Tapılan ümumi test sayı : 63

General Zubovun ələ keçirdiyi birinci Azərbaycan şəhəri
A) Dərbənd
B) Bakı
C) Gəncə
D) Quba
E) Şamaxı
Qubalı Şeyxəli xanın rus qoşunlarına qarşı mübarizə üçün kömək çağırışına müsbət cavab verdi
A) Bakı xanı Hüseynqulu xan
B) Qarabağ xanı İbrahimxəlil xan
C) Gəncə xanı Cavad xan
D) Şəki xanı Səlim xan
E) Şamaxı xanı Mustafa xan
1797-ci ilin yazına kimi rus qoşunlarının Azərbaycanı tərk etməsinin səbəbi
A) Yeni çar I Pavelin rus qoşunlarına Azərbaycan torpaqlarını tərk etmək haqqında əmr verməsi
B) Azərbaycan Xanlıqlarının ciddi müdafiə olunaraq qəfil əks zərbələr endirməsi
C) Qərbi Avropa dövlətlərinin Rusiyadan Azərbaycanı tərk etmək barədə tələbi
D) Osmanlı dövləti ilə yeni müharibə təhlükəsi
E) Rus qoşunlarının böyük itki verməsi və qüvvələrinin tükənməsi
Osmanlı sultanı hansı şərtlər daxilində Ağa Məhəmməd Qacarı İran şahı kimi tanıyacağını bildirmişdi?
A) Tiflis üzərinə hücumu dayandırardısa
B) Azərbaycanın cənubunda möhkəmlənərdisə
C) Gürcüstanı ələ keçirərdisə
D) Rusları Azərbaycan torpaqlarından qovardısa
Ağa Məhəmməd xan Qacarın 1795 – ci ildə Şuşaya hücumunun nəticəsi:
A) Qacar asanlıqla Şuşa qalasını ələ keçirtdi
B) İbrahim xan danışıqlar apararaq şəhəri və qalanı xilas etdi
C) İbrahim xan döyüşsüz Şuşanı təslim etdi
D) Güclü müqavimətlə qarşılaşan Qacar Şuşanın mühasirəsindən əl çəkməyə məcbur oldu
Ağa Məhəmməd xan Qacarın 1795 – ci ildə Tiflisə yürüşü zamanı ona köməklik edən Azərbaycan xanı:
A) Qubalı Şeyxəli xan
B) Şirvanlı Mustafa xan
C) Gəncəli Cavad xan
D) Qarabağlı İbrahimxəlil xan
Ağa Məhəmməd xan Qacarın əsas qüvvələri hansı xanlığın tabe edilməsinə yönəldilmişdi?
A) Quba
B) Bakı
C) Qarabağ
D) Gəncə
Ağa Məhəmməd xan Qacarın yürüşü ərəfəsində Azərbaycanın şimalında hərbi – siyasi baxımdan ən güclü quruma çevrilmişdi:
A) Qarabağ xanlığı
B) Şəki xanlığı
C) Quba xanlığı
D) Bakı xanlığı
Ağa Məhəmməd xan Qacarın Tiflisi tutduqdan sonra oranı tez tərk etməsinin səbəblərini doğru əks etdirən variantı müəyyənləşdirin. a)II İraklinin güclü qoşunla əks hücuma keçməsi. b)Ordunun ərzaqla təminatının pisləşməsi. c)Şimali Qafqazdan rus qoşununun hücum təhlükəsi. D)Şahrux Mirzənin Xorasanda qiyam qaldırması. e)Xəstəliklər nəticəsində ordusunun yarıbayarı azalması
A) b.c.d
B) a.c.d
C) c.d.e
D) a.b.c
E) a.d.e
Uyğunluğun gözlənildiyi variantı tapın. I. Şuşa qalasını zəbt etmək üçün Muğandan hərbi dəstə göndərildi. II. Şirvanı zəbt etmək məqsədi ilə göndərildi. III.Əhalini Fit daəında yerləşən əlçatmaz qalaya köçürtdü. A)Süleyman xan. B)Mustafa xan Dəvəli. C)Mustafa xan
A) Ib. IIc. IIIa
B) Ic. IIb. IIIa
C) Ia. IIc. IIIb
D) Ia. IIb. IIIc
E) Ic. IIa. IIIb
Sərab xanlığı tabe ediləndən sonra hansı ərazilər Ağa Məhəmməd xana tabe edildi?1.Qaradağ 2.Şiraz 3.Urmiya 4.Ərdəbil 5.Xoy
A) 3, 4, 5
B) 2, 4, 5
C) 1, 4, 5
D) 1, 3, 5
E) 2, 3, 5
Ağa Məhəmməd Xan Qacarın Arazı keçməməyi üçün Xudəfərin kürpüsünü kim və neçənci ildə dağıtmışdır?
A) 1795 ci il, İbrahimxəlil xan
B) 1795 ci il, Hüseynqulu xan
C) 1700 cü il, Şah İsmayıl
D) 1733 cü il, Cavad xan
Ağa Məhəmməd xan Qacar əvvəlcə Azərbaycanın şimal torpaqlarını öz torpaqlarına birləşdirmək istədi
A) "Nigah diplomatiyası" vasitəsi ilə
B) Hiylə ilə
C) Xanları müxtəlif vədlərlə şirikləndirməklə
D) Danışıqlar yolu ilə
E) Zor nümayiş etdirməklə
XVIII əsrin ikinci yarısında Azərbaycanda mənafeləri toqquşan dövlətlər sırasına daxil deyil:
A) Rusiya
B) İran
C) Qərbi Avropa
D) Hindistan
90 – cı illərin əvvəllərində Azərbaycanın cənub ərazilərini tabe etməyə başladı:
A) Kərim xan Zənd
B) Sadıq xan Şəqaqi
C) Ağa Məhəmməd xan
D) Məhəmmədhəsən xan
Azərbaycanın şimalında hərbi siyasi baxımdan ən güclü qurum:
A) Quba xanlığı
B) Şəki xanlığı
C) İrəvan xanlığı
D) Qarabağ xanlığı
İran xanı Məhəmmədhəsən xan və Qarabağ xanı İbrahimxəlil xan diplomatik əlaqələr saxlayırdılar:
A) Osmanlı imperiyası ilə
B) Rusiya ilə
C) Gürcüstan ilə
D) İran ilə
Azərbaycan xanları Ağa Məhəmməd xan Qacarın hücumundan xilas olmaq üçün əlaqələrini fəallaşdırdılar:
A) Gürcüstan ilə
B) Osmanlı imperiyası ilə
C) Rusiya ilə
D) Avar xanı ilə
Osmanlı sultanı Ağa Məhəmməd xanı İran şahı kimi tanıyacağını vəd etmişdi
A) Şimali Azərbaycan Ağa Məhəmməd xanın hakimiyyətini qəbul edərsə
B) Ağa Məhəmməd xan Gürcüstanı ələ keçirəcəyi halda
C) Ağa Məhəmməd xan bütün İranı özünə tabe edəcəyi təqdirdə
D) Ağa Məhəmməd xan Cənubi Dağıstanı ələ keçirdikdən sonra
E) Ağa Məhəmməd xan Azərbaycanın şərq hissəsini Osmanlı imperiyasına güzəştə gedəcəyi halda
Ağa Məhəmməd xanın Azərbaycanda başına nə gəldi?
A) Azərbaycanı öz dövlətinə qatdı
B) doğradılar
C) Rusiyaya satdılar
D) başını kəsdilər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top