Tapılan ümumi test sayı : 23

Hansı nümunədə mürəkkəb isim işlənmişdir?
A) Hər ovçunun bəxt ulduzu olur, onu bədnəzərdən qoruyan
B) Onun ağbəniz üzü ay işığında daha nurlu görünürdü
C) Hacı Mahmud öz igidliyi ilə şöhrət qazanmışdı
D) Dağətəyi kəndlərin əhalisi əkinçiliklə məşğul olur
Quruluşca sadə ismi göstərin:
A) Dəlil
B) Sürü
C) Yazı
D) Çəki
Biri feldən isim düzəldir:
A) -lıq4
B) -ış4
C) -çı4
D) -ça2
Şəkilçilərdən hansı yalnız insan anlayışı bildirən isimlər düzəldir?
A) -laq
B) -stan
C) -lıq4
D) -daş
Biri insan anlayışı bildirən düzəltmə isimdir:
A) Bibimgil
B) Düşmənçilik
C) Həmrəylik
D) Dəmirçilik
Sadə ismi göstərin:
A) balıqçı
B) ağacdələn
C) dəmir
D) vətəndaş
Aşağıdakılardan hansı mürəkkəb isim deyil?
A) bədnəzər
B) günəbaxan
C) bağayarpağı
D) quşüzümü
E) yoldaş
Aşağıdakılardan hansı düzəltmə isim deyil?
A) məktəbli
B) əməkdaş
C) bilikli
D) tikinti
E) qazıntı
Aşağıdakılardan hansı sadə isimdir?
A) düşüncə
B) səbət
C) sürü
D) bilik
E) çəki
Hansı şəkilçi insan anlayışı bildirən isimlər düzəldir?
A) -iyyat2
B) -daş
C) -maca2
D) -çığaz4
E) -acaq2
Aşağıdakılardan hansıları düzəltmə isimlərdir?
A) Torpağın.
B) Çiçək.
C) Ari.
D) Sevinc.
Hansıları isimdən isim düzəldən şəkilçilərdir?
A) -liq,-das,-ca,-i.
B) -inc,-ici,-in,-i.
C) -qin,-i,-vi,-in.
D) -cı,-lıq,-das,-ca.
Bunlardan hansı mürəkkəb isimdir?
A) ağacın altında
B) Bakılı
C) heç biri
D) tozsoran
E) alma
Yalnız leksik şəkilçilər işlənmiş sözü seçin.
A) kitabımız
B) balıqlar
C) paltarı
D) qapıda
E) dənizçilik
Hansı isimdən isim düzəldən şəkilçi deyil?
A) -lıq,-ı
B) -xana,-cığaz
C) -çı,-daş
D) -ıq,-acaq
Cəm şəkilçisi qəbul etməyən ismi göstərin:
A) Yaşıllıq
B) Su
C) İşıq
D) Camaat
Hansı isim quruluşca sadədir
A) sürü
B) çəki
C) yazı
D) dəlil
E) sevinc
Biri mücərrəddir;
A) Qapı
B) Daraq
C) Külək
D) Kitab
E) Xəyal
Sadə isimlərdən hansı qrammatik şəkilçi qəbul etməyib?
A) göyərti
B) bağdan
C) qayış
D) daraq
E) uşaqlar
Biri həm isim, həm də sifət düzəldən şəkilçidir.
A) -ıq
B) -tı
C) -ıntı
D) -ış
E) -cığaz
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top