Tapılan ümumi test sayı : 55

Bakı haqqında deyilən bu sözlər kimə məxsus- dur? "Allah bilir, dünyada buradan savayı ağ neft çıxan ölkə varmı?"
A) Əbu Diləf
B) Əl-Məsudi
C) Əl-Müqəddəsi
D) Əl-İstəhri
Əl-Müqəddəsi hansı Azərbaycan şəhərini "saf qızıla" bənzədir?
A) Ərdəbili
B) Təbrizi
C) Bərdəni
D) Şamaxını
Azərbaycanın daxil olduğu iqlimin "başlıca şəhəri", "həmin iqlimin Bağdadı" bu sözləri kim və hansı şəhər haqqında deyib?
A) Əl- Müqəddəsi Bərdə haqqında
B) Əbu Diləf Naxçıvan haqqında
C) Əl-İstəhri Şamaxı haqqında
D) İbn Havqəl Bərdə haqqında
İbn Həvqəl və Əl-Müqəddəsi Azərbaycanın Arazdan cənubdakı torpaqlarından bəhs edərkən bu yerlərin ən böyük şəhəri adlandırmışdı?
A) Ərdəbili
B) Təbrizi
C) Marağanı
D) Zəncanı
Əl-İstəhrinin yazdığı"Məmləkətlərin yolları kitabı"nda bəhs olunan böyük şəhər hansıdır?
A) Bərdə
B) Dərbənd
C) Marağa
D) Şamaxı
Əl İstəhrinin yazdığına görə Arranda Bərdə, Bab ül-Əbvad və üçüncü böyük şəhəri siz göstərin
A) Şəmkir
B) Gəncə
C) Beyləqan
D) Tiflis
Cənubi Qafqazda ən yaxşı kətan parçalar toxunurdu:
A) Qarabağda
B) Qubada
C) Dərbənddə
D) Şəkidə
Bütün Azərbaycan torpaqlarını idarə edən ərəb canişinlərinin iqamətgahı:
A) Bərdə
B) Dərbənd
C) Təbriz
D) Bakı
Ərəb səyyahları Arran adı ilə təqdim edirdilər:
A) Azərbaycanın Arazdan cənubdakı torpaqlarını
B) Azərbaycanın Arazdan şimaldakı torpaqlarını
C) Azərbaycanın Kürdən şimalda olan torpaqlarını
D) Azərbaycanın Kürdən cənubdakı torpaqlarını
IX – XI əsrlərdə Azərbaycanın ən böyük liman şəhəri idi:
A) Dərbənd
B) Bərdə
C) Təbriz
D) Şamaxı
Şəhərin ən gur yeri hesab olunurdu:
A) Cavanşirin iqamətgahı
B) Karvansaralar
C) Mərzbanların evləri
D) Bazar meydanı
Bunlardan biri orta əsr şəhərləri üçün səciyyəvi deyil
A) Qala divarları ilə əhatə olunmuşdu
B) Karvan yollarının üstündə yerləşirdi
C) Yalnız sənətkarlar yaşayırdı
D) Müdafiə üçün əlverişli təbii-coğrafi mövqedə yerləşirdi
X əsrdə Azərbaycanın cənub rayonlarında Ərdəbildən sonra ikinci böyük şəhər
A) Marağa
B) Xoy
C) Zəncan
D) Təbriz
Ərəb səyyahları keçmiş Alban dövlətinin ərazisini belə təqdim edirdilər
A) Şirvan
B) Muğan
C) Gurcan
D) Arran
Əbu Diləf yazırdı ki, bu şəhərlərin yaxınlığındakı dağlarda qoturluğu müalicə edən bulaqlar vardı
A) Bərdə, Gəncə
B) Ərdəbil, Bəzz
C) Naxçıvan, Dəbil
D) Təbriz, Marağa
Kimlər şəhərin mərkəz hissəsində yaşamırdı?
A) Şəhər hakimi, qazı
B) Varlı tacirlər
C) İri feodallar
D) Sənətkarlar
Saci və Saları hökmdarlarının sarayı, İnzibati idarə binaları, dövlətin daimi hərbi qüvvələri məhz bu şəhərdə idi
A) Ərdəbil
B) Naxçıvan
C) Təbriz
D) Marağa
Əbu Diləf dünyada yer altından çıxan ən yaxşı su adlandırırdı?
A) Bəzz qalası yaxınlığındakı isti bulaqları,
B) Kəhriz sularını,
C) Ərdəbildəki isti bulaqları,
D) Zarəvənd bulağını,
Azərbaycanın ən məşhur sənətkarlıq mərkəzi olan şəhər
A) Naxçıvan
B) Bərdə
C) Dərbənd
D) Şabran
E) Şamaxı
Zəngin neft mədənləri var idi:
A) Təbrizdə
B) Şamaxıda
C) Bakıda
D) Qubada
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top