Tapılan ümumi test sayı : 33

İsmə aid fikirlərdən biri səhvdir:
A) Təsirlik hallı isimlər cümlədə tamamlıq və yer zərfliyi olur
B) İsmin əksər halları cümlədə xəbər vəzifəsində işlənir
C) Mürəkkəb xüsusi isimlər bir vurğu altında deyilir
D) Bəzi alınma isimlərin mənsubiyyətə görə dəyişməsi fərqlidir
Verilənlərdən biri ismə aid deyil:
A) Ümumi və xüsusi olurlar
B) Tək və cəm olurlar
C) Ümumi qrammatik mənasına görə əşya bildirir
D) Mənsubiyyət və hal şəkilçiləri qəbul etmirlər
Ümumi qrammatik mənasına görə əşya bildirməyən sözlərin verildiyi sıranı göstərin:
A) Cod, sıx, qoca
B) Kətan, dəri, şüşə
C) Mis, qızıl, gümüş
D) İpək, atlaz, bez
Hansı əsl Azərbaycan sözü ahəng qanununa tabe olmur?
A) afət
B) ilıq
C) kitab
D) təyyarə
E) Günay
İsmə aid fikirlərdən biri səhvdir:
A) İsmin əksər halları cümlədə xəbər vəzifəsində işlənir
B) Mürəkkəb xüsusi isimlər bir vurğu altında deyilir
C) Təsirlik hallı isimlər cümlədə tamamlıq və yer zərfliyi olur
D) Bəzi alınma isimlərin mənsubiyyətə görə dəyişməsi fərqlidir
Anasının laylaları, sonra isə Ayişə nənəsinin ürək ovunduran bayatıları, sehrli nağılları Səmədi el ruhunda böyütmüşdü cümləsində mənsubiyyət şəkilçili neçə söz var?
A) 1
B) 6
C) 5
D) 7
E) 3
Sözlərdən birinin tərkibindən şəkilçi götürülsə, konkret isim olar.
A) Birincilik
B) Ağıllı
C) Beşlik
D) Müəllimlik
E) İgidlik
Verilənlərdən biri ismə aid deyil:
A) Ümumi və xüsusi olması
B) Konkret və mücərrəd olması
C) Zamana və kəmiyyətə görə dəyişməsi
D) Tək və cəm olması
E) Şəxsə görə dəyişməsi
Verilənlərdən biri ismin səciyyəvi xüsusiyyəti deyil:
A) Nitq hissələrini əvəz etməsi
B) Cümlədə mübtəda olması
C) Ümumi və xüsusi olması
D) Hallanması və mənsubiyyətə görə dəyişməsi
E) Tək və cəm olması
Ismin hansı halı cümlədə xəbər ola bilmir?
A) Çıxışlıq
B) Adlıq
C) Yönlük
D) Yiyəlik
E) Təsirlik
Biri mücərrəd isimdir:
A) Təklif
B) Məktəb
C) İnsan
D) Dənizçi
E) Fırtına
İsim hansı cümlə üzvü ilə ifadə olunur?
A) Zərflik
B) Tamamlıq
C) Təyin
D) Xəbər
E) Mübtəda
Bunlardan biri isim deyil
A) Orucluq
B) Ağıllı
C) İnsanlıq
D) Başlıq
E) Birlik
İsmə artırılan qrammatik şəkilçiləri ardıcıl olaraq göstərin:
A) cəm, xəbərlik, mənsubiyyət, hal
B) cəm, mənsubiyyət, hal, xəbərlik
C) mənsubiyyət, cəm, xəbərlik, hal
D) cəm, hal, mənsubiyyət, xəbərlik
E) mənsubiyyət, hal, xəbərlik, cəm
İsim haqqında deyilənlərdən biri doğrudur
A) Necə?, Nə cür?, Hansı?, suallarına cavab verir
B) Əsas nitq hissəsidir
C) Kim?, Nə?, Necə?, suallarına cavab verir
D) Köməkçi nitq hissəsidir
E) Əşyanın əlamətini bildirir
Sifət isimdən qabaq yoxsa sonra işlənir?
A) Ortasında
B) Sonra
C) Qabaq
D) Bir neçə sözdən sonra
E) Əlaqəsi heç yoxdur
İsmin hansı halının xüsusi şəkilçisi yoxdur?
A) Təsirlik
B) Yiyəlik
C) Yerlik
D) Adlıq
E) Yönlük
Biri sadədir;
A) Kitabxanalar
B) Kitabxanaçı
C) Kitabxanaçılar
D) Kitab
E) Kitabxana
Ümumi isim nəyə deyilir?
A) Ümumi isimlər kiçik yazılır ona görə
B) Morfologiyaya aiddir ona görə
C) Hallarına görə fərqlənir
D) Xüsusi ismin yanında böyük yazılır
E) Əşyanın ümumiliyini bildirir
Frazeoloji birləşmə nəyə deyilir?
A) fel birləşmələrə
B) mücərrəd isimlərin birləşməsinə
C) sifəti birləşmələrə
D) məcazi mənada olan sözlərin birləşməsinə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top