Tapılan ümumi test sayı : 58

Materikin şimal savanna zonasında yaşayan ən uca boylu xalqlar:
A) Qottentotlar, nilotlar, tutsilər
B) Masailər, efioplar, tutsilər
C) Piqmeylər, efioplar, malaqasilər
D) Tutsilər, nilotlar, masailər
Ekvatorial meşə zonasında yaşayan alçaqboylu ( 150 sm – dən aşağı ) tayfalar:
A) Piqmey tayfaları
B) Malaqasi tayfaları
C) Buşmen tayfaları
D) Nilot tayfaları
Afrika materikində əhalisinin sayına görə seçilir:
A) Nigeriya
B) Liberiya
C) Liviya
D) Əlcəzair
Hazırda Afrikada yerləşir:
A) 51 dövlət
B) 47 dövlət
C) 53 dövlət
D) 57 dövlət
Afrika materikində əhali sıx məskunlaşmışdır:
a) Materikin cənub – qərb sahilləri boyunda b) böyük Səhra zonasında c) Aralıq dənizi sahili zonasında d) Materikin cənub – şərq sahilləri boyu
A) c,d
B) b,d
C) a,d
D) a,b
Afrikada neçə iqlim qurşağı var?
A) 3
B) 1
C) 4
D) 5
E) 7
Ekvatorial meşələrdə yayılmış torpaq tipi:
A) Qırmızı sarı – ferralit
B) Qara və şabalıdı
C) Açıq – qəhvəyi
D) Boz, boz – qonur
Materikin ərazisinin 40% - ni əhatə edir:
A) Meşə və kolluqlar
B) Savannalar
C) Ekvatorial meşələr
D) Tropik səhralar
Afrikanın ən böyük sahə tutan səhraları:
a) Atakama b) Kalahari c) Namib d) Moxave e) Böyük Səhra ə) Sonor
A) a,c,ə
B) d,e,ə
C) a,d,ə
D) b,c,e
Cənubi Afrika səhraları üçün xarakterik olan, boyu 50 sm, kökləri 3 m dərinlikdə olan bitki:
A) Seyba
B) Baobab
C) Liana
D) Velviçiya
Ekvatorial meşələrin tipik heyvanları:
A) Çaqqal, timsah, morj
B) Yenot, skuns, morj, şimpanze
C) Leopard, Afrika maralı, qorilla
D) Zebr, vaşaq, porsuq, burunduk
Aşağıdakı səhra Afrikaya aid deyil:
A) Liviya
B) Kalaxari
C) Viktoriya
D) Namib
Dünyanın ən böyük səhrası hansı materikdə yerləşir və hansı hissəsində:
A) Avstraliya, mərkəz
B) Avrasiya, şimal
C) Afrika, şimal
D) Afrika, cənub
Afrikada təbii zonaların təkrarlanmasının səbəbi:
A) Böyük hissəsinin şərqdə yerləşməsi
B) Sahəcə böyük olması
C) Ekvator vasitəsilə iki yerə bölünməsi
D) Günəşin il boyu zenitdə olması
Afrikada Atlantik okeanı hövzəsinə aid olan çayların daha geniş sahə tutmasının səbəbi:
A) Materikin şərq hissəsinin relyefinin alçaq olması
B) Materikin şərq hissəsinin relyefinin hündür olması
C) Qrunt sularının səthə yaxın yerləşməsi
D) Atlantik okeanı sahili boyu geniş ərazini əhatə etməsi
Afrika materikində olan şəlalələri göstərin:
a) Stenli b) Anhel c) Viktoriya d) Livinqiston e) İquasu
A) b,d,e
B) b,c,e
C) a,c,e
D) a,c,d
Afrikada çayların qidalanmasında mühüm rol oynayır:
A) Buzlaq suları
B) Qar suları
C) Yeraltı sular
D) Yağış suları
Ekvator xəttini iki dəfə kəsib keçən çay:
A) Niger
B) Nil
C) Konqo
D) Zambezi
Dünyanın ən uzun çayı:
A) Amazon
B) Nil
C) Konqo
D) Missisipi
Cənub tropikini iki dəfə kəsən çay hansıdır?
A) Narıncı
B) Zambezi
C) Limpopo
D) Niger
E) Konqo
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top