Tapılan ümumi test sayı : 61

Respublikamızın ikinci subtropik zonası hesab olunur:
A) Qanıx – Əyriçay rayonu
B) Acınohur – Ceyrançöl rayonu
C) Qobustan – Abşeron rayonu
D) Mərkəzi Aran rayonu
Eldar şamının yeganə vətəni hesab olunur:
A) Küdrü Şirvan
B) Qazax
C) Qarabağ
D) Ceyrançöl
Küdrü Şirvan rayonu yerləşir:
A) Kiçik Qafqazın cənub – şərq qurtaracağı ilə Araz çayı arasındakı ərazidə
B) Gürcüstan sərhədindən Girdimançay dərəsinə qədər 270 km. məsafədə
C) Kür – Araz çökəkliyinin Xəzər sahillərindən başlamış 0 m yüksəkliyə qədər olan ərazidə
D) Acınohur və Ləngəbiz tirələrinin cənub ətəkləri ilə o m yüksəklik arasında
Küdrü Şirvan rayonunun torpaq örtüyü:
a) qara b) boz – çəmən c) şabalıdı d) şorakət e) boz – qonur ə) qəhvəyi
A) a,b,c
B) b,c,d
C) d,e,ə
D) b,d,e
Mərkəzi Aran rayonunda ən az yağıntı düşür:
A) Salyana
B) Muğan düzünə
C) Cənub – Şərqi Şirvan düzünə
D) Mil düzünə
Ceyrançöl-Acınohurda hansı yaşlı süxurlar yayılıb7
A) Neogen
B) Paleogen
C) Dördüncü dövr
D) Mezozoy
Kür çökəkliyi vilayəti hansı dövrün çöküntüləri ilə zəngindir?
A) Proterozoy
B) Paleozoy
C) Kaynozoy
D) Mezozoy
Kür çökəkliyi vilayətində hakimdir:
A) Subtropik iqlim
B) Qışı soyuq, yayı isti və quraq keçən yarımsəhra və quru – çöl iqlimi
C) Qışı mülayim, yayı isti və quraq keçən yarımsəhra və quru – çöl iqlimi
D) Yayı quraq keçən soyuq iqlim
Qarabağ düzündə yerləşən Sultanbud meşəsi ibarətdir:
A) Saqqızağacından
B) Şərq çinarından
C) Şərq fıstığından
D) Şərq palıdından
Kür – Araz ovalığında mövcud olan torpaq tipləri:
A) Boz, boz – qonur, boz – çəmən
B) Şabalıdı, qara, dağ – meşə qəhvəyi
C) Boz – çəmən, qara, şabalıdı
D) Şabalıdı, boz – çəmən
Vilayətdə üstünlük təşkil edən əsas faydalı qazıntılar:
A) Neft, qaz, müalicə palçığı, müxtəlif tikinti materialları
B) Mis, qızıl, yanar şist, qalay
C) Mərmər, əhəng daşı, dəmir filizi
D) Dəmir filizi, zəy, alunit
Candargöl hansı vilayətə daxildir?
A) Lənkəran
B) Böyük Qafqaz
C) Kür çökəkliyi
D) Kiçik Qafqaz
Mollakənd neft yatağı hansı vilayətə aiddir?
A) Kür çökəkliyi
B) Lənkəran vilayəti
C) Kiçik Qafqaz
D) Böyük Qafqaz
Hansı rayon Kiçik Qafqaza aiddir?
A) Şərur-Ordubad
B) Lənkəran
C) Şamaxı
D) Dağlıq Qarabağ
Kür çökəkliyinə aid deyil?
A) Qanıx-Əyriçay
B) Mərkəzi Aran
C) Həkəri
D) Acınohur-Ceyrançöl
Neçə fiziki coğrafi rayona bölünür ölkəmiz?
A) 19
B) 16
C) 14
D) 11
Aşağıdakı rayonlardan hansı Böyük Qafqaz vilayətinə aid deyil?
A) Samur-Dəvəçi
B) Zaqatala-Lahıç
C) Küdrü Şirvan
D) Abşeron-Qobustan
Ölkəmiz neçə təbii vilayətə ayrılır?
A) 3
B) 4
C) 1
D) 5
E) 2
Samur-Dəvəçi rayonunda hansı iqlim tipi yayılıb?
A) Soyuq
B) Mülayim isti
C) Dağ tundra
D) Yarımsəhra və quru çöl
Hansı rayon Böyük Qafqaz vilayətinə aid deyil?
A) Qonaqkənd
B) Küdrü Şirvan
C) Şamaxı
D) Samur-Dəvəçi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top