Tapılan ümumi test sayı : 63

Sisianovun 29 dekabrda Cavad xana yazdığı sonuncu məktubda göstərilən təslim olmaq şərtlərini aid olmayanını göstərin
A) Cavad xan Gürcüstandakı rus qoşunlarını ərzaqla təchiz etməli idi
B) Cavad xan oğlu Hüseynqulu xanı girov göndərməli idi
C) Cavad xan ildə 20 min manat xərac verməli idi
D) Cavad xanın bütün qoşunları Sisianovun tabeçiliyinə keçməli idi
E) Cavad xan bütün əhali ilə Rusiya təbəəliyinə keçməli idi
Car-Balakəndən sonra Rusiya işğal etdi
A) Qəbələ sultanlığını
B) Qazax sultanlığını
C) Ərəş sultanlığını
D) Şəmşəddil sultanlığını
E) İlisu sultanlığını
Bu sözləri kim söyləmiş və kimə ünvanlanmışdır:"Kafir əclaflar.İstəyirsiniz ki, mən sizə inanım və əfv edim ... Mən sizin bütün evlərinizi yandıracağam, sizin özünüzü oda yaxacaq, uşaqlarınızın və arvadlarınızın içalatını dartıb çıxaracağam"
A) General Knorrinq - Gəncəlilərə
B) General-mayor Lazarev - Gəncəlilərə
C) Knyaz Sisianov - Carlılara
D) Knyaz Sisianov - Gəncəlilərə
E) General Qulyakov - Carlılara
Gəncə xanlığı ləğv edildi
A) 1805-ci il12 apreldə
B) 1804-cü il 1 yanvarda
C) 1805-ci il 1yanvarda
D) 1804-cü il 3 yanvarda
E) 1803-cü il 29 dekabrda
1803-cü ilin martında Qanıx çayı sahilində baş vermiş döyüşün nəticəsi
A) Car-balakənlilər qalib gəldi
B) Rus qoşunları məğlub olub geri çəkildilər
C) Rus qoşunları qalib gəldi
D) Yerli əhali rusların hücumunu dəf edə bildi
E) Döyüş nəticəsiz bitdi
Car-Balakən və ilisudan sonra növbəti işğal hədəfi seçilmişdi
A) Gəncə xanlığı
B) İrəvan xanlığı
C) Naxçıvan xanlığı
D) Qarabağ xanlığı. Quba xanlığı
Rusiya şimali Azərbaycan torpaqlarının işğalına başlarkən ilk hədəf kimi seçdi
A) İrəvanı
B) Quba xanlığını
C) Gəncə xanlığını
D) Car-Balakəni
E) Dərbəndi
Bir aylıq mühasirə müddətində Sisianov Cavad xana ... ... hədələyici məktub göndərdi
A) 4 dəfə
B) 3 dəfə
C) 6 dəfə
D) 5 dəfə
E) 7 dəfə
"Andlı öhdəliy"in şərtlərinə daxil olan müddəaları doğru əks etdirən variantı göstərin.A)Rusiya itaət göstərmək əvəzində carlılara birdəfəlik kompensasiya ödəməyi öhdəsinə götürürdü.B)Sənədə görə carlılar Rusiya xəzinəsinə ipəklə xərac ödəməli idilər.C)Carlılar sədaqət əlaməti olaraq girovlar verməli idilər.D)Calılar öz ərazilərində rus qoşunlarını yerləşdirməli idilər.E)Carlılar 100 min manat təzminat ödəməli idilər
A) c.d.e
B) b.c.e
C) a.b.c
D) a.d.e
E) b.c.d
Gəncə qalasını ələ keçirmək işində ruslara əllərindən gələn köməyi əsirgəmirdilər
A) Car-balakənlilər
B) Gürcülər
C) Ləzgilər
D) Qubalılar
E) Ermənilər
1802-ci ilin sentyabr-dekabr aylarında Şimali Qafqazda, Georgiyevski şəhərindəki danışıqlarda iştirak etməyən Azərbaycan xanlığı
A) Tarku şamxalı
B) Şamaxı xanlığı
C) Dərbənd xanlığı
D) Lənkəran xanlığı
E) Quba xanlığı
Rusiyanın şimali Azərbaycan torpaqlarını işğalı ərəfəsində Qafqazdakı rus qoşunlarına komandan təyin edildi
A) General Qulyakov
B) General Knorrinq
C) Knyaz Potyomkin
D) Knyaz Sisianov
E) General-mayor Lazarev
İmperator I Aleksandr 1801-ci il sentyabrın 12-də Manifest imzaladı
A) Şimal Qafqazın Rusiyaya birləşdirilməsi haqqında
B) Azərbaycanın Rusiyaya birləşdirilməsi haqqında
C) Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında
D) Ermənistanın Rusiyaya birləşdirilməsi haqqında
E) Cənubi Qafqazın Rusiyaya birləşdirilməsi haqqında
Gəncə xanı Cavad xan ədavət bəsləyirdi
A) Quba xanı Şeyxəli xana
B) Şəki xanı Səlim xana
C) Naxçıvan xanı Kəlbəli xana
D) İrəvan xanı Məhəmmədhəsən xana
E) Qarabağ xanı İbrahimxəlil xana
Ağa Məhəmməd şah Qacar qətlə yetirildikdən sonra Azərbaycanın şimalında ..
