Fərdlərin bir populyasiyada birləşməsinə səbəb nədir?
A) Sərbəst çarpazlaşma
B) Ümumi qidalanma
C) Eyni yaş həddi
D) Yırtıcı həyat tərzi
Yaşamaq uğrunda mübarizənin hansı növü kəskin gedir?
A) Əlverişsiz mühitlə mübarizə
B) Növarası və növdaxili mübarizə
C) Növlərarası mübarizə
D) Növdaxili mübarizə
Fərdi seçmə ən çox hansı bitkilərin seleksiyasında aparılır?
A) Həşəratla tozlanan bitkilər
B) Küləklə tozlanan bitkilər
C) Həşərat və küləklə tozlanan bitkilər
D) Öz – özünə tozlanan bitkilər
Heyvanların seleksiyasına aid olan sıra hansıdır?
A) Eksteryerə görə valideyn cütlərinin seçilməsi
B) Xətlərarası hibridləşdirmə
C) Mənşə mərkəzlərinə görə valideyn cütlərinin seçilməsi
D) Uzaq hibridləşdirmə
Ancaq bitkilərin seleksiyasında tətbiq olunur:
A) Hibridlərin alınması
B) Homoziqot xətlərin alınması
C) Mentor üsulu
D) Uzaq hibridləşdirmə
Həm bitki, həm də heyvan seleksiyası üçün tətbiq olunur:
A) Xətlərarası hibridləşdirmə
B) Mentor üsulu
C) Sortlararası hibridləşdirmə
D) Vegetativ çoxalma
Bitkilərin seleksiyasında tətbiq olunmur:
A) Fərdi seçmə
B) Kütləvi seçmə
C) Törədicilərin nəslə görə təyini
D) Uzaq hibridləşmə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top