Tapılan ümumi test sayı : 169

Sözlərdən birinin antonimi yoxdur.
A) qaya
B) balaca
C) gözəl
D) yekə
E) xırda
Hansı qeyri-müəyyən miqdar sayından sora gələn isimlər cəmdə olur?
A) mən, sən
B) az, bir qədər
C) xeyli, beş-altı
D) bir qədər, bir az
E) bir sıra, bir çox
Aşağıdakı sözlərdən biri yalnız mənsubiyyət şəkilçisi qəbul edərkən kökünün son saitini itirən alınma sözdür
A) qarın
B) sinif
C) fikir
D) ağıl
E) ovuc
Ahəng qanunu nəyə deyilir?
A) Deyilişi və yazılışı eyni olan, mənası fərqli olan sözlər
B) Sözün asanlıqla bölünə bilən hissəsinə
C) Sözdə qalın və ya incə saitin bir birini izləməsinə
D) Əks mənalı sözlər
E) Sözdə bir saitin o birinə nisbətə daha qüvvətli deyilişinə
Hansı söz çoxmənalıdır?
A) dil
B) vedrə
C) daraq
D) stul
E) radio
Hansı sözü həm mənsubiyyət şəkilçili, həm də mənsubiyyət şəkilçisiz söz kimi düşünmək olar?
A) qələmim
B) bağçam
C) taleyim
D) sirrim
E) dərdim
Hansı frazeoloji birləşmədir?
A) qızıl saat
B) qızıl payız
C) qızıl sırğa
D) qızıl üzük
Ümumişlək olmayan söz hansıdır?
A) dəftər
B) ev
C) kitab
D) sərin
E) telefilm
"Çimərlik" sözünün fonetik təhlili ilə bağlı doğru cavabı göstərin.
A) sözdəki [m], [r], [l] cingiltili, [c], [k] kar samitlərdir
B) vurğusu ikinci hecaya düşür
C) [k]-kar samitidir, cingiltili qarışığı [g] samitidir
D) Ahəng qanununa tabe deyil
E) sözdə iki [r] samiti var
Əvvəl-axır sözləri:
A) sinonimdir
B) antonimdir
C) omonimdir
D) omoformdur
E) paronimdir
Bunlardan biri mürəkkəb söz deyil:
A) xırda-xırda
B) dörd yüz otuz səkkiz
C) kitabxana
D) balaca-balaca
E) ayaqqabı
Hansı söz ahəng qanununa tabe deyil?
A) bacı
B) qardaş
C) yağış
D) qayçı
E) mahir
“Döyüşkən əsgərlərimiz qorxu bilmədən düşmən mövqeyinə tərəf irəliləyirdilər” cümləsində neçə düzəltmə söz işlənib?
A) 3
B) 2
C) 1
D) 4
E) 5
Hansı ümumişlək söz deyil:
A) çay
B) qənbər
C) ev
D) həyət
E) hava
Dialekt sözləri göstərin
A) anarı, becid
B) Nalça, ələrdan
C) Nəfəslik, çağdaş
D) Telefon, mikrofon
E) İnternet, printer
Vurğunun yerini dəyişməklə mənası dəyişən sözü göstərin:

A) Diktor
B) Dərya
C) Axın
D) Tərtəmiz
E) Qaçqın
Biri düzəltmə söz deyil:
A) Yırtıq
B) Yamaq
C) Çarıq
D) Sarıq
E) Qoruq
Fonetika bəhsinə aid terminlər hansı cərgədədir?
A) kök, şəkilçi, başlanğıc forması, kar samitlər
B) omonim, sinonim, alınma sözlər
C) ahəngə tabe olmayan sözlər, təkmənalı sözlər, antonim
D) sait, samit, heca, vurğu
Qalın saitlər başqa cür adlanır;
A) İncə
B) Arxa
C) Açıq
D) Dodaqlanan
E) Qapalı
“Tappıltı” sözünü fonetik təhlilindəki səhvi göstərin:
A) Samitlərin 2-si kar və 2-si cingiltilidir
B) 8 səs və 8 hərfdən ibarətdir
C) Yazılışı ilə deyilişi fərqlənir
D) Ahəng qanuna tabedir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top