Tapılan ümumi test sayı : 169

Sözlərdən birinin antonimi yoxdur.
A) xırda
B) gözəl
C) balaca
D) yekə
E) qaya
Hansı qeyri-müəyyən miqdar sayından sora gələn isimlər cəmdə olur?
A) bir qədər, bir az
B) bir sıra, bir çox
C) mən, sən
D) az, bir qədər
E) xeyli, beş-altı
Aşağıdakı sözlərdən biri yalnız mənsubiyyət şəkilçisi qəbul edərkən kökünün son saitini itirən alınma sözdür
A) qarın
B) ağıl
C) ovuc
D) fikir
E) sinif
Ahəng qanunu nəyə deyilir?
A) Sözün asanlıqla bölünə bilən hissəsinə
B) Sözdə bir saitin o birinə nisbətə daha qüvvətli deyilişinə
C) Əks mənalı sözlər
D) Deyilişi və yazılışı eyni olan, mənası fərqli olan sözlər
E) Sözdə qalın və ya incə saitin bir birini izləməsinə
Hansı söz çoxmənalıdır?
A) vedrə
B) stul
C) dil
D) daraq
E) radio
Hansı sözü həm mənsubiyyət şəkilçili, həm də mənsubiyyət şəkilçisiz söz kimi düşünmək olar?
A) sirrim
B) qələmim
C) dərdim
D) taleyim
E) bağçam
Hansı frazeoloji birləşmədir?
A) qızıl sırğa
B) qızıl saat
C) qızıl üzük
D) qızıl payız
Ümumişlək olmayan söz hansıdır?
A) telefilm
B) ev
C) dəftər
D) kitab
E) sərin
"Çimərlik" sözünün fonetik təhlili ilə bağlı doğru cavabı göstərin.
A) sözdəki [m], [r], [l] cingiltili, [c], [k] kar samitlərdir
B) Ahəng qanununa tabe deyil
C) vurğusu ikinci hecaya düşür
D) [k]-kar samitidir, cingiltili qarışığı [g] samitidir
E) sözdə iki [r] samiti var
Əvvəl-axır sözləri:
A) omoformdur
B) antonimdir
C) paronimdir
D) sinonimdir
E) omonimdir
Bunlardan biri mürəkkəb söz deyil:
A) xırda-xırda
B) balaca-balaca
C) kitabxana
D) dörd yüz otuz səkkiz
E) ayaqqabı
Hansı söz ahəng qanununa tabe deyil?
A) mahir
B) qayçı
C) bacı
D) qardaş
E) yağış
“Döyüşkən əsgərlərimiz qorxu bilmədən düşmən mövqeyinə tərəf irəliləyirdilər” cümləsində neçə düzəltmə söz işlənib?
A) 4
B) 3
C) 1
D) 5
E) 2
Hansı ümumişlək söz deyil:
A) ev
B) çay
C) qənbər
D) həyət
E) hava
Dialekt sözləri göstərin
A) Telefon, mikrofon
B) İnternet, printer
C) anarı, becid
D) Nalça, ələrdan
E) Nəfəslik, çağdaş
Vurğunun yerini dəyişməklə mənası dəyişən sözü göstərin:

A) Dərya
B) Tərtəmiz
C) Axın
D) Diktor
E) Qaçqın
Biri düzəltmə söz deyil:
A) Yırtıq
B) Qoruq
C) Yamaq
D) Çarıq
E) Sarıq
Fonetika bəhsinə aid terminlər hansı cərgədədir?
A) ahəngə tabe olmayan sözlər, təkmənalı sözlər, antonim
B) sait, samit, heca, vurğu
C) kök, şəkilçi, başlanğıc forması, kar samitlər
D) omonim, sinonim, alınma sözlər
Qalın saitlər başqa cür adlanır;
A) Qapalı
B) İncə
C) Arxa
D) Dodaqlanan
E) Açıq
“Tappıltı” sözünü fonetik təhlilindəki səhvi göstərin:
A) 8 səs və 8 hərfdən ibarətdir
B) Samitlərin 2-si kar və 2-si cingiltilidir
C) Yazılışı ilə deyilişi fərqlənir
D) Ahəng qanuna tabedir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top