Tapılan ümumi test sayı : 26

Mirzə Ələkbər Sabir anadan olmuşdur:
A) 1865 – ci ildə Bakıda
B) 1861 – ci ildə Şuşada
C) 1862 – ci ildə Şamaxıda
D) 1869 – cu ildə Şamaxıda
Sabirin müəllimi olmuşdur:
A) Qasım bəy Zakir
B) Seyid Əzim Şirvani
C) Mirzə Fətəli Axundzadə
D) Cəlil Məmmədquluzadə
Mən gedərsəm, var olsun amalım!
Yaşasın Şəhriyari – hürriyyət!
Yaşasın Şəhriyari – hürriyyət!
Mən gedərsəm, var olsun amalım! - bu şeir parçası Sabirin hansı şeirindəndir:
A) “ Səttarxana ”
B) “ Ruhum ”
C) “ Ey dilbəri – hürriyyət”
D) “ A şirvanlılar ”
Namiq Kamalın “ Vətəndir ” rədifli şeirinə cavab olaraq yazılmışdır:
A) “ Millət şərqisi ”
B) “ Ürəfa marşı ”
C) “ İstiqbal bizimdir ”
D) “ Amalımız, əfkarımız, ifnayi – vətəndir ”
“ Sabir, köhnə şeirlərlə yeni şeirlər arasında bir əsrlik uçurum açdı ki, bir daha dönüb o uçurumu geriyə atılmağa kimsədə cürət qalmadı. ” – sözləri aiddir:
A) Cəlil Məmmədquluzadəyə
B) Hüseyn Cavidə
C) Abdulla Şaiqə
D) Abbas Səhhətə
Sabirin ilk peşəsi nə olub?
A) aktyor
B) qəssab
C) memar
D) sabun bişirən
Cəlil Məmmədquluzadə anadan olmuşdur:
A) 1867 – cu ildə Bakıda
B) 1862 – ci ildə Təbrizdə
C) 1869 – cu ildə Naxçıvanda
D) 1870 – ci ildə Tiflisdə
Azərbaycan ədəbiyyatında ilk mənzum və alleqorik dram əsəri:
A) “ Danabaş kəndinin məktəbi ”
B) “ Poçt qutusu ”
C) “ Çay dəstgahı ”
D) “ Kişmiş oyunu ”
Azərbaycanda kiçik hekayə janrının ilk böyük proqramıdır:
A) “ Usta Zeynal ”
B) “ Saqqallı uşaq ”
C) “ Poçt qutusu ”
D) “ İranda hürriyyət ”
“ Ölülər ” tragikomediyasındakı obrazları göstərin:
A) Kərbəlayı Fatma ,Gülbahar, Hacı kərim,
B) Kefli İsgəndər, Hacı Həsən, Şeyx Nəsrullah
C) Həzrəti Əşrəf, Hacı Kərim, Şeyx Nəsrullah
D) Lalbyuz, Mirzə Məhəmmədəli, Məşədi Oruc
Bu pyesdəki hadisələr “ Qarabağda, dağın ətəyində, kəndin kənarında ” cərəyan edir:
A) “ Quzu ”
B) “ Kamança ”
C) “ Dəli yığıncağı ”
D) “ Şəhər və kənd ”
Ç. Məmmədquluzadə neçənci illərdə Təbrizdə yaşamışdır?
A) 1928-1929
B) 1920-1921
C) 1903-1908
D) 1900-1905
C.Məmmədquluzadə"Poçt qutusu" hekayəsini neçənci ildə kitab şəklində çap etdirmişdir?
A) 1906
B) 1903
C) 1907
D) 1905
E) 1904
"Anamın kitabı" əsəri kimin monoluqudur?
A) Cəlil Məmmədquluzadə
B) Gülbahar
C) Zəhrabəyim
D) Rüstəm bəy
Sərkar nə deməkdir?
A) xəbərlər, məlumatlar
B) səs
C) tüfəng növü
D) başçı, böyük
C.Məmmədquluzadə ilk dəfə hansı mətbuat orqanında fəaliyyət göstərib?
A) "Acıq söz"
B) "Şərqi-rus"
C) "Kaspi"
D) "Qeyrət"
E) "Molla Nəsrəddin"
C. Məmmədquluzadə hansı qəzetin redaktoru olmuşdur?
A) "Həyat"
B) "Yeni yol"
C) "Molla Nəsrəddin"
D) "Irşad"
E) "Şərqi Rus"
C . Məmmədquluzadənin “ Anamın kitabı “ tragikomediyasındakı ekspozisiya nə ilə  başlanır?
A) Rüstəmin lüğət yazması ilə
B) Məşədi Cəfərin gəlməsi ilə
C) Gülbaharın kitabı yandırması ilə
D) ananın ölümü ilə
E) cəmiyyət - xeyriyyə iclası ilə
C.Məmmədquluzadənin adı çəkilən pyeslərindən birində milli müstəqillik ideyaları təbliğ olunur
A) “Ölülər”
B) “Anamın kitabı”
C) “Dəli yığıncağı”
D) “Danabaş kəndinin məktəbi”
E) “Kamança”
Azərbaycanda realist yazıçılar nəslinin yetişib formalaşmasına ciddi təsir göstərən amillərdən biri deyil:
A) Maarifçilik hərəkatının canlanması
B) Sovet ideologiyasının yayılması
C) Milli teatrın və mətbuatın meydana çıxması
D) Realizmə meylin qüvvətlənməsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top