Tapılan ümumi test sayı : 22

Söz birləşməsi nəyə deyilir?
A) İki müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gələn sözlərə
B) İki yaxın mənalı sözlərin birləşməsi ilə yaranan sözlərə
C) İki sözün birləşməsi ilə yaranan yeni mənalı sözlərə
D) İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gələn sözlərə
Aşağıdakılardan biri söz birləşməsi deyil:
A) Vətən üçün
B) Böyük şəhər
C) Dağ havası
D) Kitabı oxumaq
Biri sərbəst söz birləşməsi deyil:
A) İşə çatmaq
B) Torpağa bağlılıq
C) Fikrə getmək
D) Ötən günlər
Söz birləşmələri quruluşuna görə neçə cür olur?
A) 1
B) 4
C) 3
D) 2
Aşağıdakılardan biri səhvdir:
A) Sadə söz birləşməsi üç və daha artıq müstəqil sözdən ibarət olur
B) Mürəkkəb söz birləşməsi üç və daha artıq müstəqil sözdən ibarət olur
C) Söz birləşmələri quruluşuna görə sadə və mürəkkəb olur
D) Söz birləşməsi iki sözdən ibarətdirsə onların hər biri müstəqil mənalı söz olmalıdır
Sadə söz birləşmələrindən biri səhvdir:
A) Bahar fəsli
B) Millət fədaisi
C) Şeiri əzbərləmək
D) Qoşa qala qapıları
Söz birləşməsi haqqındakı fikirlərdən biri səhvdir:
A) Əsas və asılı tərəfi olur
B) Quruluşuna görə iki cür olur
C) İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir
D) Həm ayrı, həm defislə yazılır
Aşağıdakılardan biri söz birləşməsidir:
A) Kömək edəndə
B) Səndən ötrü
C) Doğma torpaq
D) Fikrə getmək
Söz birləşməsi haqqındakı fikirlərdən hansı yanlışdır:
A) Quruluşuna görə söz birləşmələri iki cür olur
B) Söz birləşməsi iki sözdən ibarətdirsə onların hər biri müstəqil mənalı söz olmalıdır
C) Əgər söz birləşməsində iki müstəqil mənalı söz varsa, əlavə olaraq orada köməkçi söz işlənə bilər
D) İki müstəqil sözü olan söz birləşməsində köməkçi sözün işlənməsi sadə söz birləşməsini mürəkkəb söz birləşməsinə çevirir
Sadə söz birləşməsi hansıdır?
A) Qaçıb bizə gələndə
B) Bizim bağın gülləri
C) Dağdan gələn ovçu
D) Evə sarı getmək
E) Biz evə çatanda
İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gələn sözlər nə adlanır?
A) ixtisar söz
B) söz
C) dialekt söz
D) söz birləşmələri
E) birləşmələr
Nəyə görə köməkçi nitq hissələri söz birləşmələrində aparıcı rol oynamır ?
A) Heç bir cavab duz deyil
B) Qrammatik mənası olmadığına görə
C) Cümlə üzvü olduğuna görə
D) Azərbaycan dili leksikologiyasında olmadığına görə
E) Leksik mənası olmadığına görə
Mürəkkəb söz birləşməsi ilə sadə söz birləşməsi arasındakı fərq nədir?
A) Sadə söz birləşmələrində köməkçi nitq hissəsi istifadə olunur, mürəkkəb söz birləşməsində isə istifadə olunmur.
B) Sadə söz birləşməsi yalnız isimdən və saydan, mürəkkəb söz birləşməsi isə sifətdən və feldən ibarət olur.
C) Mürəkkəb söz birləşməsi, məcazi mənada işlənir, sadə söz birləşməsi isə məcazi mənada işlənmir.
D) mürəkkəb söz birləşməsi 3 və daha artıq sözün, sadə söz birləşməsi isə 2 sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir.
E) Onlar arasında fərq yoxdur!
Söz birləşməsində müstəqil söz nə deməkdir?
A) Mürəkkəb söz deməkdir
B) Əsas nitq hissəsi
C) Köməkçi nitq hissəsi
D) Sadə söz deməkdir
E) Təkmənalı söz deməkdir
Aşağıdakılardan hansı söz birləşməsidir?
A) gözəl insandır
B) əlüzyuyan
C) günə baxan
D) gözəl insan
E) tələb edilməlidir
Söz birləşmələrinin quruluşca növləri hansılardır?
A) sadə və mürəkkəb
B) isim,sifət,fel,zərf
C) təsirli və təsirsiz
D) sadə, düzəltmə və mürəkkəb
E) Sərbəst və sabit
Cümlədə müəyyən sözün digərlərinə nisbətən qüvvətli deyilməsinə ..... deyilir. Nöqtələrin yerinə nə olmalıdır?
A) vurğu
B) ahəng qanunu
C) söz sırası
D) heca
E) məntiqi vurğu
Birinci növ təyini söz birləşməsinin asılı tərəfi hansı cümlə üzvü olur?

A) təyin
B) mübtəda
C) zərflik
D) xəbər
E) tamamlıq
Birinci növ təyini söz birləşmələrindən biri sintaktik təhlil zamanı parçalanmır: 1. Yaşıl yarpaq; 2. Orta əsrlər; 3. Beş kitab; 4. Ana Vətən; 5. Yaxşı yoldaş
A) Orta əsrlər
B) Ana Vətən
C) Yaxşı yoldaş
D) Beş kitab
E) Yaşıl yarpaq
"Vətən" sözünün leksik təhlilindəki sözü göstərin.
A) Qürbət sözünün antonimidir.
B) Sinonimi yoxdur.
C) Həm leksik, həm də qrammatik mənası var
D) Ümumişlək sözdür.
E) Omonimliyi yoxdur.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top