Tapılan ümumi test sayı : 31

1032 – 1033 – cü illərdə Azərbaycana hücum edən slavyanlar ittifaqa girmişdilər?
A) Xəzərlər və qıpçaqlarla
B) Alanlar və sərirlərlə
C) Qıpçaqlar və alanlarla
D) Xəzərlər və bulqarlarla
1032 – 1033 – cü illərdə alan, sərir və slavyanlar hücum etmişdilər:
A) Bərdəyə
B) Beyləqana
C) Naxçıvan üzərinə
D) Şirvanşahlar üzərinə
Slavyanların 944 – cü ildə Bərdəyə yürüşü zamanı şəhər hansı dövlətin tərkibində idi?
A) Şirvanşahların
B) Şəddadilərin
C) Sacilərin
D) Salarilərin
944 – cü ildə Bərdənin slavyanlara müqavimət göstərə bilməməsinin səbəbi:
A) Bərdəlilərin düşmən hiyləsinə aldanması
B) Mosul hakiminin Salarilər dövlətinə hücum etməsi
C) Yerli əhalinin zəif müqavimət göstərməsi
D) Bərdə hakiminin qüvvəsinin slavyanlardan qat – qat az olması
Slavyanların Azərbaycana 944 – cü il yürüşündə məqsədləri:
A) Ölkəni talan və qarət edib geri qayıtmaq
B) Bərdəni ələ keçirmək və Azərbaycanda həmişəlik möhkəmlənmək
C) Sarı adasının əhalisini qarət etmək və əsir alıb aparmaq
D) Bakını tutub Azərbaycanda daimi qalmaq
"Bərdə faciəsi"ndən 1000 il nə vaxt keçmişdir?
A) 2004-cü ildə
B) 1965-ci ildə
C) 1924-cü ildə
D) 1944-cü ildə
944-cü ildə Bərdədə slavyanlar nə qədər adam qətlə yetirdilər?
A) 13 min nəfər
B) 20 min nəfər
C) 3 min nəfər
D) 7 min nəfər
Slavyanlar 914-cü ildəki yürüşündən bir də neçə il sonra Azərbaycana soxuldular?
A) 30 il sonra
B) 35 il sonra
C) 40 il sonra
D) 25 il sonra
944-cü ildə Azərbaycana soxulan slavyan drujinalarına hansı knyaz başçılıq edirdi?
A) Oleq
B) İqor
C) Svyatoslav
D) Yaroslav
1032-1033-cü illərdə Şirvanşahlar dövlətinə hücum etməmişdir
A) alanlar
B) qıpçaqlar
C) slavyanlar
D) sərirlər
Slavyanlar 914-cü ildən neçə il sonra hücum edib?
A) 2 il
B) 35 il
C) 30 il
D) 20 il
E) 14 il
Slavyanlar neçə il sonra Azərbaycana yenidən yürüş etdilər?
A) 30 il sonra
B) 15 il sonra
C) 5 il sonra
D) 26 il sonra
E) 10 il sonra
1030-cu ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin oğlu Musa slavyanların köməyindən niyə istifadə etdi?
A) Yerli əyanlara qarşı
B) Xarici müdaxiləni dəf etmək üçün
C) Qiyam qaldıran qardaşı Əskuyəyə qarşı
D) Rəvvadilərə qarşı
Azərbaycan hakimlərinin slavyan yürüşləri zamanı ən böyük səhvi nə olmuşdur?
A) döyüşdən qaçmaları
B) slavyanlara kömək etmələri
C) Azərbaycanı işğal etmələri
D) Bərdə əhalisindən şəhərdən çıxmaları
E) birləşməmələri və öz aralarındakı ixtilafları həlletmələri
Slavyanların Azərbaycana yürüşlərinə aid deyil:
A) Qarətçilik xarakteri daşıması
B) Şirvanşahlar üzərinə hücum etməsi
C) Bərdənin yandırılması
D) XI əsrdə də davam etməsi
E) X əsrdən başlaması
Slavyanlar kişilərin qarşısına hansı şərtlər qoyurdu?
A) slavyan qoşunlarında xidmət etməyi
B) xərac vermələrini
C) adambaşına 20 dirhəm pul gətirməyi
D) Şəhərdən çıxıb getməyi
944-cü il yürüşündən sonra Azərbaycan hakimləri ümumi düşmənə qarşı
A) Ümumi düşmənə qarşı birləşdilər
B) Slavyanların ayaqlarını bu torpaqlardan birdəfəlik kəsdilər
C) Öz daxili ixtilaflarını həll etmək üçün slavyanların qüvvələrindən istifadə etdilər
D) Qarətlərdə slavyanlarla əlbir oldular
Azərbaycanın 1030-cu il və 1796-ci il tarixinə aid oxşar cəhət:
A) Hərbi islahatların keçirilməsi
B) Yeni qalaların inşası
C) Vergilərin ləğv edilməsi
D) Xalq üsyanlarının baş verməsi
E) Rus-slavyanların hücumuna məruz qalması
Slavyanların 914 – cü il yürüşü üçün səciyyəvi deyil:
A) Dinc əhaliyə divan tutulması
B) Bərdənin qarət edilməsi
C) Dinc əhaliyə divan tutmaları
D) Xəzərsahili vilayətləri qarət etmələri
Slavyanların 909 – cu il yürüşü üçün səciyyəvidir:
A) Gəncənin qarət edilməsi
B) Xəzərsahili vilayətlərin qarət edilməsi
C) Bərdənin qarət edilməsi
D) Dərbəndin qarət edilməsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top