Tapılan ümumi test sayı : 23

Hansı nümunədə mürəkkəb isim işlənmişdir?
A) Onun ağbəniz üzü ay işığında daha nurlu görünürdü
B) Dağətəyi kəndlərin əhalisi əkinçiliklə məşğul olur
C) Hər ovçunun bəxt ulduzu olur, onu bədnəzərdən qoruyan
D) Hacı Mahmud öz igidliyi ilə şöhrət qazanmışdı
Quruluşca sadə ismi göstərin:
A) Yazı
B) Dəlil
C) Çəki
D) Sürü
Biri feldən isim düzəldir:
A) -lıq4
B) -çı4
C) -ça2
D) -ış4
Şəkilçilərdən hansı yalnız insan anlayışı bildirən isimlər düzəldir?
A) -lıq4
B) -laq
C) -daş
D) -stan
Biri insan anlayışı bildirən düzəltmə isimdir:
A) Bibimgil
B) Düşmənçilik
C) Həmrəylik
D) Dəmirçilik
Sadə ismi göstərin:
A) ağacdələn
B) dəmir
C) balıqçı
D) vətəndaş
Aşağıdakılardan hansı mürəkkəb isim deyil?
A) bağayarpağı
B) bədnəzər
C) quşüzümü
D) yoldaş
E) günəbaxan
Aşağıdakılardan hansı düzəltmə isim deyil?
A) tikinti
B) qazıntı
C) əməkdaş
D) bilikli
E) məktəbli
Aşağıdakılardan hansı sadə isimdir?
A) düşüncə
B) sürü
C) səbət
D) bilik
E) çəki
Hansı şəkilçi insan anlayışı bildirən isimlər düzəldir?
A) -acaq2
B) -daş
C) -çığaz4
D) -maca2
E) -iyyat2
Aşağıdakılardan hansıları düzəltmə isimlərdir?
A) Torpağın.
B) Ari.
C) Sevinc.
D) Çiçək.
Hansıları isimdən isim düzəldən şəkilçilərdir?
A) -qin,-i,-vi,-in.
B) -inc,-ici,-in,-i.
C) -cı,-lıq,-das,-ca.
D) -liq,-das,-ca,-i.
Bunlardan hansı mürəkkəb isimdir?
A) tozsoran
B) Bakılı
C) alma
D) ağacın altında
E) heç biri
Yalnız leksik şəkilçilər işlənmiş sözü seçin.
A) dənizçilik
B) paltarı
C) qapıda
D) balıqlar
E) kitabımız
Hansı isimdən isim düzəldən şəkilçi deyil?
A) -xana,-cığaz
B) -ıq,-acaq
C) -çı,-daş
D) -lıq,-ı
Cəm şəkilçisi qəbul etməyən ismi göstərin:
A) Yaşıllıq
B) Camaat
C) İşıq
D) Su
Hansı isim quruluşca sadədir
A) çəki
B) dəlil
C) sürü
D) sevinc
E) yazı
Biri mücərrəddir;
A) Külək
B) Qapı
C) Daraq
D) Xəyal
E) Kitab
Sadə isimlərdən hansı qrammatik şəkilçi qəbul etməyib?
A) daraq
B) uşaqlar
C) qayış
D) göyərti
E) bağdan
Biri həm isim, həm də sifət düzəldən şəkilçidir.
A) -tı
B) -ıq
C) -ış
D) -cığaz
E) -ıntı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top