A) Xanlıqlar öz aralarındakı düşmənçiliyi unudaraq birləşmə yoluna qədəm qoydular
B) Şimal xanlıqları arasında yenə köhnə ədavət və düşmənçilik hissləri baş qaldırdı
C) Şimal xanlıqları Rusiyanın hücum təhlükəsi qarşısında hərbi-siyasi ittifaq yaratdılar
D) Xanlıqlar Rusiyanın gözlənilən müdaxiləsini dəf etməyə hazırlaşmağa başladılar
E) Rusiyaya qarsı Osmanlı dövləti ilə ittifaq yaratdılar
Qarabağ xanlığı ilə Şamaxı xanlığı arasında ziddiyətlərin yenidən kəskinləşməsinin səbəbi
A) Mustafa xanın Səki xanlığının Qarabağ xanlığına yürüşündə şəki xanına kömək etməsi
B) Qarabağ xanlığı tərəfindən Şamaxı xanlığı ərazisinə qarətçi yürüşlərin artması
C) Şamaxı xanı Mustafa xanın İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəyə sığınacaq verməsi
D) Mustafa xanın İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəyi edam etdirməsi
E) Şamaxı xanlığının Qarabağ xanlığı torpaqlarına hücumları
Şamaxı xanı Mustafa xanla Quba xanı Şeyxəli xanın münasibətlərini pisləşdirmişdi
A) Şeyxəli xanın Şamaxı xanlığına qarşı mübarizədə Qarabağ xanı İbrahimxəlil xana kömək etməsi
B) Şamaxı xanı Mustafa xanın köməyi ilə Hüseynqulu xanın Bakı xanlığında hakimiyyəti ələ keçirməsi
C) Mustafa xanın Quba xanlığına yürüşləri
D) Mustafa xanın Salyanı tutması
E) Quba xanı Şexəli xanın Ağsunu ələ keçirməsi
XVIII əsrin sonu XIX əsrin əvvəllərində İngiltərə və Fransanın Cənubi Qafqaza, həmçinin Azərbaycana münasibəti bağlı idi
A) Cənubi Qafqaza yiyələnmək niyyəti ilə
B) İngiltərə və Fransanın İranda mövqelərini möhkəmləndirmək siyasəti ilə
C) Xəzər dənizində ağalığa nail olmaq niyyəti ilə
D) Azərbaycanın təbii sərvətlərini ələ keçirmək arzusu ilə
E) Xəzər dənizi və Qafqazdan Rusiyanı sıxışdırmaq siyasəti ilə
Şərqi Gürcüstanla birlikdə Rusiyanın müstəmləkəsinə çevrilən Azərbaycan ərazilərindən deyil
A) Pəmbək
B) Şəmşəddil
C) Borçalı
D) İlisu
E) Qazax
Öz nümayəndəsini Lazarevin yanına göndərib rus qoşunlarının Şəmşəddildən çıxarılmasını tələb edən Azərbaycan xanı
A) Gəncəli Cavad xan
B) Qarabağlı İbrahimxəlil xan
C) Naxçıvanlı Kəlbəli xan
D) İrəvanlı Məhəmmədhəsən xan
E) Şəkili Səlim xan
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top