Tapılan ümumi test sayı : 63

General Zubovun ələ keçirdiyi birinci Azərbaycan şəhəri
A) Şamaxı
B) Bakı
C) Gəncə
D) Dərbənd
E) Quba
Qubalı Şeyxəli xanın rus qoşunlarına qarşı mübarizə üçün kömək çağırışına müsbət cavab verdi
A) Şəki xanı Səlim xan
B) Gəncə xanı Cavad xan
C) Şamaxı xanı Mustafa xan
D) Qarabağ xanı İbrahimxəlil xan
E) Bakı xanı Hüseynqulu xan
1797-ci ilin yazına kimi rus qoşunlarının Azərbaycanı tərk etməsinin səbəbi
A) Azərbaycan Xanlıqlarının ciddi müdafiə olunaraq qəfil əks zərbələr endirməsi
B) Yeni çar I Pavelin rus qoşunlarına Azərbaycan torpaqlarını tərk etmək haqqında əmr verməsi
C) Osmanlı dövləti ilə yeni müharibə təhlükəsi
D) Qərbi Avropa dövlətlərinin Rusiyadan Azərbaycanı tərk etmək barədə tələbi
E) Rus qoşunlarının böyük itki verməsi və qüvvələrinin tükənməsi
Osmanlı sultanı hansı şərtlər daxilində Ağa Məhəmməd Qacarı İran şahı kimi tanıyacağını bildirmişdi?
A) Rusları Azərbaycan torpaqlarından qovardısa
B) Tiflis üzərinə hücumu dayandırardısa
C) Gürcüstanı ələ keçirərdisə
D) Azərbaycanın cənubunda möhkəmlənərdisə
Ağa Məhəmməd xan Qacarın 1795 – ci ildə Şuşaya hücumunun nəticəsi:
A) Güclü müqavimətlə qarşılaşan Qacar Şuşanın mühasirəsindən əl çəkməyə məcbur oldu
B) Qacar asanlıqla Şuşa qalasını ələ keçirtdi
C) İbrahim xan danışıqlar apararaq şəhəri və qalanı xilas etdi
D) İbrahim xan döyüşsüz Şuşanı təslim etdi
Ağa Məhəmməd xan Qacarın 1795 – ci ildə Tiflisə yürüşü zamanı ona köməklik edən Azərbaycan xanı:
A) Qarabağlı İbrahimxəlil xan
B) Qubalı Şeyxəli xan
C) Şirvanlı Mustafa xan
D) Gəncəli Cavad xan
Ağa Məhəmməd xan Qacarın əsas qüvvələri hansı xanlığın tabe edilməsinə yönəldilmişdi?
A) Gəncə
B) Bakı
C) Qarabağ
D) Quba
Ağa Məhəmməd xan Qacarın yürüşü ərəfəsində Azərbaycanın şimalında hərbi – siyasi baxımdan ən güclü quruma çevrilmişdi:
A) Quba xanlığı
B) Şəki xanlığı
C) Bakı xanlığı
D) Qarabağ xanlığı
Ağa Məhəmməd xan Qacarın Tiflisi tutduqdan sonra oranı tez tərk etməsinin səbəblərini doğru əks etdirən variantı müəyyənləşdirin. a)II İraklinin güclü qoşunla əks hücuma keçməsi. b)Ordunun ərzaqla təminatının pisləşməsi. c)Şimali Qafqazdan rus qoşununun hücum təhlükəsi. D)Şahrux Mirzənin Xorasanda qiyam qaldırması. e)Xəstəliklər nəticəsində ordusunun yarıbayarı azalması
A) a.d.e
B) a.b.c
C) b.c.d
D) a.c.d
E) c.d.e
Uyğunluğun gözlənildiyi variantı tapın. I. Şuşa qalasını zəbt etmək üçün Muğandan hərbi dəstə göndərildi. II. Şirvanı zəbt etmək məqsədi ilə göndərildi. III.Əhalini Fit daəında yerləşən əlçatmaz qalaya köçürtdü. A)Süleyman xan. B)Mustafa xan Dəvəli. C)Mustafa xan
A) Ib. IIc. IIIa
B) Ic. IIb. IIIa
C) Ic. IIa. IIIb
D) Ia. IIb. IIIc
E) Ia. IIc. IIIb
Sərab xanlığı tabe ediləndən sonra hansı ərazilər Ağa Məhəmməd xana tabe edildi?1.Qaradağ 2.Şiraz 3.Urmiya 4.Ərdəbil 5.Xoy
A) 1, 3, 5
B) 2, 3, 5
C) 2, 4, 5
D) 1, 4, 5
E) 3, 4, 5
Ağa Məhəmməd Xan Qacarın Arazı keçməməyi üçün Xudəfərin kürpüsünü kim və neçənci ildə dağıtmışdır?
A) 1700 cü il, Şah İsmayıl
B) 1733 cü il, Cavad xan
C) 1795 ci il, Hüseynqulu xan
D) 1795 ci il, İbrahimxəlil xan
Ağa Məhəmməd xan Qacar əvvəlcə Azərbaycanın şimal torpaqlarını öz torpaqlarına birləşdirmək istədi
A) Hiylə ilə
B) Xanları müxtəlif vədlərlə şirikləndirməklə
C) Zor nümayiş etdirməklə
D) Danışıqlar yolu ilə
E) "Nigah diplomatiyası" vasitəsi ilə
XVIII əsrin ikinci yarısında Azərbaycanda mənafeləri toqquşan dövlətlər sırasına daxil deyil:
A) Qərbi Avropa
B) İran
C) Hindistan
D) Rusiya
90 – cı illərin əvvəllərində Azərbaycanın cənub ərazilərini tabe etməyə başladı:
A) Sadıq xan Şəqaqi
B) Məhəmmədhəsən xan
C) Ağa Məhəmməd xan
D) Kərim xan Zənd
Azərbaycanın şimalında hərbi siyasi baxımdan ən güclü qurum:
A) Qarabağ xanlığı
B) İrəvan xanlığı
C) Quba xanlığı
D) Şəki xanlığı
İran xanı Məhəmmədhəsən xan və Qarabağ xanı İbrahimxəlil xan diplomatik əlaqələr saxlayırdılar:
A) Rusiya ilə
B) Gürcüstan ilə
C) İran ilə
D) Osmanlı imperiyası ilə
Azərbaycan xanları Ağa Məhəmməd xan Qacarın hücumundan xilas olmaq üçün əlaqələrini fəallaşdırdılar:
A) Avar xanı ilə
B) Rusiya ilə
C) Osmanlı imperiyası ilə
D) Gürcüstan ilə
Osmanlı sultanı Ağa Məhəmməd xanı İran şahı kimi tanıyacağını vəd etmişdi
A) Ağa Məhəmməd xan Azərbaycanın şərq hissəsini Osmanlı imperiyasına güzəştə gedəcəyi halda
B) Ağa Məhəmməd xan Gürcüstanı ələ keçirəcəyi halda
C) Ağa Məhəmməd xan bütün İranı özünə tabe edəcəyi təqdirdə
D) Ağa Məhəmməd xan Cənubi Dağıstanı ələ keçirdikdən sonra
E) Şimali Azərbaycan Ağa Məhəmməd xanın hakimiyyətini qəbul edərsə
Ağa Məhəmməd xanın Azərbaycanda başına nə gəldi?
A) Azərbaycanı öz dövlətinə qatdı
B) doğradılar
C) başını kəsdilər
D) Rusiyaya satdılar
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top