Tapılan ümumi test sayı : 105

Meyvələrə dad verən nədir?
A) Hüceyrədə olan vakuollar
B) Hüceyrədə olan plastidlər
C) Hüceyrə şirəsində olan maddələrin miqdarı
D) Plastidlərin çoxluğu
Sitoplazma qızdırıldıqda və ya dondurulduqda nə məhv olur?
A) Heç bir şey
B) Hüceyrə
C) Membran
D) Qılaf
Soğan dəriciyinin hüceyrələri aşağıdakılardan hansılardır?
A) Ulduzşəkilli olub, bir-birinə yaxın yerləşir
B) Çoxkünclü olub, bir-birindən ayrı yerləşir
C) Uzunsov olub, bir-birinə sıx, yaxın yerləşir
D) Ulduzşəkilli olub, bir-birindən aralı yerləşir
Hər bir bitki hüceyrəsi xaricdən nə ilə örtülmüşdür?
A) Möhkəm qılafla
B) Orqanoidlərlə
C) Membranla
D) Sitoplazma ilə
Sitoplazmanın içərisində nələr yerləşir?
A) Hüceyrənin orqanoidləri
B) Xromosom və xloroplastlar
C) Hüceyrənin hissəcikləri və leykoplastlar
D) Leykoplastlar və xromoplastlar
Xromosom harada yerləşir?
A) Nüvəciyin daxilində
B) Vakuolanın daxilində
C) Nüvəciyin və vakuolanın daxilində
D) Nüvənin daxilində
Çiçəkli bitkilərin canlı hüceyrələrində nələr yerləşir?
A) Membran, antosion, orqanoid
B) Antosion, sitoplazma, nüvəcik
C) Sitoplazma, nüvə, plastid, vakuollar və şəffaf qılaf
D) Nüvəcik, vakuollar
Aşağıdakılardan hansı səhvdir?
A) Çiçəkli bitkilərin canlı hüceyrələrində sitoplazma, nüvə, plastid, vakuollar və şəffaf qılaf yerləşir
B) Yarpağın hər hüceyrəsində 20-100-ə qədər plastid olur
C) Sitoplazma rəngsiz, qatı, canlı maddədir
D) Pambıq və kətan lifi hüceyrələrini adi gözlə görmək mümkün deyil
Bitki hüceyrəsinin sitoplazmasında çoxlu miqdarda xırda nələr yerləşir?
A) Plastidlər
B) Nüvələr
C) Orqanoidlər
D) Membranlar
Fikri tamamlayın: Bəzən kiçik qovuqcuqlar birləşərək böyük qovuğu yəni....... əmələ gətirir
A) Leykoplastlar
B) Antosionlar
C) Vakuollar
D) Orqanoidlər
Fikri tamamlayın: Yarpaqların yaşıl rəngi....., limonun sarı, almanın, albalının qırmızı rəngi....çox olması ilə əlaqədardır.
A) Xromoplastların, xloroplastların
B) Xloroplastların, xromoplastların
C) Leykoplastların, antosionların
D) Xloroplastların, leykoplastların
Yaşıl rəngli plastidlər:
A) xloroplastlar
B) leykoplastlar
C) xromosomlar
D) xromoplastlar
E) məsamələr
Bitki hüceyrəsinin sitoplazmasında çoxlu miqdarda xırda nələr yerləşir?
A) nüvə
B) plastidlər
C) oksigen
D) orqanoid
E) karbon
Qarğıdalının iki hüceyrəsində neçə xromosom var?
A) 80
B) 50
C) 20
D) 40
E) sonsuz sayda
Orta hesabla yarpağın hər hüceyrəsində nə qədər plastid olur?
A) 20-100
B) 20-50
C) 100-150
D) 50-100
E) 50-60
İçərisi hüceyrə şirəsi ilə dolu olan orqanoid hansıdır?
A) sitoplazma
B) antosian
C) nüvə
D) vakuol
E) xloroplast
Bitkilərdə ən geniş yayılmış bölünmə üsulu:
A) reduksion bölünmə
B) mitoz
C) meyoz
D) düzünə bölünmə
E) amitoz
Latın mənşəli "obyektum" sözünün mənası:
A) kürsü
B) boş
C) boru
D) əşya
E) göz
Hüceyrəni kəşf edib:
A) Virxov
B) Qrü
C) Robert Huk
D) Malpigi
E) Qoryaninov
Lupa ilə cismi neçə dəfə böyütmək olur?
A) 8 – 15 dəfə
B) 5 – 10 dəfə
C) 2 – 20 dəfə
D) 2 – 25 dəfə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top