Tapılan ümumi test sayı : 61

Respublikamızın ikinci subtropik zonası hesab olunur:
A) Qobustan – Abşeron rayonu
B) Mərkəzi Aran rayonu
C) Acınohur – Ceyrançöl rayonu
D) Qanıx – Əyriçay rayonu
Eldar şamının yeganə vətəni hesab olunur:
A) Qazax
B) Küdrü Şirvan
C) Ceyrançöl
D) Qarabağ
Küdrü Şirvan rayonu yerləşir:
A) Kiçik Qafqazın cənub – şərq qurtaracağı ilə Araz çayı arasındakı ərazidə
B) Kür – Araz çökəkliyinin Xəzər sahillərindən başlamış 0 m yüksəkliyə qədər olan ərazidə
C) Gürcüstan sərhədindən Girdimançay dərəsinə qədər 270 km. məsafədə
D) Acınohur və Ləngəbiz tirələrinin cənub ətəkləri ilə o m yüksəklik arasında
Küdrü Şirvan rayonunun torpaq örtüyü:
a) qara b) boz – çəmən c) şabalıdı d) şorakət e) boz – qonur ə) qəhvəyi
A) b,c,d
B) d,e,ə
C) b,d,e
D) a,b,c
Mərkəzi Aran rayonunda ən az yağıntı düşür:
A) Cənub – Şərqi Şirvan düzünə
B) Mil düzünə
C) Muğan düzünə
D) Salyana
Ceyrançöl-Acınohurda hansı yaşlı süxurlar yayılıb7
A) Paleogen
B) Dördüncü dövr
C) Mezozoy
D) Neogen
Kür çökəkliyi vilayəti hansı dövrün çöküntüləri ilə zəngindir?
A) Proterozoy
B) Paleozoy
C) Kaynozoy
D) Mezozoy
Kür çökəkliyi vilayətində hakimdir:
A) Yayı quraq keçən soyuq iqlim
B) Subtropik iqlim
C) Qışı soyuq, yayı isti və quraq keçən yarımsəhra və quru – çöl iqlimi
D) Qışı mülayim, yayı isti və quraq keçən yarımsəhra və quru – çöl iqlimi
Qarabağ düzündə yerləşən Sultanbud meşəsi ibarətdir:
A) Şərq palıdından
B) Saqqızağacından
C) Şərq çinarından
D) Şərq fıstığından
Kür – Araz ovalığında mövcud olan torpaq tipləri:
A) Şabalıdı, qara, dağ – meşə qəhvəyi
B) Boz – çəmən, qara, şabalıdı
C) Boz, boz – qonur, boz – çəmən
D) Şabalıdı, boz – çəmən
Vilayətdə üstünlük təşkil edən əsas faydalı qazıntılar:
A) Mis, qızıl, yanar şist, qalay
B) Mərmər, əhəng daşı, dəmir filizi
C) Neft, qaz, müalicə palçığı, müxtəlif tikinti materialları
D) Dəmir filizi, zəy, alunit
Candargöl hansı vilayətə daxildir?
A) Kiçik Qafqaz
B) Böyük Qafqaz
C) Lənkəran
D) Kür çökəkliyi
Mollakənd neft yatağı hansı vilayətə aiddir?
A) Kiçik Qafqaz
B) Kür çökəkliyi
C) Lənkəran vilayəti
D) Böyük Qafqaz
Hansı rayon Kiçik Qafqaza aiddir?
A) Şərur-Ordubad
B) Dağlıq Qarabağ
C) Lənkəran
D) Şamaxı
Kür çökəkliyinə aid deyil?
A) Acınohur-Ceyrançöl
B) Qanıx-Əyriçay
C) Mərkəzi Aran
D) Həkəri
Neçə fiziki coğrafi rayona bölünür ölkəmiz?
A) 19
B) 16
C) 11
D) 14
Aşağıdakı rayonlardan hansı Böyük Qafqaz vilayətinə aid deyil?
A) Abşeron-Qobustan
B) Samur-Dəvəçi
C) Zaqatala-Lahıç
D) Küdrü Şirvan
Ölkəmiz neçə təbii vilayətə ayrılır?
A) 5
B) 2
C) 1
D) 3
E) 4
Samur-Dəvəçi rayonunda hansı iqlim tipi yayılıb?
A) Dağ tundra
B) Yarımsəhra və quru çöl
C) Mülayim isti
D) Soyuq
Hansı rayon Böyük Qafqaz vilayətinə aid deyil?
A) Samur-Dəvəçi
B) Şamaxı
C) Küdrü Şirvan
D) Qonaqkənd
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top