Tapılan ümumi test sayı : 58

Materikin şimal savanna zonasında yaşayan ən uca boylu xalqlar:
A) Masailər, efioplar, tutsilər
B) Tutsilər, nilotlar, masailər
C) Qottentotlar, nilotlar, tutsilər
D) Piqmeylər, efioplar, malaqasilər
Ekvatorial meşə zonasında yaşayan alçaqboylu ( 150 sm – dən aşağı ) tayfalar:
A) Buşmen tayfaları
B) Nilot tayfaları
C) Malaqasi tayfaları
D) Piqmey tayfaları
Afrika materikində əhalisinin sayına görə seçilir:
A) Əlcəzair
B) Nigeriya
C) Liberiya
D) Liviya
Hazırda Afrikada yerləşir:
A) 57 dövlət
B) 53 dövlət
C) 51 dövlət
D) 47 dövlət
Afrika materikində əhali sıx məskunlaşmışdır:
a) Materikin cənub – qərb sahilləri boyunda b) böyük Səhra zonasında c) Aralıq dənizi sahili zonasında d) Materikin cənub – şərq sahilləri boyu
A) c,d
B) a,b
C) a,d
D) b,d
Afrikada neçə iqlim qurşağı var?
A) 3
B) 1
C) 4
D) 5
E) 7
Ekvatorial meşələrdə yayılmış torpaq tipi:
A) Qırmızı sarı – ferralit
B) Açıq – qəhvəyi
C) Qara və şabalıdı
D) Boz, boz – qonur
Materikin ərazisinin 40% - ni əhatə edir:
A) Tropik səhralar
B) Ekvatorial meşələr
C) Savannalar
D) Meşə və kolluqlar
Afrikanın ən böyük sahə tutan səhraları:
a) Atakama b) Kalahari c) Namib d) Moxave e) Böyük Səhra ə) Sonor
A) a,d,ə
B) a,c,ə
C) b,c,e
D) d,e,ə
Cənubi Afrika səhraları üçün xarakterik olan, boyu 50 sm, kökləri 3 m dərinlikdə olan bitki:
A) Seyba
B) Baobab
C) Velviçiya
D) Liana
Ekvatorial meşələrin tipik heyvanları:
A) Çaqqal, timsah, morj
B) Yenot, skuns, morj, şimpanze
C) Zebr, vaşaq, porsuq, burunduk
D) Leopard, Afrika maralı, qorilla
Aşağıdakı səhra Afrikaya aid deyil:
A) Kalaxari
B) Liviya
C) Namib
D) Viktoriya
Dünyanın ən böyük səhrası hansı materikdə yerləşir və hansı hissəsində:
A) Avstraliya, mərkəz
B) Afrika, şimal
C) Afrika, cənub
D) Avrasiya, şimal
Afrikada təbii zonaların təkrarlanmasının səbəbi:
A) Böyük hissəsinin şərqdə yerləşməsi
B) Günəşin il boyu zenitdə olması
C) Sahəcə böyük olması
D) Ekvator vasitəsilə iki yerə bölünməsi
Afrikada Atlantik okeanı hövzəsinə aid olan çayların daha geniş sahə tutmasının səbəbi:
A) Qrunt sularının səthə yaxın yerləşməsi
B) Atlantik okeanı sahili boyu geniş ərazini əhatə etməsi
C) Materikin şərq hissəsinin relyefinin hündür olması
D) Materikin şərq hissəsinin relyefinin alçaq olması
Afrika materikində olan şəlalələri göstərin:
a) Stenli b) Anhel c) Viktoriya d) Livinqiston e) İquasu
A) b,d,e
B) a,c,e
C) a,c,d
D) b,c,e
Afrikada çayların qidalanmasında mühüm rol oynayır:
A) Qar suları
B) Yağış suları
C) Buzlaq suları
D) Yeraltı sular
Ekvator xəttini iki dəfə kəsib keçən çay:
A) Zambezi
B) Nil
C) Niger
D) Konqo
Dünyanın ən uzun çayı:
A) Amazon
B) Nil
C) Konqo
D) Missisipi
Cənub tropikini iki dəfə kəsən çay hansıdır?
A) Zambezi
B) Konqo
C) Limpopo
D) Narıncı
E) Niger
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top