Tapılan ümumi test sayı : 56

İqlim əmələ gətirən amillərə aid deyil:
A) Ay və Günəşin cazibə qüvvəsi
B) Səth örtüyünün xarakteri
C) Hava kütlələrinin hərəkəti
D) Coğrafi enlik
Hava kütlələrinin xarakterinə uyğun olaraq neçə iqlim qurşağı var?
A) 13
B) 9
C) 11
D) 7
Subtropik iqlim qurşağında:
A) Yayda ekvatorial, qışda tropik iqlim şəraiti yaranır
B) Yayda tropik, qışda ekvatorial iqlim şəraiti yaranır
C) Yayda mülayim, qışda tropik iqlim şəraiti yaranır
D) Yayda tropik, qışda mülayim iqlim şəraiti yaranır
Keçid iqlim qurşaqlarına aid deyil:
A) Subtropik
B) Subarktik
C) Subekvatorial
D) Antarktik
Tropik qurşağa aid deyil:
A) Havanın enən hərəkəti
B) Yüksək təzyiq sahəsi
C) Havanın qalxan hərəkəti
D) Yağıntıların az düşməsi
Hansı iqlim tiplərinin xüsusiyyətləri bir birinin əksidir?
A) Kontinental-quraq
B) Ekvatorial-musson
C) Dəniz mülayim-musson
D) Aralıq dəniz-kontinental
E) Aralıq dəniz-musson
İqliməmələgətirən amillərə aid deyil:
A) Hava kütlələrinin hərəkəti
B) Yerin relyefi
C) Coğrafi enlik
D) Səth örtüyü
Hava kütlələrinin xarakterinə görə iqlim qurşaqlarını kim ayırıb
A) Prejevalski
B) Vegener
C) Alisov
D) Lomonosov
Neçə iqlim qurşağı var?
A) 10
B) 7
C) 6
D) 13
İqlimi əmələ gətirən əsas amillər neçə dənədir?
A) 5
B) 3
C) 2
D) 4
E) 1
Subekvatorial iqlim qurşağında yağıntı niyə yayda düşür?
A) Ekvatorial hava hakimdir
B) Ekvatora yaxın yerləşir
C) Cənubda yerləşir
D) Qışda tropik hava təsir edir
Neçə keçid iqlim qurşağı var?
A) 6
B) 5
C) 4
D) 7
E) 3
A.İ.Voyeykov nəyi “iqlimin məhsulu” hesab edirdi?
A) Bataqlıqları
B) Dənizləri
C) Çayları
D) Gölləri
Subtropik iqlim üçün səciyyəvi torpaqlar
A) qara, şabalıdı
B) qəhvəyi, sarı
C) boz-qonur
D) qırmızı-sarı ferralit
E) çimli-podzol
Subarktik hansı iqlim qurşaqları arasında yerləşir
A) Arktik-Antarktika
B) Mülayim-arktik
C) Mülayim-Antarktika
D) Heç birinin
Günəş radiasiyasını daha çox əks etdirir:
A) Meşə
B) Qum
C) Qar
D) Su
Yağıntıların miqdarı eyni olan nöqtələri birləşdirən xətlər adlanır:
A) İzogiyet
B) Horizontal
C) İzobar
D) İzoterm
Bu qurşaq il boyu yüksək temperatur, güclü buxarlanma, qalxan hava axını, bol yağıntı düşməsi ilə seçilir:
A) Subtropik qurşaq
B) Mülayim qurşaq
C) Ekvatorial qurşaq
D) Tropik qurşaq
Yer kürəsində maksimum yağıntı müşahidə olunur:
A) Çində və Kordilyer dağının ətəklərində
B) Atakamada və Çində
C) Havay adalarında və Himalay dağının cənub ətəklərində
D) Asiyanın cənub – şərq sahillərində və Misirdə
Antisiklona aid deyil:
A) Buludsuz, aydın hava şəraiti yaranır
B) Külək mərkəzdən kənarlara doğru saat əqrəbinin hərəkəti istiqamətində əsir
C) Qalxan hava yaranır
D) Enən hava yaranır
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top