Tapılan ümumi test sayı : 22

Söz birləşməsi nəyə deyilir?
A) İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gələn sözlərə
B) İki müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gələn sözlərə
C) İki yaxın mənalı sözlərin birləşməsi ilə yaranan sözlərə
D) İki sözün birləşməsi ilə yaranan yeni mənalı sözlərə
Aşağıdakılardan biri söz birləşməsi deyil:
A) Vətən üçün
B) Dağ havası
C) Böyük şəhər
D) Kitabı oxumaq
Biri sərbəst söz birləşməsi deyil:
A) Ötən günlər
B) Torpağa bağlılıq
C) Fikrə getmək
D) İşə çatmaq
Söz birləşmələri quruluşuna görə neçə cür olur?
A) 4
B) 3
C) 1
D) 2
Aşağıdakılardan biri səhvdir:
A) Söz birləşməsi iki sözdən ibarətdirsə onların hər biri müstəqil mənalı söz olmalıdır
B) Söz birləşmələri quruluşuna görə sadə və mürəkkəb olur
C) Mürəkkəb söz birləşməsi üç və daha artıq müstəqil sözdən ibarət olur
D) Sadə söz birləşməsi üç və daha artıq müstəqil sözdən ibarət olur
Sadə söz birləşmələrindən biri səhvdir:
A) Qoşa qala qapıları
B) Millət fədaisi
C) Bahar fəsli
D) Şeiri əzbərləmək
Söz birləşməsi haqqındakı fikirlərdən biri səhvdir:
A) Əsas və asılı tərəfi olur
B) Həm ayrı, həm defislə yazılır
C) İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir
D) Quruluşuna görə iki cür olur
Aşağıdakılardan biri söz birləşməsidir:
A) Fikrə getmək
B) Doğma torpaq
C) Kömək edəndə
D) Səndən ötrü
Söz birləşməsi haqqındakı fikirlərdən hansı yanlışdır:
A) İki müstəqil sözü olan söz birləşməsində köməkçi sözün işlənməsi sadə söz birləşməsini mürəkkəb söz birləşməsinə çevirir
B) Quruluşuna görə söz birləşmələri iki cür olur
C) Söz birləşməsi iki sözdən ibarətdirsə onların hər biri müstəqil mənalı söz olmalıdır
D) Əgər söz birləşməsində iki müstəqil mənalı söz varsa, əlavə olaraq orada köməkçi söz işlənə bilər
Sadə söz birləşməsi hansıdır?
A) Bizim bağın gülləri
B) Dağdan gələn ovçu
C) Qaçıb bizə gələndə
D) Biz evə çatanda
E) Evə sarı getmək
İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gələn sözlər nə adlanır?
A) söz birləşmələri
B) söz
C) dialekt söz
D) ixtisar söz
E) birləşmələr
Nəyə görə köməkçi nitq hissələri söz birləşmələrində aparıcı rol oynamır ?
A) Heç bir cavab duz deyil
B) Qrammatik mənası olmadığına görə
C) Leksik mənası olmadığına görə
D) Azərbaycan dili leksikologiyasında olmadığına görə
E) Cümlə üzvü olduğuna görə
Mürəkkəb söz birləşməsi ilə sadə söz birləşməsi arasındakı fərq nədir?
A) mürəkkəb söz birləşməsi 3 və daha artıq sözün, sadə söz birləşməsi isə 2 sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir.
B) Sadə söz birləşməsi yalnız isimdən və saydan, mürəkkəb söz birləşməsi isə sifətdən və feldən ibarət olur.
C) Mürəkkəb söz birləşməsi, məcazi mənada işlənir, sadə söz birləşməsi isə məcazi mənada işlənmir.
D) Onlar arasında fərq yoxdur!
E) Sadə söz birləşmələrində köməkçi nitq hissəsi istifadə olunur, mürəkkəb söz birləşməsində isə istifadə olunmur.
Söz birləşməsində müstəqil söz nə deməkdir?
A) Mürəkkəb söz deməkdir
B) Təkmənalı söz deməkdir
C) Əsas nitq hissəsi
D) Köməkçi nitq hissəsi
E) Sadə söz deməkdir
Aşağıdakılardan hansı söz birləşməsidir?
A) günə baxan
B) əlüzyuyan
C) gözəl insan
D) gözəl insandır
E) tələb edilməlidir
Söz birləşmələrinin quruluşca növləri hansılardır?
A) təsirli və təsirsiz
B) sadə, düzəltmə və mürəkkəb
C) Sərbəst və sabit
D) sadə və mürəkkəb
E) isim,sifət,fel,zərf
Cümlədə müəyyən sözün digərlərinə nisbətən qüvvətli deyilməsinə ..... deyilir. Nöqtələrin yerinə nə olmalıdır?
A) heca
B) ahəng qanunu
C) vurğu
D) söz sırası
E) məntiqi vurğu
Birinci növ təyini söz birləşməsinin asılı tərəfi hansı cümlə üzvü olur?

A) mübtəda
B) zərflik
C) təyin
D) xəbər
E) tamamlıq
Birinci növ təyini söz birləşmələrindən biri sintaktik təhlil zamanı parçalanmır: 1. Yaşıl yarpaq; 2. Orta əsrlər; 3. Beş kitab; 4. Ana Vətən; 5. Yaxşı yoldaş
A) Beş kitab
B) Yaxşı yoldaş
C) Orta əsrlər
D) Ana Vətən
E) Yaşıl yarpaq
"Vətən" sözünün leksik təhlilindəki sözü göstərin.
A) Sinonimi yoxdur.
B) Omonimliyi yoxdur.
C) Həm leksik, həm də qrammatik mənası var
D) Ümumişlək sözdür.
E) Qürbət sözünün antonimidir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top