Tapılan ümumi test sayı : 130

Əhliləşdirmənin aparıcı amili nədir?
A) Çarpazlaşdırma
B) Süni seçmə
C) Təbii seçmə
D) Mühit amilləri
Mədəni bitkilərin müxtəlifliyi və coğrafi yayılmasını kim öyrənmişdir?
A) Q. Mendel
B) N.İ. Vavilov
C) T.Q. Morqan
D) Q. Hardi və V. Vayenberq
Kələmin vətəni haradır?
A) Aralıq dənizi sahilləri
B) Cənubi Amerika
C) Şərqi – Afrika
D) Həbəşistan
Kartofun vətəni haradır?
A) Cənubi Amerika
B) Mərkəzi Amerika
C) Şərqi Asiya
D) Həbəşistan
N. İ. Vavilov homoloji sıralar qanununu hansı canlılar üzərində müəyyən etmişdir?
A) Taxıl bitkiləri
B) Heyvanlar
C) Çiçəkli bitkilər
D) İnsanlar
Hardi – Vayenberq qanunu nə vaxt özünü doğrulda bilmir?
A) Populyasiya böyük olmadıqda, yeni mutasiyalar yarandıqda, başqa növlərlə genotipli miqrasiya baş verərsə
B) Populyasiya böyük olduqda, yeni mutasiyalar yarandıqda və miqrasiya baş verdikdə
C) Yeni mutasiyalar baş verərsə, başqa genotipli miqrasiya baş verərsə
D) Yeni mutasiyaların yaranması, populyasiya böyük olmadıqda
Sərbəst çarpazlaşma zamanı genlərin nisbi tezliyi nəsildən – nəslə keçdikcə dəyişmir. Bu nə qanunudur?
A) Morqanın ilişikli irsiyyət qanunu
B) Hardi – Vayenberq qanunu
C) Mendelin I qanunu
D) Vavilovun homoloji sıralar qanunu
Alellər və genotiplər arasındakı riyazi asılılığı ilk dəfə kim kəşf etmişdir?
A) T. Q. Morqan
B) Q. Mendel
C) O. Hardi və V. Vayenberq
D) Vavilov
Genofond nədir?
A) Dəyişən genlərin cəmi
B) Xromosomların cəmi
C) Dəyişməyən genlərin cəmi
D) Bütün genlərin cəmi
Dominant genin rastgəlmə tezliyi ilə resessiv genin rastgəlmə tezliyinin cəmi nəyə bərabərdir?
A) 0,99
B) 0.02
C) 0,01
D) 1
Xromosom quruluşunda baş verən və işıq mikroskopu altında müşahidə edilən mutasiyalar hansıdır?
A) Poliploid
B) Xromosom
C) Gen
D) Haploid
Dəyişkənliyin hansı formasında eyni genotipə malik olan fərdlərdə müxtəlif mühit şəraitində genotipik əlamətlər fərqli ola bilər?
A) Kombinativ
B) Modifikasiya
C) İrsi
D) Nisbətli
Hansı mutasiya DNT molekulunda nukleotidlərin ardıcıllığının dəyişməsinə səbəb olur?
A) Hamısı
B) Poliploid
C) Genom
D) Gen
Hansı mutasiyalar irsən nəslə keçmir?
A) Xromosom
B) Genom
C) Samotik
D) Gen
Letal mutasiyalar nədir?
A) Samotik mutasiyalar
B) Homoziqot vəziyyətdə olan öldürücü mutasiyalar
C) Hetereziqot vəziyyətdə olan mutasiyalar
D) Genom mutasiyalar
Hansı mülahizə düz deyil?
A) Modifikasiya dəyişkənliyi genlərin dəyişməsinə səbəb olur
B) Modifikasiya dəyişkənliyi genlərin dəyişməsi ilə əlaqədar olmur
C) Modifikasiya dəyişkənliyi genlərə güclü təsir edə bilir
D) Modifikasiya dəyişkənliyi nəsilə ötürülmür
Variasiya sırasını nəyə əsasən qurmaq olar?
A) Seçilən əlamətlərə görə
B) Keyfiyyətə görə
C) Fenotip dəyişkənliyə görə
D) Ölçü ilə bitən əlamətlərə görə
Hansı əlamətlər daha çox dəyişir?
A) Reaksiya norması orta olanlar
B) Reaksiya norması məhdud olanlar
C) Reaksiya norması olmayanlar
D) Reaksiya norması geniş olanlar
Variasiyanın yaranmasına səbəb nədir?
A) Genotiplərin çoxluğu
B) Xarici mühit amilləri
C) Daxili amillər
D) Daxili və xarici amillər
Nə üçün variasiya sırasında orta variantlara tez – tez rast gəlinir?
A) Orta variantlarda rastgəlmə tezliyi azdır
B) Orta variantlarda əlamətlər çoxdur
C) Orta variantlarda rastgəlmə tezliyi çoxdur
D) Orta variantlarda əlamətlər məhduddur
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top